QANUNLA

нареч. по закону, законно
QANUNİYYƏT
QANUNLAŞDIRILMA
OBASTAN VİKİ
12 cədvəl qanunları
12 cədvəl qanunları— E.ə 451–449-cu illərdə hazırlanmış və müasir dövrdə Avropa Hüququnun təməlini təşkil edən Roma hüququnun hüquqi əsası. E.ə. V əsrdə ilk Roma məcəlləsi — "12 cədvəl qanunları" qəbul edildi. Əsrlər boyu bu qanunlar Romada hüququn əsas mənbəyi sayılmışdı. Qanunlar şəhər meydanında qoyulan 12 taxta lövhədə yazıldığından "12 cədvəl qanunları" adlandırılmışdır. Ona görə, heç bir vətəndaş "qanunları bilməmək bəhanəsi" ilə məsuliyyətdən yayına bilməzdi. Bir sıra məlumatlara görə, vətəndaşlar sırasına qoşulan yeniyetmədən qanunları əzbər bilmək də tələb olunurdu. "12 cədvəl qanunları" adi hüquqların qələmə alınması idi. Buna daha çox plebeylər-sadə vətəndaşlar ehtiyac duyurdular. "12 cədvəl qanunları" bizim dövrümüzə gəlib çatmayıb.
Dalton qanunları
Dalton qanunları — qazların xassələrinə aid fiziki qanunauyğunluqları təsvir edən üç qanun. Con Daltonun 1801,1802 və 1803-cü illərdə kəşf etdiyi bu qanunlar onun fiziki atomistikasının mahiyyətini təşkil etmiş və Daltonun kimyəvi atomistikasının əsası olmuşdur. Dalton qanunlarının müasir ifadələri xronoloji ardıcılıqla verilmişdir. Parsial təzyiqlər qanunu:qaz qarışıqlarının təzyiqi onların parsial təzyiqlərinin cəminə bərabərdir(qarışığı təşkil edən hər bir qazın ayrılıqda qarışığın həcmini tutduğu zaman göstərdiyi təzyiqə parsial təzyiq deyilir). Qızdırılma zamanı qazların bərabər (müntəzəm) genişlənmə qanunu: sabit təzyiqdə bütün qazlar temperaturun yüksəlməsi ilə eyni dərəcədə genişlənir. Qazların mayelər tərəfindən udulması qanunu: verilən mayedə sabit temperaturda qaz qarışığı komponentinin həll olunması onun parsial təzyiqi ilə mütənasibdir və qarışığın təzyiqindən və başqa komponentlərin təbiətindən asılı deyil;bu qanun Henri qanununa mühüm əlavədir. Dalton qanunları real qazların xassələrinin ideal xassələrinə yaxın olduğu və qazın həll olunmasının zəif olduğu şəraitdə ödənir. "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı.
De Morqan qanunları
De Morqan qanunları — Şotland riyaziyyatçısı Avqust de Morqan (1806-1871) adı ilə adlandırılıb. Avqust de Morqan ilk dəfə bu xassəni dəqiq ifadə etmiş və tam araşdırmışdır. Təkliflər hesabının (nəzəriyyəsinin) xassəsi. Bu xassə təkliflərin konyuksiyasının (dizyunksiyasının) inkarının onların inkarının dizyunksiyası (konyuksiyası) ilə eyniqiymətli olduğunu müəyyənləşdirir. Başqa sözlə A ∧ B ¯ = A ¯ ∨ B ¯ {\displaystyle {\overline {A\land B}}={\overline {A}}\lor {\overline {B}}} və A ∨ B ¯ = A ¯ ∧ B ¯ . {\displaystyle {\overline {A\lor B}}={\overline {A}}\land {\overline {B}}.} De-Morqan qanunları istənilən Bul cəbrində, xüsusi halda, çoxluqlar cəbrində doğrudur. İxtiyari A ⊂ U , B ⊂ U {\displaystyle A\subset U,B\subset U} çoxluqları üçün ( A ∩ B ) ′ = A ′ ∪ B ′ , ( A ∪ B ) ′ = A ′ ∩ B ′ , {\displaystyle (A\cap B)^{\prime }=A^{\prime }\cup B^{\prime },(A\cup B)^{\prime }=A^{\prime }\cap B^{\prime },} Burada X ′ = U ∖ X {\displaystyle X^{\prime }=U\backslash X} , ( X ⊂ U ) {\displaystyle (X\subset U)} - tamamlama əməlidir. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Drakon qanunları
[mənbə göstərin] Drakon — Qədim Yunanıstanda alim. Onun yazdığı qanunları "qanla yazılmış qanunlar" da adlanır. E.ə 621-ci ildə Afinada qanun bilicisi Drakon tərəfindən yazılmışdır.E.ə 594-cü ildə Solon qanunları ilə əvəz olunmuşdur.
Fotoeffekt qanunları
Fotoeffekt — işığın təsiri nəticəsində cismlərin özündən elektron verməsi. Bu hadisəni ilk dəfə dahi alman alimi Albert Eynşteyn kəşf etmiş və bu kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Fotoeffekt qanunları fotoeffekt haqqında daha tam təsəvvür əldə etmək üçün qanunauyğunluqlardır. Fotoeffekt işığın təsiri ilə metalın səthindən elektronların buraxilması hadisəsidir. Bu hadisə xarici fotoeffekt də adlandırılır. Daxili fotoeffekt — işığın təsiri ilə maddədə bağlı elektronların atomdan ayrılaraq sərbəst yükdaşıyıcıya çevrilməsidir. Stoletov təcrübələri əsasında (xarici fotoeffekt üçün) müəyyənləşdirdiyi qanunauyğunluqlar bunlardır: Vahid zamanda katodun səthindən çıxan fotoelektronların sayı onun üzərinə düşən işıq seli ilə düz mütənasibdir. Katoddan qopan elektronların kinetik enerjisi düşən işığın tezliyi ilə düz mütənasib olub, işığın selindən asılı deyil. Hər bir maddəyə uyğun fotoeffektin qırmızı sərhədi mövcuddur.Fotoeffektin qırmızı sərhədi fotoeffekt yarada bilən minimal tezlikdir, ν q s {\displaystyle \nu _{qs}} kimi işarə olunur və h ν q s = A {\displaystyle h\nu _{qs}=A} şərtindən təyin olunur. Burada h = 6 , 63 ⋅ 10 − 34 C ⋅ s a n {\displaystyle h=6,63\cdot 10^{-34}C\cdot san} olub, Plank sabiti, A {\displaystyle A} isə elektronun metaldan çxması üçün lazım olan enerjiyə bərabər olan çıxış işidir.
Hammurapi qanunları
Hammurapi qanunları - Eşnunna şəhər dövlətinin qanunları, akkad dilində yazılmış ilk sənəddir. Eşnunna (indiki Tel abu-Harmal) Diyala çayı hövzəsində yerləşirdi. Bu irihəcmli qanunlar külliyyatı qədim Babilistanda yaradılmışdı. Bu məşhur qanunlar hökmdar Hammurapiyə məxsusdur. Qanunlar 2,25 metr hündürlüyündə qara bazalt daş üzərinə mixi yazılar ilə həkk olunmuşdu. E.ə. XII əsrdə Elam hökmdarı I Şutruk-Nahhunti həmin qara daşı qənimət kimi paytaxt Suz şəhərinə gətirmişdi. Daşın bir hissəsi Elam hökmdarının göstərişi ilə qaşınmışdı. O, əməllərini buraya yazdırıb öz adını əbədiləşdirmək istəyirdi. Lakin bizə məlum olmayan səbəbdən bu, baş tutmamışdı.
Kepler qanunları
Kepler qanunları (Planetlərin hərəkət qanunları) — planetlərin hərkətlərinə dair İohan Kepler tərəfindən tapılmış üç qanun. Kepler Brahenin 1580–1600-cü illərdə apardığı 20 illik planet müşahidələrinin və Mars üzərində şəxsən özünün apardığı müşahidələrin təhlilindən qərara gəldi ki, Mars üçün dairəvi orbit seçmək mümkün deyil. O, qəti qərara gəldi ki, planetlərin orbitləri dairədən fərqlidir. Uzun illərin müşahidələri əsasında o, planetlərin 3 emprik hərəkət qanunıarını verdi. Bütün Planetlər Günəş ətrafında fokuslarının birində Günəş yerləşən elliptik orbitlər boyunca dövr edirlər. Planetlərin radius-vektorları bərabər zaman fasiləsində bərabər sahələr cızır. Planetlərin Günəş ətrafında siderik dolanma dövrlərinin kvadratı onların böyük yarımoxlarının kubları ilə mütənasibdir.Düsturla bu qanunu belə ifadə etmək olar: T 1 2 ( m 0 + m 1 ) T 2 2 ( m 0 + m 2 ) = a 1 3 a 2 3 {\displaystyle {\frac {T_{1}^{2}(m_{0}+m_{1})}{T_{2}^{2}(m_{0}+m_{2})}}={\frac {a_{1}^{3}}{a_{2}^{3}}}} -burada T1 və T2-iki planetin siderik periodları, m1 və m2-onların kütlələri, m0-mərkəzi nöqtənin kütləsi, a1 və a2 orbitlərin böyük yarımoxlarıdır. III qanun elliptik orbitlər üçündür. I və II qanunlar 1609-cu ildə, III qanun isə 1619-cu ildə kəşf edilmişdir. Kepler qanunlarının doğruluğun şübhə Keplerin özündə də vardı.
Kirchhoff qanunları
Kirxhofun iki qanunu var. Gərginlik qanunu və Carəyan qanunu. Bu iki qanun dövrələrin bütün gərginliklərini və cərəyanlarını təyin etmək üçün istifadə edilə bilər. Bu qanuna birinci qanun və düyün qanunu da deyilir. Bu qanuna görə, hər hansı bir düyünə gələn cərəyanların cəmi çıxan cərəyanların cəminə bərabərdir. Daha texniki dillə desək, Kirxof-un cari qanunu Amper qanunu ilə Gauss qanununun fərqliliyini aşağıdakı kimi birləşdirərək əldə edilir: Bu qanun yükün qorunmasının ifadəsidir. Bir nöqtəyə nə qədər çox cərəyan daxil olarsa, bir o qədər çox çıxmalıdır. !!! Qapalı dövrədə ümumi gərginlik düşməsi sıfırdır. Yaxud qapalı dövrədə yayılan gərginliklərin cəmi verilən gərginliklərin cəminə bərabərdir.
Kirxhoff qanunları
Kirxhofun iki qanunu var. Gərginlik qanunu və Carəyan qanunu. Bu iki qanun dövrələrin bütün gərginliklərini və cərəyanlarını təyin etmək üçün istifadə edilə bilər. Bu qanuna birinci qanun və düyün qanunu da deyilir. Bu qanuna görə, hər hansı bir düyünə gələn cərəyanların cəmi çıxan cərəyanların cəminə bərabərdir. Daha texniki dillə desək, Kirxof-un cari qanunu Amper qanunu ilə Gauss qanununun fərqliliyini aşağıdakı kimi birləşdirərək əldə edilir: Bu qanun yükün qorunmasının ifadəsidir. Bir nöqtəyə nə qədər çox cərəyan daxil olarsa, bir o qədər çox çıxmalıdır. !!! Qapalı dövrədə ümumi gərginlik düşməsi sıfırdır. Yaxud qapalı dövrədə yayılan gərginliklərin cəmi verilən gərginliklərin cəminə bərabərdir.
Manu qanunları
Manu qanunları və ya Manusmriti (sanskr. मनुस्मृति, e.ə. II – eramızın II əsrləri )— qədim hind ədəbiyyatının abidəsi və tarixi mənbəyidir. Manu mifologiyada hinduların və insan irqinin atası hesab edilən kraldır. Əsərdə Manudan "öz- özündən var olanın oğlu" deyə bəhs edilməkdədir. Bu qanunlarda pislənilən, qadağan olunmuş əməllərdən, onlara görə nəzərdə tutulan cəzalardan bəhs olunur. Qanunvericiliyin əsasını təşkil edən dharmaşastralarda mülki və cinayət qanunvericiliyinin müddəaları ilə yanaşı müxtəlif varna üzvlərinin vəzifələrinə, ailə həyatının normalarına, ibadət və hətta sanitar-gigiyenik qaydalara və s. rast gəlinir. Manu qanunları Avropa dillərindən tərcümə edilən ilk sanskrit dilli əsərdir. Əsər ilk dəfə 1794-cü ildə Kəlküttədə müasir hindologiyanın banisi Vilyam Cons tərəfindən tərcümə edilmişdir.
Mörfi qanunları
Mörfi qanunları — amerikalı mühəndis Edvard A. Mörfi tərəfindən yaradılan qanun. Mühəndis Mörfi 1949-cu ildə raket texnikası sahəsində sınaq apararkən cihazların birinin cüzi fərqlə səhv bağlanması bütün sistemi pozmuşdur və bu uğursuzluq Edvard Mörfinin öz məşhur qanunlarının təməlini qoymağa səbəb olmuşdur. Mörfi qanunlarına görə "hər hansı bir işdə bir tərslik yaşanması ehtimalı varsa deməli bu ehtimal yaşanacaq". Sonra Mörfinin həmkarları, dünyanın bir çox ölkələrindəki davamçıları iş həyatında və ümumiyyətlə həyatda rastlaşdıqları tərslikləri yığcam qanunlar şəklində ifadə etməyə başlayıblar. Ayağınıza olan ayaqqabı dükandakı ən görkəmsiz ayaqqabıdır. İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər. Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir. Yarışda sürətli, döyüşdə qüvvətli olan həmişə qazanmır, amma sən yenə də onların tərəfini saxla. Dostlar gəlib-gedir, düşmənlərsə yığışıb qalır. Həll olunan hər problem yeni problemlər yaradır.
Nyuton qanunları
Nyuton qanunları — klassiki mexanikanın qanunları olub, verilən mexaniki sistemin hərəkət tənliyini yazmağa imkan verir. 1687-ci ildə İsaak Nyutonun məşhur əsəri "Natural fəlsəfənin riyazi başlanğıcı" çap olunur. Burada Nyuton mexanikanın üç qanununu təsvir edir. Bu qanunlar "Nyuton aksiomu" və ya "Nyuton qanunları" kimi məşhurdur. Birinci qanun ətalət prinsipinə aiddir. Bu yalnız ətalətli sistemlərdə mövcuddur və ilk dəfə olaraq 1638-ci ildə Qalileo Qaliley tərəfindən tərtib edilmişdir: Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır. Nyutonun birinci qanunu belə ifadə olunur: Elə hesablama sistemləri var ki, cismə digər cisimlər təsir etmədikdə və ya ona edilən təsirlər bir-birini tarazılaşdırdıqda o, sükunətdədirsə sükunət halını, düzxətli bərabərsürətli hərəkətdədirsə düzxətli bərabərsürətli hərəkət halını saxlayar. Belə hesablama sistemləri ətalət hesablama sistemləri adlanır. Yəni cismin sabit sürətlə hərəkət etməsi üçün onun kənar qüvvəyə ehtiyacı yoxdur. Cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfırdan fərqli olarsa o, sürətini dəyişər, yəni təcil alar.
Nürnberq qanunları
Nürnberq irqi qanunları (alm. Nürnberger Rassengesetze‎) — iki irqçi (əsasən yəhudilərə qarşı) qanunvericilik aktıdır: "Reyxin vətəndaşı haqqında qanun" (alm. Reichsbürgergesetz‎) və "Alman qanı və alman ləyaqətinin qorunması haqqında qanun" ( alm. Gesetz zum Schutze des deutschen Blutes und der deutschen Ehre‎). Adolf Hitlerin təşəbbüsü ilə 1935-ci il sentyabrın 15-də Nürnberq şəhərində Nasional Sosialist Partiyasının Konqresində gizli proqrama (1920) uyğun olaraq elan edilmiş və partiyanın qurultayı münasibətilə Nürnberqdə xüsusi olaraq çağırılan Reyxstaqın sessiyasında yekdilliklə qəbul edilmişdir. Reyxin vətəndaşları haqqında qanun"un ikinci maddəsinə əsasən, Reyx vətəndaşı yalnız "german və ya qohum qana malik olan və öz davranışı ilə alman xalqına və Reyxə sədaqətlə xidmət etmək arzusunu və bacarığını sübut edən şəxs ola bilərdi." Bu ifadə əslində bir çox insanın, ilk növbədə yəhudilərin və qaraçıların Almaniya vətəndaşlığından məhrum edilməsi demək idi. Bu qanunların yaradılmasında və həyata keçirilməsində ən çox diqqət yəhudilərə verilmişdir. Beləliklə, Alman qanının və alman ləyaqətinin qorunması haqqında qanun bir sıra qadağalar arasında yəhudilər və “german və ya qohum qandan olan vətəndaşlar” arasında nikahı və nikahdankənar birgə yaşayışı “irqin təhqir edilməsi” kimi qadağan edilirdi. Qanun pozuntusu cinayət təqibi ilə nəticələnirdi. "Alman qanı və alman ləyaqətinin qorunması haqqında" qanunun mətni Alman qanının saflığının alman xalqının davamlı mövcudluğu üçün zəruri şərt olduğunu dərk edərək, alman millətinin bütün dövrlərdə mövcudluğunu təmin etmək üçün sarsılmaz qətiyyətdən ruhlanan Reyxstaq yekdilliklə aşağıdakı qanunu qəbul etdi və əhalinin diqqətinə çatdırılır: 1.1.
Qədim Yunanıstan qanunları
Qədim Yunanıstanın idarə edilməsində istifadə olunan qanunlar toplusuna verilən ad. Qədim Yunanıtan qanunlarının, hazırlanmasında Qədim Roma qanunlarının böyük rolu olmuşdur. Qədim Yunanıstan qanunlarının bu günə qədər böyük bir qisminin tarixə məlum olmasının səbəbi, qanunların German tayfaları tərəfindən əsrlər boyu qorunması olmuşdur. Qədim Yunanıstan qanunlarının yaranması haqqında bir sıra fikirlər vardır. Ən geniş yayılmış ehtimala görə, iki böyük şəhər arasında olan anlaşılmazlıqları aradan qaldırmaq üçün toplanan şura tərəfindən qanunların yaradılmasıdır. Qədim Yunanıstan qanunları əsasən miraslar üzərində olan mübahisələr, siyasət və ticarət sahəsində olan məsələlər, qulların azad edilməsi və ya edam edilməsi barədə olan məsələləri əhatə etmişdir. Qədim Yunan qanunlarının ilk nümunələri günümüzə qədər qəlib çatmamışdır. Yunan qanunlarının ilkin nümunələrinə, dahi yunan şairi Homer nəğmələrində rast gəlinir. Həmin nəğmələrdə, Yunanıstanda boşanma və qullar haqqında olan qanunlardan bəhs edilir. Yunanıstanda ilk konstitusiya e.ə II əsrdə Aristo tərəfindən yaradılmışdır.
Qədim Yunanıstanda qanunlar
Qədim Yunanıstanın idarə edilməsində istifadə olunan qanunlar toplusuna verilən ad. Qədim Yunanıtan qanunlarının, hazırlanmasında Qədim Roma qanunlarının böyük rolu olmuşdur. Qədim Yunanıstan qanunlarının bu günə qədər böyük bir qisminin tarixə məlum olmasının səbəbi, qanunların German tayfaları tərəfindən əsrlər boyu qorunması olmuşdur. Qədim Yunanıstan qanunlarının yaranması haqqında bir sıra fikirlər vardır. Ən geniş yayılmış ehtimala görə, iki böyük şəhər arasında olan anlaşılmazlıqları aradan qaldırmaq üçün toplanan şura tərəfindən qanunların yaradılmasıdır. Qədim Yunanıstan qanunları əsasən miraslar üzərində olan mübahisələr, siyasət və ticarət sahəsində olan məsələlər, qulların azad edilməsi və ya edam edilməsi barədə olan məsələləri əhatə etmişdir. Qədim Yunan qanunlarının ilk nümunələri günümüzə qədər qəlib çatmamışdır. Yunan qanunlarının ilkin nümunələrinə, dahi yunan şairi Homer nəğmələrində rast gəlinir. Həmin nəğmələrdə, Yunanıstanda boşanma və qullar haqqında olan qanunlardan bəhs edilir. Yunanıstanda ilk konstitusiya e.ə II əsrdə Aristo tərəfindən yaradılmışdır.
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin reallıqla hesablaşaraq, qəbul etdiyi müvəqqəti qərarlardan biri. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətə başladığı dövrdə dövlət quruluşunun, bütövlükdə, siyasi sistemin dəyişdirilməsi yeni qanunların qəbulunu zəruri edirdi. Lakin bunun üçün müvafiq təşkilati tədbirlər və qanunvericilik prosesi tələb olunurdu. Buna görə də, çıxış yolu kimi müvəqqəti olaraq köhnə qanunvericilik sistemi saxlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu məqsədlə 1918-ci il 23 iyun tarixli qərarı ilə idarəetmə və məhkəmənin bütün sahələri üzrə mövcud olan qanunları, həmin qanunlar hökumət tərəfindən ləğv olunana və ya dəyişdirilənədək qüvvədə saxlanıldı. Eyni zamanda, Milli Şura, Parlament və Hökumət qanunvericilik sahəsində gərgin çalışaraq, bu qanunlann xeyli hissəsini ləğv etməyə və yenilərini qəbul etməyə nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, B., 1998; Азербаиджанская Демократическая Республика (1918-1920). 3aкондательные акты (сборник документов), Б., 1998.
Termodinamikanın qanunları
Termodinamika – istilik hadisələri haqqında elmdir. Bu hadisələrdə cismin molekulyar quruluşu nəzərə alınır və onlar termometr, manometr və başqa cihazlarla qeydə alınır. Bu cihazlar ayrı-ayrı molekulların təsirini qeydə almır. Termodinamikanın qazları cismlərin istilik xassələrini, son dərəcə böyük sayda molekullar təsir edir. Belə cismlər makrosistemlər adlanır. (Məs., balonda qaz, stəkanda su, polad ərintisi və s.) Makrosistemlərin istilik xassələri termodinamik parametrlərlə (hal göstəriciləri – istiliklə, təzyiqlə, xüsusi çəki ilə) müəyyən edilir. Bu parametrlər bəzən sistemin funksiyası adlanır. İstilik – makroskopik sistemin termodinamik tarazlıq halını xarakterizə edən fiziki kəmiyyətdir. 19-cu əsrin sonlarında molekulyar-kinetik nəzəriyyə, yaxud statistik mexanika yaradıldı. Molekulyar-kinetik nəzəriyyə böyük sayda atom və molekulların xassələrini təsvir edir.
Tibb qanunları
“əl-Qanun fit-Tibb (ərəb. القانون في الطب‎) — tibb tarixi ilə bağlı ən məşhur əsərlərdən biri. Əbu Əli İbn Sinanın kitabı. Şərqin böyük alimi Əbu Əli İbn Sinanın “Əl-Qanun fit-tibb” (“Tibb qanunları”) əsərinin II cildinin əlyazması qədimliyi, mükəmməlliyi ilə diqqəti cəlb edir. Əsər hicri 537, miladi 1143-cü ildə müəllifin ölümündən 6 il sonra köçürülmüşdür. Bu mənada, əlyazmanın bu nüsxəsi ən etibarlı nüsxələrdəndir. İslam Şərqinin elm tarixinin qədimliyini sübut edən bu əlyazma YUNESKO-nun təsis etdiyi “Dünyanın yaddaşı” Proqramının siyahısına daxil edilmişdir. “Tibb qanunları” Orta əsrlərdə həm Qərb, həm də Şərqdə tibb sahəsində yazılmış ən mükəmməl, tayı-bərabərı olmayan ensiklopedik əsər sayılırdı. XII əsrdə Kremonalı Gerard (1140-1187) bu kitabı ərəb dilindən latın dilinə çevirəndən sonra, o, yüzilliklər boyu Avropa Universitetlərində tibb üzrə ən mükəmməl dərs vəsaiti sayılmışdır. Kitab o qədər böyük şohrət qazanmışdı kı, dahi rəssam və heykəltaraş Mikelancelo onun haqqında bunları demişdi: “İbn Sinanın ardınca gedib yanılmaq, başqalarının ardınca gedib uğur qazanmaqdan daha yaxşıdır”.
XII cədvəl qanunları
12 cədvəl qanunları— E.ə 451–449-cu illərdə hazırlanmış və müasir dövrdə Avropa Hüququnun təməlini təşkil edən Roma hüququnun hüquqi əsası. E.ə. V əsrdə ilk Roma məcəlləsi — "12 cədvəl qanunları" qəbul edildi. Əsrlər boyu bu qanunlar Romada hüququn əsas mənbəyi sayılmışdı. Qanunlar şəhər meydanında qoyulan 12 taxta lövhədə yazıldığından "12 cədvəl qanunları" adlandırılmışdır. Ona görə, heç bir vətəndaş "qanunları bilməmək bəhanəsi" ilə məsuliyyətdən yayına bilməzdi. Bir sıra məlumatlara görə, vətəndaşlar sırasına qoşulan yeniyetmədən qanunları əzbər bilmək də tələb olunurdu. "12 cədvəl qanunları" adi hüquqların qələmə alınması idi. Buna daha çox plebeylər-sadə vətəndaşlar ehtiyac duyurdular. "12 cədvəl qanunları" bizim dövrümüzə gəlib çatmayıb.
İdeal qaz qanunları
İdeal qaz qanunları — parametrlərdən birinin verilmiş qiymətində qalan iki parametr arasındakı miqdarı asılılığına deyilir. Parametrlərdən birinin qiyməti dəyişməz qalmaq şərtilə baş verən proseslər izoproseslər (Yunanca izos - bərabər) deyilir. İzotermik proses (Temperaturun sabit qalması ilə) İzobar proses (Təzyiqin sabit qalması ilə) İzoxor proses (Həcmin sabit qalması ilə) Temperatur Molekulyar-kinetik nəzəriyyə (MKN) N.A.Pyorışkin, N.A.Rodina. Fizika 7-ci sinif. 1995 N.A.Pyorışkin, N.A.Rodina. Fizika 8-ci sinif. 1995 İ.K.Kikoin, A.K.Kikoin. Fizika 9-cu sinif.
Kirxhof qanunları
Kirxhofun iki qanunu var. Gərginlik qanunu və Carəyan qanunu. Bu iki qanun dövrələrin bütün gərginliklərini və cərəyanlarını təyin etmək üçün istifadə edilə bilər. Bu qanuna birinci qanun və düyün qanunu da deyilir. Bu qanuna görə, hər hansı bir düyünə gələn cərəyanların cəmi çıxan cərəyanların cəminə bərabərdir. Daha texniki dillə desək, Kirxof-un cari qanunu Amper qanunu ilə Gauss qanununun fərqliliyini aşağıdakı kimi birləşdirərək əldə edilir: Bu qanun yükün qorunmasının ifadəsidir. Bir nöqtəyə nə qədər çox cərəyan daxil olarsa, bir o qədər çox çıxmalıdır. !!! Qapalı dövrədə ümumi gərginlik düşməsi sıfırdır. Yaxud qapalı dövrədə yayılan gərginliklərin cəmi verilən gərginliklərin cəminə bərabərdir.
İngiltərədə yoxsullar haqqında qanunlar
İngiltərədə yoxsullar haqqında qanunlar — İngiltərə və Uelsdə 1587–1598-ci illərdə son orta əsrlər və Tudor dövrünün qanunlarının kodifikasiyası əsasında inkişaf etdirilən yoxsul relyef sistemi idi. Sistem İkinci Dünya Müharibəsindən sonra müasir rifah dövləti yaranana qədər davam etdi. İngilis Yoxsul Qanunu qanunvericiliyinin 1536-cı ilə qədər izlənilməsi mümkündür, qanunvericilik zəif kasıblarla məşğul olmaq üçün qəbul edildiyi zaman, baxmayaraq ki, çox əvvəllər Plantagenet qanunları avaraların və dilənçilərin səbəb olduğu problemlərlə məşğul idi. İngiltərə və Uelsdəki Yoxsullar Qanununun tarixi adətən iki qanuna bölünür: I Yelizaveta (1558–1603) dövründə qəbul edilmiş Köhnə Yoxsullar Qanunu və 1834-cü ildə qəbul edilmiş, yoxsulların yardım sistemini əhəmiyyətli dərəcədə dəyişdirən Yeni Yoxsul Qanun. Yeni Yoxsullar Qanunu yerli kilsə səviyyəsində təsadüfi idarə olunan sistemi zəif hüquq ittifaqları tərəfindən işçi evlərinin genişmiqyaslı inkişafını təşviq edən yüksək mərkəzləşdirilmiş sistemə dəyişdirdi. Liberal rifah islahatlarının tətbiqi və dost cəmiyyətlər və həmkarlar ittifaqlarının digər yardım mənbələrinin mövcudluğu, eləcə də Yoxsul Hüquq sistemindən yan keçən mərhələli islahatlar kimi amillər səbəbindən Yoxsul Hüquq sistemi 20-ci əsrin əvvəllərində tənəzzülə uğradı. Yoxsul Qanun sistemi 1948-ci il Milli Yardım Aktına qədər rəsmi olaraq ləğv edilmədi, qanunun bəzi hissələri 1967-ci ilə qədər kitablarda qaldı. Ən erkən orta əsr Yoxsullar Qanunu 18 iyun 1349-cu ildə İngiltərə Kralı III Edvard tərəfindən verilmiş və 1350-ci ildə yenidən işlənmiş İşçilərin Sərəncamı idi. Sərəncam 1348–1350-ci illərdə İngiltərədə baş vermiş Qara Ölümün yayılmasına cavab olaraq verilmişdir, o zaman əhalinin təxminən 30–40%-i ölmüşdür. Əhalinin azalması Britaniyanın kənd təsərrüfatı iqtisadiyyatında sağ qalan işçilərə böyük tələbat qoydu.
Dözülməz qanunlar
"Dözülməz qanunlar" (ing. Intolerable Acts ) və ya "Məcburiyyət aktları" (ing. Coercive Acts) — Britaniyanın Amerikada On üç koloniyasının bəzi sakinləri tərəfindən 1774-cü ildə Britaniya Parlamenti tərəfindən qəbul edilmiş beş qanuna verilən ad. Qanunlar əsasən Amerika koloniyalarını idarə etməkdə Britaniyanın rolunu gücləndirməyə yönəlmişdi. Beş qanundan dördü Boston çay qonaqlığına cavab xarakterini daşıyırdı. Bu qanunlarla kral və parlament koloniyalarda artan müqavimət hərəkatını dayandırmaq niyyətində idi, lakin bu tədbirlər vəziyyəti daha da pisləşdirmişdi, çünki müstəmləkəçilər onları öz hüquqlarının despotcasına pozulması hesab edirdilər. "Dözülməz qanunlar" Birinci Kontinental Konqresin keçirilməsinə təkan vermişdir.
Qossen qanunları
Qossen qanunları — marjinal faydalılıq nəzəriyyəsinin əsas prinsipləri, dəyər nəzəriyyələrindən biri. German Henrix Qossen rasional davranışın fayda və ya həzzin artırılması arzusu ilə müəyyən edildiyi fərziyyəsindən irəli gəlir. Bu əsasda Qossen “Qossen qanunları” kimi tanınan iki tezis irəli sürdü. Qossenin birinci qanunu. Ardıcıl olaraq istehlak edildikdə, hər bir sonrakı məhsul vahidinin faydalılığı əvvəlkindən aşağı olur. Qossenin ikinci qanunu. Sadələşdirilmiş versiya cəmiyyətdən təcrid olunmuş insanın yaşayış təsərrüfatının nəzərə alınmasına əsaslanır. Müəyyən sayda müxtəlif məhsulları nəzərə alaraq, müəyyən bir məhdud müddət ərzində bir şəxs onları müxtəlif kombinasiyalarda istehlak edə bilər, bunlardan biri ən gəlirli olmalı, maksimum həzz gətirməlidir ki, bu da bütün məhsulların marjinal faydalarının bərabərliyini təmin etməklə əldə edilir. Növbəti yaxınlaşma dərəcəsi kommersiya iqtisadiyyatının şərtlərini nəzərə alır. Malların qiyməti və pulun miqdarı istehlakı məhdudlaşdıran əsas amillərdir.
İslam qanunları
Şəriət (ərəb. الشريعة‎) — İslamda qəbul edilən ibadət, davranış və cəzalarla əlaqəli bütün dini qanun anlayışlarına və qaydalarına verilən ad. Fiqh, digər tərəfdən, şəriətdə bu qanun və qaydaların nəzəri və praktiki tətbiqi araşdırmaları ilə əlaqəli və şəriətin nə mənada olduğunu müəyyənləşdirən fəaliyyətlərə verilən addır. Dini terminologiyada şəriət ayələr və hədislər kimi dinin mənbəyi kimi qəbul edilən Allah və Məhəmməd peyğəmbərin kəlamlarına, fiqh isə dini rəhbərlərin sözləri və hərəkətlərinə və onların şərhlərinə istinad edir. Qurana əsaslanan şəriət qanunları əsas mənbə kimi əsrlər boyu islam cəmiyyətlərini və bir çox məsələlərdə kişi və qadınlar arasında münasibətlər, müharibə, nikah, boşanma, irs mübadiləsi, şəhadətnamə kimi müəyyən edilmiş qaydalarla sosial həyatı tənzimləmişdir. Qadın geyimləri ilə bağlı dəqiq çərçivənin olmaması, Qadın geyimləri haqqında əmrin rejimi ilə Qurani-Kərimdə ifadə edilmiş cümlələrdə, ideyaların yaranmasına gətirib çıxarmışdır, hansılar ki, İslamda əsrlər boyu müzakirə edilmişdir, hansılar ki, bir sonunda qadın geyimlərini yalnız qadının cinsiyyət orqanlarını əhatə etmək üçün kifayətdir, digər tərəfdən və şəxslər də daxil olmaqla, bütün bədəni örtməyə qadını məcbur edirdilər. İslam fiqhinin məzhəbləri Quranı dinin əsas mənbəyi hesab edirlər. Vacib (fərz, vəcib və sünnət) əməllərdən əl çəkmək və pis (məkruh və haram) olaraq təyin olunan işləri etmək cəzaya səbəb olur. (hadd və ya tazir cəzaları) Klassik şəriət tətbiqlərindən bəzilərinə ciddi insan haqları pozuntuları daxildir. 'Müharibələrdə əsir götürülmüş' qadınların vəziyyəti insan hüquqları baxımından kritik bir mövzudur.

Значение слова в других словарях