Bil Geyts

III Vilyam Henri Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[1][2][…], Sietl, Vaşinqton[6]) — Amerikalı biznes maqnatı, investor, xeyriyyəçiyazıçı, uşaqlıq dostu Pol Allen ilə birlikdə proqram təminatı nəhəngi Microsoft-un qurucusu kimi tanınır.[7][8] Microsoft-dakı karyerası ərzində 2014-cü ilin may ayına qədər onun ən böyük fərdi səhmdarı olmaqla yanaşı, sədri, baş icraçı direktoru (CEO), prezidenti və baş proqram təminatı arxitektoru vəzifələrində çalışıb.[9] O, 1970–1980-ci illərin mikrokompüter inqilabının əsas təşəbbüskarı olub.

Bill Geyts
ing. Bill Gates
aprel 1975 – yanvar 2000
Şəxsi məlumatlar
Doğum adı William Henry Gates III
Doğum tarixi 28 oktyabr 1955(1955-10-28)[1][2][…] (69 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti sahibkar, proqramçı, xeyriyyəçi
Həyat yoldaşı
Uşaqları 3

Təltifləri "Britaniya imperiyası" ordeninin cəngavər-komandoru "Fəxri Legion" ordeni komandoru "Doğan günəş" ordeninin Böyük kordonu "Etiraf" xaçı Commander of the Order of the Star of Romania Prezidentin "Azadlıq" medalı Grand Cross of the Order of Prince Henry Padma Bhuşan Order of the Aztec Eagle
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Geyts Vaşinqtonun Sietl şəhərində anadan olub və burada böyüyüb. 1975-ci ildə o və Allen birlikdə Nyu-Meksiko ştatının Albukerke şəhərində Microsoft-u qurdu və bu, daha sonra dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti oldu.[10] Geyts 2000-ci ilin yanvarında baş direktor vəzifəsini tərk edənə qədər şirkətə sədr və baş icraçı direktor kimi rəhbərlik edirdi, lakin o, direktorlar şurasının sədri olaraq qaldı və baş proqram təminatı arxitektoru oldu.[11] 1990-cı illərin sonunda o, rəqabətə zidd hesab edilən biznes taktikasına görə tənqid olunub. Bu fikir çoxsaylı məhkəmə qərarları ilə təsdiqlənib.[12] 2008-ci ilin iyun ayında Geyts Microsoft-da yarım ştatlı və 2000-ci ildə həyat yoldaşı Melinda ilə birlikdə qurduğu özəl xeyriyyə fondu olan Bill və Melinda Geyts Fondunda isə tam ştatlı işə keçdi.[13] O, 2014-cü ilin fevralında Microsoft idarə heyətinin sədri vəzifəsindən istefa verdi və yeni təyin olunmuş CEO Satya Nadellaya dəstək olmaq üçün texnologiya məsləhətçisi rolunu aldı.[14] 2020-ci ilin mart ayında iqlim dəyişikliyi, qlobal sağlamlıq və inkişaf və təhsillə bağlı xeyriyyəçilik səylərinə diqqət yetirmək üçün Microsoft və Berkshire Hathaway-dəki idarə heyəti vəzifələrindən ayrıldı.[15]

1987-ci ildən Geyts Forbes-in dünya milyarderləri siyahısına daxil edilib.[16][17] O, 1995-ci ildən 2017-ci ilə qədər, 2008-ci ildən 2010-cu ilədək və 2013-cü il istisna olmaqla, hər il Forbes-in dünyanın ən zəngin adamı titulunu qoruyub.[18] 2017-ci ilin oktyabr ayında o vaxtkı 89,9 milyard ABŞ dolları olan sərvəti ilə müqayisədə 90,6 milyard ABŞ dolları dəyərində sərvəti olan Amazon-un qurucusu Ceff Bezosa görə ikinci yerə düşdü.[19] 2023-cü ildə Forbes 400 ən varlı amerikalılar siyahısında o, 115 milyard dollar sərvəti ilə 6-cı yerdə qərarlaşıb.[20] 2023-cü ilin noyabrına olan məlumata görə, Geytsin 126 milyard ABŞ dolları dəyərində sərvəti var və bu onu Bloomberg Milyarderlər İndeksində dünyanın dördüncü ən zəngin adamı edir.[21]

Daha sonrakı karyerasında (2008-ci ildə Microsoft-da gündəlik işləri tərk etdikdən sonra) Geyts digər biznes və xeyriyyəçilik işləri ilə məşğul oldu. O, BEN, Cascade Investment, TerraPower, bgC3Breakthrough Energy kimi bir neçə şirkətin təsisçisi və sədridir. Dünyanın ən böyük özəl xeyriyyə təşkilatı olduğu bildirilən Bill və Melinda Geyts Fondu vasitəsilə müxtəlif xeyriyyə təşkilatlarına və elmi tədqiqat proqramlarına külli miqdarda pul ianə edib.[22] Fond vasitəsilə Afrikada poliovirusun məhvinə əhəmiyyətli töhfə verən peyvənd kampaniyasına rəhbərlik etmişdir.[23][24] 2010-cu ildə Geyts və Vorren Baffett "The Giving Pledge" təşkilatını təsis etdilər, bununla da onlar və digər milyarderlər sərvətlərinin ən azı yarısını xeyriyyəçiliyə bağışlamağı vəd etdilər.[25]

  1. 1 2 Bill Gates // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Bill Gates // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Hoffman R. Linkedin (ing.). 2003.
  4. 1 2 https://twitter.com/BillGates/status/1389316412259270657/photo/1.
  5. 1 2 https://www.wired.com/2008/05/st-billgates/.
  6. 1 2 Deutsche Nationalbibliothek Record #119081199 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  7. Manes, 1994. səh. 11
  8. "Bill Gates (American computer programmer, businessman, and philanthropist)". March 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 20, 2013.
  9. Foley, Mary Jo. "Bill Gates' stake in Microsoft is now just 1.3 percent". ZDNet. August 15, 2017. August 17, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2021.
  10. Sheridan, Patrick. "Bill Gates no longer Microsoft's biggest shareholder". CNN Money. May 2, 2014. August 20, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 22, 2014.
  11. Einstein, David. "Gates steps down as Microsoft CEO". Forbes. January 13, 2000. January 26, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2016.
  12. Lesinski, 2006. səh. 96; Manes, 1994. səh. 459.
  13. "Microsoft Chairman Gates to leave day-to-day role". money.cnn.com. January 30, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2016.
  14. "Bill Gates steps down as chairman, will assist new CEO as 'technology advisor'". The Verge. February 4, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 4, 2014.
  15. Haselton, Todd. "Bill Gates leaves Microsoft board". CNBC. March 13, 2020. March 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 13, 2020.
  16. "Why Putin Isn't on 'Forbes' Billionaires List". Newsweek. October 20, 2017 tarixində arxivləşdirilib.
  17. Thibault, Marie. "The Next Bill Gates". Forbes. January 19, 2010. July 19, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2010.
  18. "Billionaires #2 Bill Gates". Forbes. March 5, 2019. November 17, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 5, 2020.
  19. "Amazon CEO Jeff Bezos Is The Richest Person In The World-Again". Forbes. March 11, 2018 tarixində arxivləşdirilib.
  20. "Bill Gates". Forbes. October 2023. October 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2023.
  21. "Bloomberg Billionaires Index: Bill Gates". Bloomberg.com. Bloomberg. May 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2023.
  22. Neate, Rupert. "Bill Gates gives $4.6bn to charity in biggest donation since 2000". The Guardian (ingilis). London. August 15, 2017. August 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 10, 2018.
  23. Barry, Michele; Oswald, Lucas Oliver. "How polio eradication in Africa can inform the global COVID-19 response". Scope (ingilis). September 16, 2020. September 21, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 20, 2021.
  24. Maclean, Ruth. "Africa Celebrates the End of the Wild Poliovirus (but Not the End of All Polio)". The New York Times (ingilis). August 24, 2020. ISSN 0362-4331. August 24, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 20, 2021.
  25. "The $600 billion challenge". Fortune. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 16, 2017.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]