QAVAL

is. Üzünə dəri çəkilmiş sağanaqdan ibarət zınqırovlu və ya zınqırovsuz musiqi aləti; dəf. Qaval çalmaq.
– Bu əfsanənin mənası budur ki, musiqi – tar, qaval, kamança və bunlara oxşayan çalğılar hamısı şeytan işidir… C.Məmmədquluzadə.

Синонимы

  • QAVAL dəf
  • QAVAL QAVAL (üzərinə dəri çəkilmiş çalğı aləti) O,... qavalı yerə qoyub, özünə yarım stəkan konyak və qonaqlara dolu şərabdan töküb yaşladı
QAUPVAXT
QAVALÇALAN
OBASTAN VİKİ
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Qaval daşı
Qaval daşı – qədim zərb musiqi aləti, litofon. Bir musiqi aləti kimi istifadəsi təqribi olaraq 10 min il öncəyə aiddir. Əhəng daşından əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən Qaval daşa vurduqda ondan səs çıxır. Neolit dövründə Qobustan ərazisində qədim insanlar bu daşın xüsusiyyətlərini bilmiş və ondan musiqi aləti kimi istifadə edirmişlər. Onlar Qaval daşda musiqini ifa edir və onun ətrafında rəqs edirdilər. Bunu əks etdirən qaya üstü rəsmləri görmək mümkündür. Qobustanda iki ədəd qaval daşı abidə kimi qorunur. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır. Bu daşın orta hissəsidə qalınlıq 70 sm-dir.
Anna Qavalda
Anna Qavalda (fr. Anna Gavalda, 9 dekabr 1970[…], Bulon-Biyankur) — fransız yazıçısı. Onun əsərləri onlarca dillərə tərcümə olunub və böyük sevgiylə oxunur. == Bioqrafiya == Anna Gavalda Parisin prestijli Boulogne-Billancourt şəhər kənarında anadan olmuşdu. Anna'nın böyük nənəsi Sankt Peterburqda anadan olmuşdu və tanınmış Fulda nəslindəndir. Valideynlərin boşanmasından sonra, 14 il pansionda yaşamış, sonradan isə Sorbonna universitetinə daxil olmuşdu. 2007-ci ildə ekranlara Anna Gavalda'nın eyniadlı romanı əsasında? fransız rejissoru Klod Berrinin, Odru Totu baş rolda olmaqla "Sadəcə birlikdə" adlı film nümaiş olunmuşdur. 4 həftə ərzində filmi Fransada 2 milyon tamaşaçı izləmişdir.
Lev Qavalas
Lev Qavalas (yun. Λέων Γαβαλᾶς XII əsr, Rodos – 1240-cı illər) — 1204-cü ildə Dördüncü Səlib yürüşü ilə Bizans imperiyasının parçalanmasından sonra qurulan, Rodos adasını və ətrafındakı Egey adalarını əhatə edən bir müstəqil domenin hökmdarı və Bizans yunanı maqnatı. Qavalas Nikeya imperiyasının asılılığını qəbul etməsinə baxmayaraq, 1240-cı illərin əvvəllərində ölməsinə qədər praktik olaraq müstəqil qalmışdır. == Həyatı == Lev Qavalas ən azı X əsrin əvvəllərində Anna Qavalanın Bizans imperatoru I Roman Lakapinin oğlu və hakimiyyət şəriki Stefan Lakapin ilə evləndiyi zaman yaranmış bir aristokrat ailəsindən idi. Ailə sonrakı dövrlərdə nisbətən az əhəmiyyət daşıyırdı, lakin XI və XII əsrlərdə bir sıra mülki və ruhani məmurlar yetişdirmişdir. Qavalasın həyatının ilk illəri haqqında heç bir şey bilinmir və ilk dəfə 1232 və ya 1233-cü ildə etibarlı mənbə tərəfindən təsdiq edilmişdir. Qavalasın "Sezar" tituluna necə sahib olması və Rodosda hakimiyyət yaratmasının təfərrüatları da aydın deyil. Çağdaş mənbələr Rodosun Bizans nəzarətindən çıxdığını və 1203–1204-cü illərdə baş tutmuş Dördüncü Səlib yürüşü zamanı müstəqil bir hökmdar tərəfindən idarə olunduğunu açıq şəkildə qeyd edir. Bu hökmdar adətən Qavalas ilə eyniləşdirilir, lakin orta əsr Bizans tarixşünası Nikifor Vlemmid Qavalasın titulunu irsi hüquq ilə aldığını iddia edir. Qavalasın bir anda Nikeya imperiyasından asılılığı qəbul etdiyi və "Sezar" titulunun ona Nikeya hökmdarı I Feodor Laskaris (hak.
Qavalanın binası
Qavalanın binası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. XIX əsrin sonlarına yaxın inşa edilmişdir. Bina Rostov-na-Donu şəhəri Puşkinskaya küçəsi, 93 ünvanında yerləşir. Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bina iki mərtəbədən ibarətdir. Puşkinskaya küçəsi, ev 93 ünvanında yerləşən bina XIX əsrim sonlarında inşa edilmişdir. Binanın ilk sahibi Rusiya Birja cəmiyyətinin üzvü Nikolay Antonoviç Qavala olmuşdur. Milliyyətcə yunandır. 1913-cü il məlumatına görə binanın sahibi olaraq Mariya Qeorgievna Qavala göstərilir. Mariya Qeorgievna Qavala Nikolay Antonoviç Qavalanın həyat yoldaşı olmuşdur.
İoann Qavalas
İoann Qavalas (yun. Ἰωάννης Γαβαλᾶς, translit. Ioánnis Gavalás; bilinmir – 1250) — Bizans yunanı maqnat və Rodos adasının hökmdarı (hak. 1240–1248). O, 1248-ci ildə adanın nəzarətini Genuya Respublikasına itirmiş və ağalığını qəbul etmiş Nikeya imperiyasından kömək istəmişdir. Nikeya qoşunları adanı fəth etmiş, lakin adanı öz əyalətinə çevirən nikeyalılar adanın nəzarətini İoanna qaytarmamışdır. Cheynet, Jean-Claude. Pouvoir et Contestations à Byzance (963–1210) (ingilis). Paris: Publications de la Sorbonne. 1996.

Значение слова в других словарях