QAYIQÇI

is. Qayıq işlədən, qayıqda kürək çəkərək qayığı sürən adam. Qayıqçı bizi çayın o tayına keçirdi.
– …Bizə öz adamımız olan yaxşı qayıqçı lazımdır. A.Şaiq.
Qayıqçını səslədi: – Tez motoru işə sal. M.Seyidzadə.

QAYIQ
QAYIQÇILIQ
OBASTAN VİKİ
Qayıqçı Qul Mustafa
Qayıqçı Qul Mustafa (türk. Kayıkçı Kul Mustafa; 1580, Aydın – 1658, Konstantinopol) — Türkiyə xalq ədəbiyyatının bəktaşi qolunun xalq ozanı. Ozanın doğum və vəfat tarixləri haqqında dəqiq məlumat olmamasına baxmayaraq, onun XVII əsrdə yaşadığı müəyyən edilmişdir. Bəzi mənbələrə görə, o, 1658-ci ildə vəfat etmişdir, lakin bu iddianın əksinə olaraq onun 1659-cu ildən sonra vəfat etdiyini irəli sürən araşdırmalar da mövcuddur. Ədəbiyyatçı Əhməd Kabaklı Qayıqçı Qul Mustafanın 1646-cı ildən sonra vəfat etdiyini iddia etmişdir. Qayıqçı Qul Mustafanın harada anadan olduğu haqqında kifayət qədər məlumat yoxdur. Buna baxmayaraq, Osman Şövqi Uludağın Aydın vilayəti ətrafında tərtib etdiyi "Gənc Osman" türküsündə mövcud olan "bencileyin, sencileyin" kimi arxaik sözlərin Nazillidə hələ də işlədilməsi, ozanın ilk növbədə bir dənizçi olması və Aydın bəyliyi dənizçilik ənənəsi ilə tanınmış olması Qayıqçı Qul Mustafanın Aydın–Nazilli ətrafında doğulması ehtimalını gücləndirmişdir. Bundan əlavə, incəsənətdə böyük təsir bağışladığı Aşıq Ömərin əslən Aydından olması ilə bağlı iddialar da bu arqumenti əhəmiyyətli bir məlumat halına gətirir. Ədəbiyyat tarixçilərinin əksəriyyəti "Gənc Osman" dastanının Qayıqçı Qul Mustafanın ən mühüm əsəri olması ilə həmfikirdir. "Gənc Osman" dastanı əvvəlcə şeir olsa da, ictimaiyyət tərəfindən anonimləşdirilərək onun türkü və dastan variantları ortaya çıxmışdır.
Qayıqçı evi (Petropavlovsk qalası)
Qayıqçı evi (rus. Ботный дом) - Rusiyanın Sankt-Peterburq şəhərində, Petropavlovsk qalası daxilində, Pyotr və Pavel kafedralı yaxınlığında yerləşən Müqəddəs Nikolay adlı I Pyotr botikinin saxlandığı yer. Baltik dənizi uğrunda Rusiya və İsveç arasında 1700-1721-ci illərdə baş vermiş Şimal müharibəsi (1700-1721)Şimal müharibəsi bitdikdən sonra imperator I Pyotr öz botikini (yəni qayığını) Moskvadan Sankt-Peterburqa gətirməyi qərara alır. 1723-cü ildə botik təntənəli şəkildə paytaxta daxil olur. Əvvəlcə onun üçün qalada kiçik sipər tikilir. 1761-ci ildə "Rus donanmasının babası" adlanan Pyotrun qayığı Pyotr və Pavel zəng qülləsinin yaxınlığında memar A.F. Vist tərəfindən inşa edilən və Qayıqçı evi adı ilə tanınan kiçik pavilyona köçürülmüşdür. Memar açılan qapıların ölçüsünü düzgün hesablamadığından, inşaatçılar qayığı otağa yerləşdirmək üçün qapı və divarları sökməyə məcbur olmuşdular. Evin memarlığında dekorativ barokko üslubundan ciddi klassisizmə keçid öz əksini tapmışdır. Binanın sadə fasadı və bəzəksiz portikləri mürəkkəb formalı tağlı dam və hündür pəncərələrlə birlikdə harmoniya təşkil edir. Damın üzərinə Naviqasiya tanrısının alleqorik heykəli quraşdırılmışdır (1891-ci il, heykəltaraş David Yensen).

Значение слова в других словарях