qarğı-qamışsız
qarğıdalıbecərən 2021
OBASTAN VİKİ
Qarğıdalı
Qarğıdalı və ya bəzi bölgələrdə Məkə (lat. Zea mays) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin qarğıdalı cinsinə aid bitki növü. Qarğıdalı bitkisinin vətəni Meksikadır ki, dəniz səyyahı Kolumb tərəfindən 1493-cü ildə Avropaya gətirilmişdir. Qarğıdalı bitkisinin hündürlüyü 2-6 metr, kökü isə 100 sm-dək torpağa işləyir. Əkilmiş toxumdan gövdədə 3-6 qıçalar əmələ gəlir ki, hər birində 60-100 erkək və dişi toxumlar olur. Qarğıdalı bitkisinə düzgün aqrotexniki qulluq edilməlidir. Qarğıdalı taxıllar fəsiləsinə aid olmaqla ondan müxtəlif məqsədlər üçün istifadə olunur. Qarğıdalının qiymətli bitki olması ondan ibarətdir ki, o eyni zamanda iki məsələni: Dən ehtiyatlarını tamamlamaq və gövdəsindən yaxşı silos almaq məsələsini həll etməyə imkan verir. Bundan əlavə olaraq qarğıdalı dənindən un, yarma və konserv (şəkərli qarğıdalı) hazırlanır. Sənayedə isə qarğıdalı dənindən nişasta, etil spirti, dekstrin, şəkər, bal, yağ, E vitamini, askorbin və qlutamin turşuları alınır.
Qarğıdalı (bitki)

Qarğıdalı (cins)
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Qarğıdalı (dəqiqləşdirmə)
Qarğıdalı (cins) —
Qarğıdalı unu
Qarğıdalı unu — qarğıdalının üyüdülməsi nəticəsində əldə edilən incə toza verilən addır. Çörək və xəmir işləri başda olmaqla bir çox qidada istifadə olunur.
Qarğıdalı yarması
Qarğıdalı yarması – ağ dənli və sarı dənli bərк qarğıdalıdan, ağ dənli dişşəкilli qarğıdalıdan və partlayan qarğıdalı sortlarından istehsal edilir. Qarğıdalı yarması cilalanmış olmaqla 5 nömrədə buraхılır. Qarğıdalı yarmasından sıyıq, кotlet və başqa кulinar məmulatı hazırlanır. Əhmədov Ə.I. Ərzaq malları əmtəəşünaslığı. Ali məкtəblər üçün dərsliк. Yenidən işlənmiş və tamamlanmış iкinci nəşr. Baкı: "Iqtisad Universiteti" nəşriyyatı, 2006 – 480 səh.
Qarğıdalı (peyin) böcəyi
Qarğıdalı (peyin) böcəyi lat. Pentodon idiota Hrbst.-Böcəyi qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub. Böcəyi qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub. Xarici görünüşünə görə adi peyin böcəklərini xatırladır. Başı bədədninə nisbətən çox da böyük olmayıb, qırışıqlıdır. Bığcıqları 20 buğumludur, nəhayəti üç qısa lövhə ilə bitir. Qabaq kürəkciyi qabarıqdır, irəli tərəfdən sıxılaraq nazilmişdir, kənarları girdədir. Qanad üstlüyü qabaq kürəkcikdən bir az enlidir və qarıncığın axırıncı buğumunu örtmür. Ön ayaq baldırlarının xarici tərəfində üç, daxili tərəfində isə bir tikancıq vardır. Böcəyin uzunluğu 15–25 mm-dir.
Qarğıdalı gövdə kəpənəyi
Qarğıdalı gövdə kəpənəyi (lat. Pyrausta nubilalis Hb.)-Dişi kəpənəklər erkəklərdən iri olur. Dişi kəpənəklər erkəklərdən iri olur. Dişilərin qanadları açıq- sarımtıl rəngdədir. Üzərində qəhvəyi rəngdə ləkə və dişli zolaq vardır. Qanadları açılmış halda 27–32 mm, bədəninin uzunluğu isə 13–15 mm-dir. Erkək kəpənəyin ön qanadları açıq- qəhvəyi və ya bozumtul rəngdə olur. Tırtıllar 16 ayaqlı olub, sarımtıl bozdur. Tırtılın beli uzunu tutqun zolaq gedir. Baş, peysər buğumu və axırıncı buğumda qonur rəngli qalxancıqlar vardır.
Qarğıdalı qarabədən böcəyi
Qarğıdalı qarabədən böcəyi (lat. Pedinus femoralis L.)-Bu böcək qara rənglidir və onun ön döşü qanadüstlüyünə möhkəm birləşmişdir. Bu böcək qara rənglidir və onun ön döşü qanadüstlüyünə möhkəm birləşmişdir. Uzunluğu 7,5–9 mm-dir. Sürfələri sarəmtıl, döş buğumları və sonuncu qarıncıq buğumu tutqun sarı rənglidir. Qarıncığın nəhayətindən 4 qılcıq çıxır. Sürfələrin uzunluğu 20 mm-ə qədər ola bilir. Böcəklər bir ildən artıq yaşayır və alaq otları ilə qidalanır. Onlar gecələr fəaldır, gündüzlər isə kəsək, ot topaları və s. altında gizlənir.
Qarğıdalı ətri (film, 1986)
«Qarğıdalı ətri» (it. Il sapore del grano) — 1986-cı ilin İtaliya istehsallı dram janrında filmi. Sssenari müəllifi və rejissor Canni Da Kampo, baş rolları Lorentso Lena və Marko Mestriner oynamışlar. Film gənc professor və onun 12-yaşlı tələbəsi arasında yaşanan homoseksual sevgi haqqında bəhz edir. Kvalifikasiya olunmuş gənc müəllim Lorentso kiçik italyan kəndində işləməyə dəvət alır. Onun şagirdlərindən biri, 12 yaşlı sevimli və ağıllı fermer oğlu Dulio tədricən öz müəllimi Lorentsoya aşiq olur və onlar çox yaxın dost olurlar. Lakin Dulio arzulayır ki, Lorentso onun böyük qardaşı olacaq. Lorentso tez-tez Dulionun evinə qonaq gəlir, onun valideynləri ilə tanış olur. Lorentso eyni zamanda kənddə gənc qadınla taniş olur və ona aşiq olur. Buna baxmayaraq, yeni rəfiqə ilə əlaqələr elə də yaxşı alınmır və buna görə Lorentso onunla ayrılmaq istəyir, çünki o ərə getməyə hazırlaşır.

Значение слова в других словарях