QAXINC

is. Edilən yaxşılığı adamın üzünə vurma, minnət qoyma, tənə etmə.
□ (Başına) qaxınc etmək – etdiyi yaxşılığı başa vurmaq. [Səltənət:] Gör mənim başıma nəyi qaxınc edirlər.
Gör mənə kim qaxınc edir! Mir Cəlal.
Qazanxan öz-özünə: “Yox, yox, bu, mənim başıma qaxınc olar, bundansa, ölüm yeydir” – deyə düşündü. M.Rzaquluzadə.

Синонимы

  • QAXINC minnət
QAXILMAQ
QAXIŞ

Значение слова в других словарях