QAYMAQÇİÇƏYİ

сущ. бот. чӀемедцуьк; // qaymaqçiçəyi fəsiləsi бот. чӀемедцуькверин хзан, са гзаф зегьерлу жуьреяр авай гзаф йисарин ва я са йисан векьер (хъчар).
QAYMAQÇİÇƏKLİLƏR
QAYMAQLANMAQ
OBASTAN VİKİ
Qaymaqçiçəyi
Qaymaqçiçəyi (lat. Ranunculus) – qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Qaymaqçiçəyi:The Plant List saytında takson barədə məlumat.
Asiya qaymaqçiçəyi
Asiya qaymaqçiçəyi (lat. Ranunculus asiaticus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Sürünən qaymaqçiçəyi
Sürünən qaymaqçiçəyi (lat. Ranunculus repens) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü. Hündürlüyü 15-40 sm olan çoxillik bitkidir. Avropa, Asiya və Şimal-Qərbi Afrikada rast gəlinir. Rütübətli və kölgəlik yerlərdə, su ilə gətirilmiş torpaqlarda – çayların sahilində, rütubətli çəmənliklərdə, kolluqların arasında, meşə bataqlıqlarında, sahələrdə və bostanlarda bitir.
Torlu Qaymaqçiçəyi
Torlu qaymaqçiçəyi (Elmi adı - Ranunculus arachnoideus) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. 5-6 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzun saplaqlıdır, yarpaq ayası dairəvi-ürəkvari, qalın, göyümtül, əsasən dərin 3 bölümlüdür. Orta dilimi enli, tərs-yumurtavaridir. Yan tərəfdəkilər romb şəkilli, 2 dərin bölümlüdür. Gövdə yarpaqları kiçilmiş, əsasından 3 lansetvari və ya uzunsov – lansetvari, tamkənarlı və ya dişli seqmentlərə bölünmüşdür. Nektarlığı 12-16 mm uzunluqda, qızılı-sarı, geniş yumurtavaridir. Meyvələri 3-3,5 mm uzunluqda, tərs-yumurtavari, yan tərəfədn sızılmış, hamar, təpə hissədən qarmaqvaridir.
Qaymaqçiçəyikimilər
Qaymaqçiçəyikimilər (lat. Ranunculaceae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Əksəriyyəti ot bitkiləridir. Yarpaqları növbə ilə düzülür. Çiçəkləri ikicinsiyyətli, çiçəkyanlığı sadə və ya ikiqatdır. Məlum olan 2000-ə qədər növün 103-ü Azərbaycanda yayılıb. Əsasən, şimal rayonlarında bitir. Bir çox növü zəhərlidir. Bəzi növləri (xoruzgülü və s.) dərman bitkisi, bəziləri (kəpənəkçiçək, sunərgizi və s.) dekorativ bitkidir. Aconitum Actaea Adonis (bitki) — Xoruzgülü Anemone Anemonopsis Aphanostemma Aquilegia Archiclematis Arcteranthis Asteropyrum Barneoudia Beesia Calathodes Callianthemoides Callianthemum Caltha Ceratocephala Clematis Consolida Coptis Delphinium Dichocarpum Enemion Eranthis Garidella Glaucidium.
Qaymaqçiçəyinə bənzər əsmə
Qaymaqçiçəyinəbənzər əsmə
Anemonoides ranunculoides (lat. Anemonoides ranunculoides) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. Anemonanthea ranunculoides (L.) Gray Anemone nemorosa subsp. ranunculoides (L.) Ces. Anemone ranunculoides L. Pulsatilla ranunculoides (L.) Schrank Anemonoides ranunculoides subsp. ranunculoides Anemonoides ranunculoides subsp. wockeana (Asch.

Значение слова в других словарях