1. Ayağa durmaq, dik vəziyyət almaq. Müəllim sinfə girdikdə şagirdlər qalxdılar. Bütün salondakılar ayağa qalxdılar. Hamı yerindən qalxıb sıraya düzüldü.
// Yuxudan ayılıb yatağından durmaq. Uşaqlar çoxdan qalxıblar.
2. məc. Sağalmaq. Xəstə artıq qalxıbdır. Xəstə tez qalxana oxşamır.
3. Bir şeyin üstünə, təpəsinə, başına çıxmaq; yuxarı çıxmaq, dırmaşmaq. Dağa qalxmaq.
// Yüksəlmək.
// Daha yüksək bir vəziyyət almaq. Pərdə qalxdı. Qaşları qalxdı.
4. Qabarmaq, şişib böyümək. Çiban dünənkinə nisbətən bir qədər qalxmışdır.
5. məc. Hərəkətə gəlmək, hərəkətə başlamaq, ayağa qalxmaq, qalxışmaq, qiyam etmək. Mübarizəyə qalxmaq. Müdafiəyə qalxmaq. Bütün xalq işğalçılara qarşı qalxdı.
6. Səviyyəsi artmaq, daha da yüksəlmək. Çayın suyu qalxmışdır. Barometr qalxmışdır.
// Daha da güclənmək, artmaq. Hərarət qalxmışdır. Uşağın qızdırması qalxmışdır.
7. məc. Vəzifəsi, rütbəsi, mövqeyi, nüfuzu yüksəlmək, tərəqqi etmək, irəliləmək. O, elm sahəsində xeyli qalxmışdır.
8. Birdən başlamaq, qopmaq, ucalmaq, artmaq və s. mənasında olaraq, köməkçi feil kimi bir sıra isimlərin qabağına gətirilir. Külək qalxdı. Toz qalxdı. Səs-küy qalxdı. – Zurna düzəldi. Dəf vuruldu.