QATLAMA


1.Qatlamaq”dan f.is.
2. is. Yağda bişirilmiş qat-qat çörək, yağlı fətir. Gözəl … atası evinə gələndə azı üç-dörd gün qalırdı.
Bu zaman qardaşı arvadları onlar üçün fəsəli və qatlama bişirərdilər. M.Hüseyn.

3. sif. Qatlanan, açılıb-yığılan. Qatlama nərdivan. Qatlama kürsü, çarpayı. Qatlama yaxalıq. – Xeyli keçdi, əllər sakitləşdi, qatlama skamyalar səsləndi.
Ötəri bir sakitlik salonu bürüdü. S.Rəhimov.
Şirəli kişi anbarın qatlama qapılarını açdı. S.Rəhman.
Salonda üç qatlama stol açıb bir-birinə bitişdirmişdilər. Ə.Vəliyev.

4. sif. Büzmə, büzmə-büzmə.

Синонимы

  • QATLAMA fətir
  • QATLAMA büzmə
  • QATLAMA bükmə — əymə
QATQI
QATLAMAQ
OBASTAN VİKİ
Qatlama
Qatlama (qaz. қаттама; qırğ. каттама; türk. katmer; monq. гамбир) və ya fəsəli - türk xalqlarının və həmçinin monqol və bolqar mətbəxlərinə aid, xəmir və kərə yağı və ya digər qatı yağdan ibarət laminat bir xəmirdən hazırlanmış ləkəli yüngül xəmirdir. Kərə yağı xəmirin içinə qoyulur, bişmədən əvvəl dəfələrlə qatlanan və yuvarlanan bir paton düzəldir. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.

Значение слова в других словарях