QAMÇILILAR

гз. зоол. са клеткадин сифтегьан гьайванар (ширин ятара яшамиш жедай, гьерекат ийидай орган къамчидиз ухшар, микроскопдалди аквадай акьалтӀай бицӀи гьайванар).
QAMÇILATMAQ
QAMƏT
OBASTAN VİKİ
Qamçılılar
Qamçılılar oval, şarabənzər və ya uzunsov formada olur. Ölçüləri mikroskopikdir. Bədənləri ikiqat membranla örtülü olur. Sitoplazmada bir və ya bir neçə nüvə yerləşir (Opalinidlərdə 100 və daha çox). Bu orqanizmlər üçün maye mühitdə hərəkət etməyə imkan verən 1–8, bəzən daha çox (bir neçə min) qamçının olması səciyyəvidir. Hər qamçı bədənə birləşmiş fibrillərdən ibarətdir. Bu alttipə aid olan orqanizmlər arasında sərbəstyaşayanlara və parazitlik edənlərə rast gəlinir. Onlar üçün mürəkkəb inkişaf sikli xarakterikdir. == Yayılması == Bu orqanizmlər şirin və duzlu su hövzələrində yaşayır və bitki, heyvan, həmçinin insan orqanizmində parazitlik edir. Hazırda 8000-ə qədər növü məlumdur.
Parazit qamçılılar
Parazit qamçılılar— sarkomostiqoforlar tipinin (sarcomastigophora) qamçılılar (mastigophora) sinifinə daxildir. Trypanasoma gambiense insanda parazitlik etməklə Mərkəzi Afrikada yayılmış yuxu xəstəliyi adlanan təhlükəli xəstəliyi törədirlər. Parazit ilk mərhələdə qanın plazmasında yaşayır və sonra onurğa beyninə daxil olur. Qidalanması osmotik yolladır. Qidalanmanın tullantı məhsulları qana ifraz olunur. İfrazat məsulları qana ifraz olunur. İfrazat məhsulları (toksin) zəhərlidir və bu da ertrositlərin parçalanmasına səbəb olunur. İyşəkilli formada olub, hər iki tərəfdən sivridir və xlorofilləri olmadığına görə rəngsizdir. Bədənləri 15–30 mikron ölçüdə olmaqla kiçik orqanizimlərdir. Qamçısı bədənin dal tərəfinə yaxın hissədə bazal dənəciyilə əlaqəli sahədən başlanır.
Bitki qamçılıları
Bitki qamçılıları (lat. – Phytomastigophora ) Qamçılılara daxil olan sinifdir. == Quruluşu == Onların uzunluğu 3–5 mkm ilə 400 mkm arasında və daha böyük ölçüdə dəyişir. Forması ovalvari, sapvari, çöpvari və ya yarpağabənzərdir. Bədənin səthində çıxıntılar və tikanlar ola bilər. Əksəriyyətində xarici örtük pellikuladan ibarətdir, ancaq psevdopod əmələ gətirən və formasını dəyişə bilən növlərdə bədən xaricdən yalnız plazmatik membranla örtülmüşdür. Sitoplazmanın ekto və endoplazmaya bölünməsi əksər növlərdə kifayət qədər aydın ifadə olunmuşdur. == Həyat tərzi == Bitki qamçılılarının bir çox növlərində işığa həssas orqanoid- qamçının əsasında yerləşən stiqma vardır. Rəngli qamçılılar işıqda fotosintez prosesi həyata keçirirlər (avtotrof), rəngsizlər isə xırda ibtidailər və bakteriyaların hesabına faqositoz yolu ilə saprofit şəkildə qidalanırlar (heterotrof orqanizmlər). Bitki qamçılılarının bəzi növləri eyni zamanda həm fotosintez prosesini həyata keçirir, həm də saprofit üsulla qidalana bilirlər (miksotrof orqanizmlər).
Heyvan qamçılıları
Heyvan qamçılıları və ya Zoomastiqinlər – (lat. – Zoomastigophora) sinfi. Bu sinfi rəngsiz qamçılılar da adlandırırlar. == Həyat tərzi == Forma və quruluşuna görə müxtəlif: suda və torpaqda yaşayan rəngsiz qamçılıları əhatə edir. Saprofit və ya animal yolla qidalanan heterotrof orqanizmlərdir. Zooflagellatların bir hissəsi parazit həyat tərzinə keçmişdir. Onlar onurğalı və onurğasız heyvanların, eləcə də bitki və insanların təhlükəli xəstəliklərinin törədiciləidir. == Quruluşu == Bədənin ölçüsü 5–10 ilə 20–30 mkm (nadir hallarda 100-ə qədər) arasında dəyişir. Bir və ya bir neçə qamçısı və nüvəsi var. Bəzi formalarda bədən dəyişkəndir, psevdopodiyalar əmələ gətirə bilir.

Значение слова в других словарях