Qaranquş gəldi-gedərdir, sən sərçənin qədrini bil.

A bird in the hand is worth two in the bush. Одна птица в руках стоит двух в кустах.
qaranı seçməmək
qaranlıq
OBASTAN VİKİ
Qaranquş
Qaranquşlar (lat. Hirundinidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Köçəri quşdur. Afrikanın tropik bölgələrində qışlar, yaz aylarında Avropa ərazisində görünür.Qaranquşun 4 növü (kənd, şəhər, sahil və dağ qaranquşu) dağ çaylarının dərələrində, qayalarda, insan məskənlərindən, daş tikililərdə yuvalayırlar. İldə 2–3 dəfə yumurtlaya bilir. 2, ən çoxu 6 yumurta üstündə kürt yatarlar. Kürt yatma (balaçıxarma yatışı) müddəti 13–19 gündür. 19 gün müddətinə tüklənir.Büzdüm və alt tərəfi ağ olan quş yalnız qaranquşdur. Bu xüsusiyyəti ilə o, qırmızı qaranquşa bənzəyir. Üst tərəfi tünd- göydür, qəhvəyisi də vardır.
Bil
Bil (ing. Biel/Bienne) — İsveçrənin şimal qərbində, Bern kantonunda şəhər. == Əhalisi == Əhalisi 51,6 min (2011; şəhərətrafı ilə təqribən 75 min). == Coğrafiyası == Yura dağ massivinin şərq ətəyində, Aare çayı sahilindədir. İri nəqliyyat qovşağı. Bil Sürix–Lozanna, Bern–Bazel, Bil–Le-Lokl mühüm dəmiryol xətlərinin kəsişdiyi yerdədir. Şəhərdən Sürix–Zolo turn–Nevşatel–Bezanson (Fransa) və Bern–Bil avtomobil magistralları keçir. Bil gölü sahilində yerli əhəmiyyətə malik portdur. == Tarixi == 1230-cu ildən məlumdur. == İqtisadiyyatı == İqtisadiyyatında xidmət sektoru üstünlük təşkil edir (turizm, rabitə və nəqliyyat, işgüzar xidmətlər).
Qaranquş dağı
Qaranquş dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3147,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Tivi kəndindən 6 km-dək şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibinə malik Orta Eosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi sıldırım yamaclı piramida formalı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını Ordubad qarılma zonasının Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir.
Əsl qaranquş
Əsl qaranquş (lat. Hirundo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Bil Geyts
III Vilyam Henri Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, investor, xeyriyyəçi və yazıçı, uşaqlıq dostu Pol Allen ilə birlikdə proqram təminatı nəhəngi Microsoft-un qurucusu kimi tanınır. Microsoft-dakı karyerası ərzində 2014-cü ilin may ayına qədər onun ən böyük fərdi səhmdarı olmaqla yanaşı, sədri, baş icraçı direktoru (CEO), prezidenti və baş proqram təminatı arxitektoru vəzifələrində çalışıb. O, 1970–1980-ci illərin mikrokompüter inqilabının əsas təşəbbüskarı olub. Geyts Vaşinqtonun Sietl şəhərində anadan olub və burada böyüyüb. 1975-ci ildə o və Allen birlikdə Nyu-Meksiko ştatının Albukerke şəhərində Microsoft-u qurdu və bu, daha sonra dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti oldu. Geyts 2000-ci ilin yanvarında baş direktor vəzifəsini tərk edənə qədər şirkətə sədr və baş icraçı direktor kimi rəhbərlik edirdi, lakin o, direktorlar şurasının sədri olaraq qaldı və baş proqram təminatı arxitektoru oldu. 1990-cı illərin sonunda o, rəqabətə zidd hesab edilən biznes taktikasına görə tənqid olunub. Bu fikir çoxsaylı məhkəmə qərarları ilə təsdiqlənib. 2008-ci ilin iyun ayında Geyts Microsoft-da yarım ştatlı və 2000-ci ildə həyat yoldaşı Melinda ilə birlikdə qurduğu özəl xeyriyyə fondu olan Bill və Melinda Geyts Fondunda isə tam ştatlı işə keçdi.
Bil Klinton
Bill Klinton (ing. William Jefferson "Bill" Clinton; 19 avqust 1946[…]) — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001). O, Franklin Delano Ruzveltdən sonra Demokrat partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdir. 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi, lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi. == Həyatı == Klinton,19 avqust 1946-cı ildə Arkanzasın Hop şəhərində dünyaya gəlib.
Bil Qeyts
III Vilyam Henri Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, investor, xeyriyyəçi və yazıçı, uşaqlıq dostu Pol Allen ilə birlikdə proqram təminatı nəhəngi Microsoft-un qurucusu kimi tanınır. Microsoft-dakı karyerası ərzində 2014-cü ilin may ayına qədər onun ən böyük fərdi səhmdarı olmaqla yanaşı, sədri, baş icraçı direktoru (CEO), prezidenti və baş proqram təminatı arxitektoru vəzifələrində çalışıb. O, 1970–1980-ci illərin mikrokompüter inqilabının əsas təşəbbüskarı olub. Geyts Vaşinqtonun Sietl şəhərində anadan olub və burada böyüyüb. 1975-ci ildə o və Allen birlikdə Nyu-Meksiko ştatının Albukerke şəhərində Microsoft-u qurdu və bu, daha sonra dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti oldu. Geyts 2000-ci ilin yanvarında baş direktor vəzifəsini tərk edənə qədər şirkətə sədr və baş icraçı direktor kimi rəhbərlik edirdi, lakin o, direktorlar şurasının sədri olaraq qaldı və baş proqram təminatı arxitektoru oldu. 1990-cı illərin sonunda o, rəqabətə zidd hesab edilən biznes taktikasına görə tənqid olunub. Bu fikir çoxsaylı məhkəmə qərarları ilə təsdiqlənib. 2008-ci ilin iyun ayında Geyts Microsoft-da yarım ştatlı və 2000-ci ildə həyat yoldaşı Melinda ilə birlikdə qurduğu özəl xeyriyyə fondu olan Bill və Melinda Geyts Fondunda isə tam ştatlı işə keçdi.
Cessika Bil
Cessika Kler Bil (3 mart 1982[…], İli[d], Minnesota, ABŞ) — amerikalı aktrisa və keçmiş modeldir. "Yeddinci göy" serialında çəkilib. Hobbiləri arasında futbol, qaçış və yoqa vardır.
Qaranquş yuvası (Krım)
Qaranquş Yuvası (ukr. Ластівчине гніздо, Lastivchyne hnizdo, rus. Ласточкино гнездo, Lastochkino gnezdo, krımtat. Къарылгъач ювасы, Qarılğaç yuvası), Krımın Gaspra qəsəbəsində yerləşən dekoraativ bir qaladır. 1911–1912-ci illərdə 40 m yüksəklikdə olan Aurora yamacının üstündə tikilmişdir. Rusiyalı memar Leonid Sherwood tərəfindən neoqotika tərzində tikilmişdir. Aurora yamacındakı ilk bina rus bir general üçün 1895-ci ildə tikilmişdir. "Eşq Qalası" adını alan bina taxtadan hazırlanmışdı. Daha sonra bu mülk Rus çarının şəxsi həkimi A. K. Tobinin əlinə keçdi. Bakı neftini çıxardaraq gəlir əldə edən alman Baron Von Şteyngel 1911-ci ildə binanı aldı və hazırkı binanı inşa etdirdi.
Gəldi Kosa (1988)
Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Uilyam Bil Şenkli
Vilyam Bil Şenkli — şotlandiyalı futbolçu və "Liverpul" futbol klubunun əfsanəvi məşqçisi. U. Şenkli 1913-cü il sentyabrın 2-də Böyük Britaniyanın Şotlandiya əyalətinin Şərqi Eyeşir qraflığında kiçik Qlenbak qəsəbəsində anadan olub. O ailədəki 10 uşaqdan biri idi. Çox keçmədən o peşəkar futbolla məşğul olan 5 qardaşdan biri oldu. Onun qardaşı Bob tezliklə peşəkar məşqçi kimi tanındı və 1962-ci ildə "Dandi" klubuna ölkə çempionluğunu qazandırdı. Futbolçu fəaliyyəti dövründə U. Şenkli bir çox klubların şərəfini qoruyub. 1938-ci ilin aprel ayında o İngiltərə ilə oyunda Şotlandiya yığmasının heyətində debüt etdi. Bundan sonra U. Şenkli yığmada cəmi dörd rəsmi oyuna çıxdı. 1939-cu ildə II Dünya Müharibəsinin başlaması onun yığmadakı karyerasına son qoydu. Lakin o hələ bir müddət müxtəlif klublarda oynamaqda davam etdi və 1949-cu ilin mart ayında futbolçu karyerasına son qoyaraq məşqçiliyə başladı.
Vilyam Bil Şenkli

Qaranquş kəşfiyyat-diversiya dəstəsi
Qaranquş kəşfiyyat-diversiya dəstəsi və ya Qaranquş dəstəsi (kiril qraf. Гарангуш) — Qarabağ müharibəsində aktiv iştirak etmiş kəşfiyyat-diversiya qrupu. "Qaranquşçular" adı ilə tanınırlar. 1992-ci ilin may ayında Qubadlıda 2 tabor fəaliyyət göstərsə də, iyun ayında taborların sayı 4 olan 706 saylı hərbi hissə yaradıldı. Eyni vaxtda 706 saylı hərbi hissənin rəhbəri Əliyar Əliyev olan 1-ci taboru tərkibində kəşfiyyat-diversiya dəstəsi olan Qaranquş dəstəsi də fəaliyyət göstərməyə başladı. Qarabağ müharibəsində aktiv iştirak edən dəstə nəinki Qubadlıda, Qarabağda, Azərbaycanda, hətta Ermənistanda belə tanınırdı. Buna səbəb girov aparılan, meyitləri qaytarılmayan azərbaycanlıların yaxınlarının dəstəyə müraciət etməsi nəticəsində dəstə üzvlərinin qısa muddət ərzində Ermənistan ərazisinə keçərək yüksək rütbəli erməniləri əsir götürərək Azərbaycan tərəfinə qayıtması idi. 8 nəfərdən ibarət olan dəstə üzvlərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adını daşısalar da dəstə üzvlərindən 4-ü "Qaranquş kəşfiyyat dəstəsinin tərkibində cinayət əməlləri törətməkdə təqsirləndirilərək" həbs olunublar. Qalan 2 dəstə üzvü isə Sumqayıt şəhərində keçirilən əməliyyatlar zamanı öldürülüblər. Bildirilənlərə görə 1992-ci ildən son saata qədər rayonun müdafiəsini təşkil edən Qaranquş dəstəsinin altı nəfər üzvü rayonun işğal edilməsinin kökündə xəyanətin durduğunu, xəyanətkarların isə rayon rəhbərliyi olmasını iddia edərək xəyanətkarları cəzalandırmaq məqsədiylə Qubadlı rayon mərkəzinə qayıtmış və polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetirmişlər.
Qaranquş yuvası qalası (Krım)
Qaranquş yuvası qalası — Krımın ən əhəmiyyətli simvollarından biri olan pəri nağılı qəsridir. Mishor bölgəsində Gaspırada Ay Todor burnundakı 38 metrlik Avrora (Avrorina) uçurumuna başlanğıcda Alman neft əyani Baron Shteingel üçün Amerikalı memar A. Şervodun dizaynı ilə 1912-ci ildə inşa edilmişdir. Orta əsr qalası şəklində hazırlanmışdır. 1927-ci ildəki zəlzələdən sonra qayaların bir hissəsi dənizə düşmüş və quruluş tamamilə qayalığın ən son ucunda qalmışdır. Zəlzələdən sonra zədələnmiş divarları bərpa edilmişdir. Tikilinin yanında I və III əsrdən qalma tarixi bir Roma qalasının qalıqları mövcuddur. Bölgədə Ay Todor burnunda Ai Todorsky fənəri yerləşir. Almaniyanın Ren sahillərindəki Rittenburg qəsrinin kiçik bir surəti olan Qaranquş yuvasının gəzinti meydançasından Qara dənizi bütün ehtişamı ilə seyr etmək ayrı bir həzz verir ziyarətçilərə. Hazırda bina içində bir İtalyan restoranı fəaliyyət göstərir. Restoran-kafe qismi olduqca bahalıdır.
Ağlım başıma gəldi (mahnı)
Dünən qəfildən gəldi... (2009)
Filmdə yaşı 40-ı haqlamış, lakin həyatda özünə yer tapa bilməmiş iki nəfər təsadüfən görüşür. Lakin başqa bir təsadüf onları həmişəlik ayırır.
Gəldi kosa (film, 1988)
Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Hörümçək gəldi (film, 2001)
Hörümçək gəldi (ing. Along Came a Spider) — 2001-ci ildə rejissor Li Tamahori tərəfindən çəkilmiş Amerika trilleridir. Baş rolu Morqan Friman ifa edir. Ceyms Pattersonun eyniadlı romanının pulsuz film tətbiqi və “Qızları öp” filminin davamıdır.
Və dağlardan səda gəldi
Və dağlardan səda gəldi (ing. And the Mountains Echoed) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2013-cü ildə çapdan çıxmış üçüncü romanı. Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanıstanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtlərilə mübarizə aparmaqdadır. Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda, hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər. Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taledən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.
Sən-Bris qətliamı
Müqəddəs Brays Günü qətliamı — 1002-ci ildə İngiltərə kralı Etelred ölkədə yaşayan bütün danimarkalıların qırılması barədə göstəriş vermişdir.
Sən Gedən Gündən
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Sən günəşsən (mahnı)
Əlvida — Azərbaycan musiqiçisi Qara Dərvişin sözləri və musiqisi özünə aid olan mahnısı. Mahnının sözləri Qara Dərviş və Aqşin Fatehə, bəstəsi, aranjemanı isə Qara Dərvişə aiddir.
Sən gəlməz oldun
“Sən gəlməz oldun” — bəstəkar Ələkbər Tağıyevin şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və s. ifa ediblər. Xarici müğənillərdən Türk dilində Sibel Can və Gülay Sezər, Azərbaycan dilində Sati Kazanova, Rus dilində Soqdiana (“Məni yada sal” adı ilə). Mahnı 1973-cü ildə Ələkbər Tağıyev tərəfindən qardaşı oğlunun həyat yoldaşı Sevda xanıma həsr olunub. Sevda xanımın uşağı olandan sonra özü xərçəng xəstəliyinə düçar olur və o, uşağı bir yaşa dolmamış vəfat edir. Bu hadisə Ələkbər Tağıyevə çox təsir edir. Nəticədə o bu mahnını Sevda xanıma ithaf etmiş olur.
Sən mənlə (mahnı)
Sən mənlə — Azərbaycanlı müğənni Ayaz Babayevin mahnısıdır. “Sən mənlə” adlanan mahnını, müğənninin bir çox xitlərinin müəllifi tanınmış rap ustası Noton M Kalibre yazıb. Rejissorluqunu Fərman Bəşirlinin üstələndiyi klipdə müğənninin tərəf müqabili tanınmış influencer Apruza Aliyeva olub. Rejissor yardımçısı istedadlı videoqraf İsmayıl İsmayılov olub. Mahnının aranjemanı, mix, masterini Yüzbek Zagirov və Nihad Məlikov üstələnib. İfa sevgililər gününə özəl olaraq hazırlanmışdır. Klipdə simaların qrimi tanınmış makeup artistlər Məsi Rəhman və Rəvana Rzayevaya, saç imicləri Məmmədli Nigar aiddir.
Şuşa, sən azadsan!
Şuşa, sən azadsan! — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində çəkilib. II Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilmişdir. Filmdə Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer almışdır.