QARINCA

bax qarışqa.
Qarıncaların yuvasında iki cür qarınca olur: qanadlı və qanadsız. H.Zərdabi.
Kəpənəklər uçuşur; Qarıncalar qaçışır; Azuqəsin toplayır. H.K.Sanılı.

□ Qarınca (yuvası) kimi qaynaşmaq (qaynamaq) – bax qarışqa kimi qaynamaq (“qarışqa”da).
Qarınca kimi qaynaşmaqda olan minlərcə adamları bir-bir gözdən keçirdi. A.Şaiq.
[Nadir] yenə bu ailəyə [fəhlələrə] qoşuldu, onunla bitişdi və onun ayrılmaz bir hissəsi olaraq, qarınca yuvası kimi qaynayan mədənlərin arasında itib-batdı. B.Talıblı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARINCA qarınca bax qarışqa

Etimologiya

  • QARINCA Bu qarışqanın variantıdır və “qarınyox” (qarınsız) kimi açıqlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QARINBAĞI
QARINCIQ
OBASTAN VİKİ
Qarınca-i Büzürg (Bükan)
Qarınca-i Büzürg (fars. ‎قارنجه بزرگ‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 462 nəfər yaşayır (99 ailə).
Qarınca-i Kiçik (Bükan)
Qarınca-i Kiçik (fars. قارنجه كوچك‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (14 ailə).

Digər lüğətlərdə