Qars azərbaycanlıları
Qars azərbaycanlıları — Türkiyənin Qars ilində yaşayan azərbaycanlıların icması. Azərbaycanlıların böyük sayı Qarsın mərkəzində və mərkəzə bağlı kəndlərdə yaşayır.
Qars şəhərində azərbaycanlılar əsasən "Yeni" və "İstasyon" məhəllələrində yaşayırlar. Burada azərbaycanlıları aşağıdakı qruplara ayrılar: Molla Musalılar, Karakilseliler, Kulubeqliler və Çobankerelilerdilər. Bu adlar onların əslinin gəldiyi vilayətlərin və kəndlərin adlarına görə verilib.
Qars ilçəsində azərbaycanlıların yaşadığı kəndlər: Başqedikler, Bayraktar, Bekler, Büyük Aküzüm, Karakaş, Küçük Pirveli, Külveren, Soylu, Tazekent, Yağıkesen, Layçınlar, Yılanlı. Arpaçay ilçəsində — Bacıoğlu, İbişköy, Kayadöven, Mescidli, Meydancık, Taşdere; Ağyaxa ilçəsində — Akbulak, Aslanxane, Büyükkımlı, Büyükpirveli, Esenyayla, Küçük Aküzüm, Küçük Kımlı, Şahnalar. Azərbaycanlılar Akyaka mərkəzində yaşayan əhalinin böyük hissəsini təşkil edir.
Arpaçay ilçəsində azərbaycanlıların digər etnik qruplarla yanaşı yaşadığı kəndlər: Büyükçatma, Gediksatılmış, Küçükçatma, Çetindurak, Demirkent, Çetinköy, Hacıpiri, Kalkanale, Hamzagerek, Kürekdere, Oğuzlu. Azərbaycanlılar həmçinin Qarsın Hacıveli, Yolaçan və s.