Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yarpaq
Yarpaq — bitkilərin həyatında fotosintez, tənəffüs və transpirasiya (buxarlanma) üçün əsas orqan. Yarpağın rəngi, adətən, yaşıl olur. Başqa funksiyanı yerinə yetirməsi ilə bağlı olaraq yarpağın biçimi dəyişilə bilər. Yarpaqda üzvi maddələr yaranır ki, bunların hesabına bitki öz orqanlarını qurur və bir bölümünü də ehtiyat qida halında bəlli orqanlarda toplanır. Yarpaq eyni zamanda normal şəkildə və ya metamorfoz edərək çoxalmada işlənə bilir. Yarpaqların əlavə köklər yaratma xüsusiyyətindən istifadə edərək bitkiləri vegetativ çoxaldırlar. Saplağı olan yarpaqlara "saplaqlı", saplaqsız yarpaqlara "oturaq yarpaqlar", saplağın və yarpağın alt qaidəsinin genələrək gövdəni novça kimi tutduğu yarpaqlara isə "qın yarpaqlar" deyilir. Yarpağın əsas və gözə çarpan hissəsi onun köhnəlmiş hissəsidir, buna "yarpaq ayası" deyilir. Bitkilərin bir çoxunda yarpağın dibində çıxıntı olur ki, o "yarpaqaltlığı" adlanır. Beləliklə yarpaqlar iki yerə ayrılır: Bəsit yarpaqlar Mürəkkəb yarpaqlar == Hüceyrəvi quruluşu == Yarpağın hüceyrəvi quruluşu dedikdə yarpağın daxili quruluşu nəzərdə tutulur.Daxili quruluşa(yarpaqda) ağızcıqlar,yarpaq damarları aiddir.
Sonuncu yarpaq
“Sonuncu yarpaq” (ing. The Last Leaf) - amerikalı yazıçı O. Henrinin “Yanan Çıraq” seçilmiş hekayələrindən bir novella. == Məzmun == Qrinviç-Villicdə kiçik bir məhəllədə, üçmərtəbəli bir evdə iki gənc rəssam qızlar, Syu və Coanna yaşayırlar. Coanna ağciyərlərin sətəlcəminə tututlur və o, ölüm ayağındadır. Onun otağının pəncərəsindən görünən sarmaşığın yarpaqları tökülmək üzrədir. Coanna əmindir ki, sarmaşığın sonuncu yarpağı düşən gün o öləcəkdir. Rəfiqəsi Syu onu bu sərsəm fikirdən çəkindirməyə çalışır. Elə həmin binanın alt mərtəbəsində 60 yaşlı uğursuz Berman adlı bir rəssam da yaşayır. Berman illərdi özünün şah əsərinin yaratmaq arzusundadır. Syu bir gün poza oturuşu üçün qoça rəssamın yanına gələrək, öz xəstə rəfiqəsi və onun sərsəm fikiri haqqında ona danışır.
Yarpaq dolması
Yarpaq dolması — ümumi adı dolma olan yeməklərin üzüm yarpağı istifadə edilərək bişirilən xüsusi bir növü. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da Türk — Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bunu dolmanın adı sübut edir. Sonralar Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olmuşdur. Ət istifadə etmədən bişirilən növü dəli dolma vəya yalançı dolma adlanır.
Yarpaq fırfırası
Yarpaq fırfırası (lat. Recurvaria nanella Hb.)-Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Kəpənəyin qanadları açılmış halda ölçüsü 8-11 mm-dir. Ön qanadları açıq-qaramtıl rəngdədir. Yumurtası sarıdır. Tırtılı 5-7 mm olmaqla bir neçə rəngdə olur. Pupu ağ ipək baramacıq içərisində, 5-6 mm uzunluqda olmaqla qəhvəyi rəngdədir. == Həyat tərzi == Yarpaq fırfırası ikinci yaş tırtıl mərhələsində hörümçək toruna bənzər baramacıq içərisində, ağacların qabıqaltı yarıqlarında qışlayır. Qışlama yerlərindən yazda, mart ayının axırları, aprel ayının əvvəllərində çıxırlar və təzəcə açılmış yarpaqları bir-birinə birləşdirərək, onların içərisində qidalanırlar. Yarpaq fırfırası ilə yoluxmuş yarpaqlar tədricən quruyub saralır və sıradan çıxırlar. Belə yarpaqlar içərisində tırtıl mərhələsi başa çatır.
Yarpaq xalçaları
Yarpaq xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Göyümtül yarpaq dovşanalması
Yarpaq tökümü (roman)
Yarpaq tökümü — Məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin ilk dəfə 1930-cu ildə nəşr edilmiş romanı. == Məzmun == Yarpaq tökümü romanında maddi durum üzündən pis yollara düşən bir ailədən bəhs edilir. Evin bəyi olan Əli Rza bəy həmişə öz ailəsini öz himayəsi altında saxlamaq istəyir, lakin buna nail ola bilmir. Əli Rza bəyin özü kimi təmiz qəlbli Xeyriyyə adlı arvadı var. Onların 5 uşağı olur... == Tərcümə == "Yarpaq tökümü" romanı ilk dəfə Vaqif Sultanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş Bakıda "Karvan" dərgisində (1990, XII kitab, s.27-73) dərc olunmuşdur.Vaqif Sultanlının tərcüməsi 1994-cü ildə Azərbaycan Ensiklopediyası Nəşriyyat-poliqrafiya Birliyində, Dəyirman romanı ilə birlikdə kiril əlifbasında 10.000 nüsxədə kitab kimi nəşr olunmuşdur. Həmin tərcümə əsasında roman 2007-ci ildə "Çinar-çap" nəşriyyatında üçüncü dəfə latın qrafikası ilə 500 nüsxədə yayınlanmışdır. 2006-cı ildə roman K.Əliyevanın tərcüməsində "Nurlan" nəşriyyatında 300 nüsxədə nəşr olunmuşdur. Həmin tərcümə əsasında roman 2015-ci ildə Bakı Kitab Klubunda 176 səhifədə, 100 tirajla çap edilmişdir. == Nəşr == Rəşad Nuri Güntəkin.
Yaşıl yarpaq, qızılgül
Yaşıl yarpaq, qızılgül - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Qədimlərdə əkin başlananda, torpağa xış-kotan ağzı dəyəndə əsil bayram olduğu kimi əkin qurtaranda da müxtəlif mərasim və şənliklər keçirilərdi. Şum qurtarandan sonra qız-gəlinlər tellərinin uclarını gül-çiçəklə bəzəyər, çəmənlikdə "Yaşıl yarpaq, qızılgül" oyunu oynayardılar. == Oyunun qaydaları == Bir neçə uşaq cəm olub sanama yolu ilə usta(başçı, ya molla) seçirlər. Oyun iştirakçıları dairə vurub bir-birinin əlindən tuturlar. Sonra usta(başçı, ya molla) bir bənd mahnı oxuyar, qalanları isə əl çala-çala "yaşıl yarpaq, qızılgül" deyərlər. Daha sonra isə ustanın(başçının, ya mollanın) göstərişi ilə oyun iştirakçılarının hərəsi bir bənd mahnı oxuyar, qalanları isə əl çala-çala "yaşıl yarpaq, qızılgül" deyərlər. Hamı: Hamı: Oyun beləcə davam edir. Mahnı oxumağa söz tapa bilməyən oyunçu oyundan çıxarılır. Sona qalan oyunçu qalib sayılır.
Yaşıl yarpaq (jurnal)
Yaşıl yarpaq (türk. یشیل یاپراق) — 1928-ci ildə Türkiyədə yaşayan azərbaycanlı mühacirlər tərəfindən nəşr olunan jurnal. == Haqqında == 16 iyun 1928-ci ildə nəşr edilən Yaşıl Yarpaq jurnalı azərbaycanlı mühacirlərin nəşr etdirdiyi 3-cü jurnal idi. O, "Yeni Qafqaziya", "Azəri Türk" jurnallarından həcminə və təsir dairəsinə görə daha zəif idi. "Orxaniyyə" mətbəəsində çıxan jurnalın adresi ünvanı bu şəkildə qeyd olunub: İstanbul, Aya Sofiya qarşısında Hilali-Əhmər caddəsi. Nömrə 6. Jurnaldakı ilk məqalə "On sənə arxamızda" adlanır. Jurnalın ikinci sayı 5 iyul 1928-də çıxıb. Jurnal 8 səhifədən ibarət olub və son nömrəsini 1 sentyabr 1928-ci ildə nəşr edib. Jurnalın baş redaktoru Məmməd Sadıq Aran olub.
İti yarpaq ağcaqayın
== Təbii yayılması == Avrоpada, Karеyada, cənubda isə Qafqazda, Balkanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30-m ə çatan sıх, yumru çətirli ağacdır. Cavan budaqların qabığı hamar, qırmızımtıl-bоzdur. Ağacın gövdəsi tünd, qоnurumtul-bоz, bəzən tam qara rəngli, üzərində çохlu çatları оlan qabıqla örtülmüşdür. Yarpaqlar 5 dilimlidir, tünd yaşıldır, payızda narıncı-sarımtıl rəngdə оlur, uzunluğu 18 sm-ə qədərdir. Mayın I və II оngünlüyündə çiçəkləyir, sеntyabrın оrtalarında mеyvələri yеtişir. Çiçəkləri sarımtıl-yaşıl, ətirlidir, qalхan çiçək qrupuna yığılmışdır. Ömrünün ilk 3 ilində tеz böyüyür, 17 yaşında çiçəkləyir və mеyvə vеrir. == Ekologiyası == Məhsuldar və rütubətli tоrpaqlara tələbkardır, tеz böyüyür, kölgəyə, küləyə davamlıdır. Tоrpağın şоranlaşmasına dözmür.
Yarpaq tökümü (teleserial, 2006)
Yaprak Dökümü, 2006-2010-cu illər arasında Kanal D-də yayımlanan ailə və dram janrlı türk serialıdır. Reşat Nuri Güntekinin eyniadlı kitabından uyğunlaşdırılıb. Ümumilikdə 5 sezondan ibarət olan serial 174-cü bölümü ilə sona çatdı. == Mövzusu == Ömrünü biri oğlan olan 5 övladına yaxşı fikirlər, təmiz şəxsiyyətlər bəxş etməyə həsr edən Əli Rıza bəy bir hadisədə haqsızlığa göz yumması istənildikdə rayon qubernatorluğundan istefa verir. yaşadı. Qızı Necla da İstanbulda universitet təhsili alanda ailə İstanbula, öz köhnə malikanəsinə köçür. Leylanın universitetə ​​hazırlıq kursu, Necla ilə Ayşenin məktəb xərcləri ailəni çətin vəziyyətə salır və Əli Rıza bəy yenidən işə başlayır. Ondan yeni işində öz prinsiplərini güzəştə getməsi tələb olunduqda, o, yenidən istefa verir. İndi şərtlər daha çətin olduğundan, ana Hayriyə xanım ərinin işdən çıxmaq qərarını dəstəkləmir və evdə iğtişaşlar başlayır. Şövkət əsgərlikdən qayıdıb bankda işə başlayanda Əli Rıza bəyin yükü yüngülləşir.
Yarpaqlı
Yarpaqlı — Culfa rayonunda, Teyvaz kəndi yaxınlığında yerləşən yüksəklikdir. Əhali tərəfindən yaylaq kimi istifadə olunur. Həmçinin Yarpaqlı yaxınlığından keçən kəsə yol Teyvaz kəndini Qazançı kəndi ilə birləşdirir. [mənbə göstərin] == Mənbə == Yarpaqlı GEOnet Names Server-də.
Falsoeksosoma yarpaqyeyəni
Falsoeksosoma yarpaqyeyəni (lat. Falsoexosoma cyanipenne) — sərtqanadlılar dəstəsinə yarpaqyeyənlər fəsiləsinə aid böcək növü. == Qısa məlumat == Bədənlərinin uzunluğu 9.5–12 mm. təşkil edir. Bığcıqları və pəncələri narıncı, qanadüstlükləri isə parlaq yaşıl rəngdədir. Əsasən yabanı alçanın yarpaqları ilə qidalanırlar. == Yayılması == Türkmənistanda, Şimali İranda rast gəlinir. Azərbaycanda Lənkəran zonası, Böyük Qafqazda rast gəlinir. == Yaşayış yeri və həyat tərzi == Meşə zonası əsas yaşayış yeridir. Yabanı alça ağacının yarpaqları ilə qidalanırlar.
Güvə yarpaqbükəni
GÜVƏ YARPAQBÜKƏNİ lat. Choreutis nemorana (Hübner, 1799)-Mikrolepidopterlərin Choreutidae fəsiləsinə daxil olan Choreutis nemorana növünü ilk dəfə Hübner 1799-cu ildə Avropadan təsvir etmişdir. == Yayılması == Ch.nemorana Kanar adalarından Aralıq dənizi bölgələrinə, Şimali Afrikadan Asiyaya qədər bütün ərazilərdə rast gəlinir [1]. Avropada xüsusilə Avstriya, İsveç və cənubi Almaniyada daha çox ziyan vurur [2, 3]. Ilk dəfə İsveçdə 2005-ci ildə, Almaniyada və Avstriyada isə 2006-cı ildə qeydə alınıb və əncirin potensial ziyanvericisi hesab olunur [4]. Azərbaycanda Ch.nemorana üzərində mütamadi müşahidələr aparılmış və xüsusilə Bakı şəhərində, Abşeron yarımadasının Mərdəkan, Bilgəh, Kürdəxanı, Pirşağa, Buzovna və s. qəsəbələrində, eyni zamanda Lənkəran, Astara, Dəvəçi və Füzuli rayonlarında ziyanvericinin tırtıl, pup və yetkin mərhələləri qeydə alınmışdır (Məhərrəmova, 2012 ). Morfoloji xüsusiyyətləri: Ch.nemorana-nın yumurtaları 0.5 mm-dir, dəyırmıdır, qəhvəyi-ağ rəngdədir. Tırtılları yaşılımtıl-sarıdır, üzərində sıra ilə qara nöqtələr var, ölçüsü 18–20 mm-dir. Pupu barama işərisində yerləşir, tünd qəhvəyi rəngdədir və ölçüsü 10–12 mm-dir.
Kələm yarpaqyeyəni
Kələm yarpaqyeyəni (lat. Phaedon cochleariae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin yarpaqyeyən cinsinə aid heyvan növü. == Xarici quruluşu == Formaca şar şəkilli olan bu həşəratın uzunluğu 3–5 mm-dir. Qabaq kürəyi və üst qanadları tünd yaşıl rəngli, başı balaca, bığlarının qurtaracağı qalındır. Sarı rəngli yumurtaları hamar və oval şəklindədir. Uzunluğu 1 mm, eni isə 0,5 mm-dir. Sürfənin arxa hissəsi nazik, sarı, başı isə parlaq, qara rənglidir. Bədəni dörd cərgədə yerləşən tünd rəngli cod tüklərlə örtülmüşdür. Uzunluğu 5,5 mm-dir. Pupu sarı rənglidir.
Labidostomis yarpaqyeyən böcəyi
Labidostomis yarpaqyeyən böcəyi (lat. Labidostomis montana) — Sərtqanadlılar dəstəsinə Yarpaqyeyənlər fəsiləsinə aid böcək növü. == Təsviri == Bədənin uzunluğu 8–9 mm. Böcəyin ön beli, döşü, qarnı, ətrafları, bığları tünd yaşıl rəngdə olub, qanadüstlüyü isə sarı – qəhvəyidir. Sağ çiyin hissəsində bir yaşıl xalı var. == Yayılması == Azərbaycanda Lerik, Yardımlı, Cəlilabad və Ordubad rayonlarında qeydə alınmışdır. == Həyat tərzi == Meşə zonası əsas yaşayış yeridir, söyüd ağacının yarpaqları ilə qidalanır. == Sayı == Lənkəran bölgəsindən 12 fərd, Ordubaddan isə 5 fərd tapılmışdır. == Məhdudlaşdırıcı amillər == Meşələrin qırılması, qida bitkilərinin məhv edilməsi == Qorunması üçün məsləhət görülmüş tədbirlər == Böcəyin yaşayış sahələri qorunmalıdır. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Qırmızı Kitabı.1989 il.
Qarağac yarpaqyeyəni
Pyrrhalta luteola (lat. Pyrrhalta luteola) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin pyrrhalta cinsinə aid heyvan növü. == Xarici quruluşu == Qarağac yarpaqyeyəninin yaşlı fərdləri qəhvəyi-kül rəngində olub, bədəninin uzunluğu 4–5 mm-dir. == Həyat tərzi == Böcəklər, yerə tökülmüş yarpaqların (xəzəllərin) və ağacların qabığı altında qışlayırlar. Onlar yazda qış yerlərindən çıxıb (aprelin axırı, may ayının əvvəlləri) qarağacın yenicə əmələ gəlmiş yarpaqları ilə qidalanaraq cütləşirlər və bir neçə gündən sonra (3-4 gündən) yumurta qoyurlar. Yumurtalar yarpaqların alt və bəzən üst tərəfinə 2-3 cərgədə, hər cərgədə 15-50 yumurta olmaqla qoyulur. Yumurta qoyma müddəti 15-20 gün davam edir. Hər bir dişi fərd inkişafı müddətində 600-700-ədək yumurta qoya bilir. Yumurtalardan çıxan sürfələr 3 yaş dövrü keçirməklə, 18-22 gün qidalanırlar, sonra isə torpağa düşərək onun yarıqlarında və yaxud da ağac gövdəsinin torpaqla birləşən hissəsində puplaşırlar. Zərərverici ildə 2-3 nəsil verir.
Qovaq yarpaqyeyəni
Qovaq yarpaqyeyəni-(lat. Chrysomella populi L.) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Bədəninin uzunluğu 10–12 mm-dir. Beli tünd-yaşıl rənglidir. Qanadları isə qırmızıya çalır. Abşeron şəraitində böcəklər və sürfələr müxtəlif növ qovaq və söyüd ağaclarının üzərində yaşayır. Onlar müxtəlif illərdə yaşıllıq bitkilərinə, o cümlədən qovaq bitkisinə 40-50% zərər verirlər Böcəklər qışlamadan aprel ayının əvvəlləri çıxırlar. Dişi fərdlər 10-15 gün qidalandıqdan sonra yumurta qoymağa başlayırlar. Yumurtaları sarı rənglidir. Uzunluğu 2–3 mm, eni isə 1–2 mm-dir. Yumurtaların inkişafı 6-7 gün çəkir.
Qızılgül yarpaqbükəni
Qızılgül yarpaqbükəni (lat. Archips rosana L.) — Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyin qanadları açılmış halda 15–22 mm olmaqla, erkək fərdin qabaq qanadları tünd- bozdur. Yumurtası oval formada olub, yaşıl-göyümtül rəngdədir. Tırtılları isə bir neçə rəngin çalarlarına malikdirlər (tünd-yaşıl, açıq-yaşıl, sarımtıl- qəhvəyi), bədənin uzunluğu 18–20 mm-dir.İmaqo: A.rosanus yetkin fərdlərin ön qanadları qırmızımtıl-sarı, tünd-qəhvəyi ləkəlidir, qanadların ölçüsü 15–22 mm-dir. Arxa qanadlar qəhvəyi-bozdur. Pup: Pupları 10–12 mm-dir, sarımtıl-qəhvəyi rənglidir. Tırtıl': Tırtılların ölçüsü 18–20 mm-dir, rəngi açıq yaşıldan tünd yaşıla qədər dəyişir. Yumurta: Yumurtaları uzunsov-oval olub, əvvəlcə yaşılımtıl sonra isə qəhvəyimtil qonur rəngdə olur. Yumurtaların üzəri kəpənəyin pulcuqları ilə qarışmış şəffaf mumabənzər maddə ilə örtülür.
Simonson yarpaqsünbülü
== Təbii yayılması == Təbii halda Çində, Tropik ərazilərdə yayılmışdır. Bu növlər yüksək dağlarda, çayların sahillərində bitir və yerli bitkilərin mühüm komponenti olurlar. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatır.Cavan gövdələri parlaq gümüşü rəngdədir, mum qatı ilə örtülmüşdür.Simonson yarpaqsünbülünün gövdəsi 24 saat ərzində təxminən 120 sm-ə qədər böyüyür.Yarpaqları boruvarı, növbəli, xətvari olub, 2 cərgədən qarışıq düzülmüşdür.Bambukların tezböyüyən zoğlarında qabıqşəkilli yarpaqları vardır, ona görə onları digər taxılların yeraltı orqanlarına-kökümsovlara bənzədirlər.Çiçəkləri ayrı cinsli oturaq, lətlidir, sadə və ya budaqlı qıçalar şəklində toplanmışdır. Bambuklar həyatında 1 dəfə çiçəkləyir və çiçəklədikdən sonra məhv olurlar.Ağacşəkilli formaları çiçəkləyənə qədər bir neçə onillik, bəzən yüz ildən artıq bitə bilərlər.Meyvələri iri giləmeyvələrə və ya qozlara bənzəyir. == Ekologiyası == Təpələrin yamaclarında, bataqlıqlaşmamış təzə torpaqlarda, xüsusilə də qırmızı torpaqlarda daha yaxşı bitir. == Azərbaycanda yayılması == Gəncədə, Zaqatalada, Lənkəranda təbii halda bitir. == İstifadəsi == Gövdələrindən idman ləvazimatı, mebel və çəpər hazırlanmasında, yüngül təsərrüfat binalarının tikilməsində, barama qurdu yetişdirmək üçün və s. İstifadə edilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Tarim hövzəsində yarpaqlı meşələr və çöl
Tarım hövzəsi yarpaqlı meşələr və çöl Qərbi Çinin Sincan Uyğur Muxtar Bölgəsində mülayim enli və qarışıq meşələr eko bölgəsidir. Ekoloji bölgəyə, əksinə quraq bir bölgədə bölgənin çayları tərəfindən davamlı yarpaqlı sahil meşələri və çöllər daxildir. == Coğrafiya == Tarım hövzəsi Çinin ən qərbində yerləşən səhra hövzəsidir. Hövzə yüksək dağlarla əhatə olunmuşdur - cənubda Tibet yaylası, şimal kənarını təşkil edən Kunlun dağları ; qərbdə Pamir dağları; şimalda Tyan-Şan ilə. Hövzə qurudur, lakin ətraf dağlarda xeyli yağış və qar yağır. Çaylar hövzəyə dağlardan, o cümlədən qərbdəki Kunlun dağlarını qurudan, şimala doğru axan Hotan çayı, Pamiri axıdan Yarkənd çayı və qərb Tian Şan dağlarından axıdılan Aksu çayı daxil olur. Bu çaylar şimal və şərq hövzəsi boyunca bir qövs içində 1300 km axan Tarım çayını əmələ gətirir. Konqque çayı mərkəzi Tyan-Şandan cənub-şərqə axır. Aşağı Tarım çayı cənub- şərq hövzəsindəki Taitema gölünə cənub-şərqdən, Kongque isə şərqdən Lobnora tökülür. Qarqan çayı mərkəzi Kunlun dağlarında qalxır və eyni zamanda şimal-şərqə doğru Taitema gölünə tökülür.
Yanotu yarpaqyeyəni
Yanotu yarpaqyeyəni (lat. Galeruca tanaceti) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yanotu yarpaqyeyənin bədəni qaradır. Uzunluğu 6–10 mm-dir. == Həyat tərzi == Böcəklər və sürfələr müxtəlif yabanı mürəkkəbçiçəklilər üzərində qidalanır. Məlumatlara əsasən bu böcəklər Abşeronda kələmi, soğanı, Şəmkirdə isə kartofu zədələyir. Turp, xardal, çuğundur, yonca, yulaf və başqa bitkilərə zərər verir. Böcəklər və sürfələr payızgülü bitkisinin də yarpaqlarını yeyirlər. Azərbaycanın rayonlarında bu böcəkləri mayın ikinci yarısında, onların çıxalmasını isə iyunda və iyulun əvvəllərində müşahidə etmək olar. Yanotu yarpaqyeyənləri ildə 2–3 nəsil verir.
Yarpaqbirələri
Psillidlər və ya yarpaqbirələri yarımdəstəsi-(lat. Psyllinea) Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici quruluşu == Bu yarımdəstənin nümayəndələri, zahirən cırcıramacıqlara və mənənələrə bənzəyən xırda, sorucu həşəratlardır (1,5-5,5 mm). Cırcıramacıqlardan başın düzxətli qabaq kənarı, bığcıqların quruluşu və qanad damarlanmasının zəifliyi ilə; ikincilərdən isə kənar damarı olan daha qalın qabaq qanadları və sıçrayıcı arxa ayaqları ilə fərqlənir. Başı az-çox aydın şəkildə döşdən ayrılmışdır. Adətən çəp halda aşağı əyilmişdir (Liviidae-də irəli yönəlmişdir). Təpənin arxa künclərində və ya yan tərəflərində cüt sadə gözcük yerləşmişdir. Üçüncüsü – tək gözcük təpə tikişinin zirvəsində yerləşir. Mürəkkəb gözləri adətən qabarıq, çox vaxt sferik şəkildə olur, Liviidae-də az-çox yastı formadadır. Bığcıqları 10 buğumludur (çox nadir hallarda 8-9 buğumlu), birinci iki buğum həmişə qalanlarından yoğundur; 10-cu buğumda iki müxtəlif ölçülü qılcıq var, 3-cü buğum adətən ən uzun buğumludur (yalnız Liviidae-də 2-ci buğum qalanlarının hər birindən uzundur).
Yarpaqbükənlər
Yarpaqbükənlər (lat. Tortricidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Xarici görünüşü == Kəpənəklər xırda və ya orta ölçülüdür, qanadlarının açılışı 8 mm-dən 40 mm-dək dəyişir. Xeyli yoğun bədəni sıx tükcüklərlə örtülmüşdür. Üçbucaq və ya trapesiya formalı, bayır kənarı çəpinə kəsilmiş qabaq qanadları damvarı yığılır. Əksər növlərdə onların naxışı əlvandır, bir-birini əvəz edən müxtəlif formalı və rəngli xallardan və zolaqlardan, metal-parlaq xətlərdən ibarətdir. Bəzi növlərdə qanadlar boz və ya qonur olub, birrənglidir. Başı pulcuqlarla örtülmüşdür, gözləri çılpaqdır, gözcükləri var. Xortumcuğu inkişaf etmişdir. Bığcıqları nisbətən gödəkdir.
Yarpaqgüdən
Yarpaqgüdən (lat. Phylloscopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin yarpaqgüdənlər fəsiləsinə aid heyvan cinsi. == Haqqında == Bunlar istisnasız olaraq meşə quşları olub çox kiçik silvilər arasında yeknəsəq boz, yaşılımtıl və ya qonurumtul rəngləri ilə daha çox nəzərə çarpırlar. Hələ uçub keçmə zamanı və çoxalma mövsümündə çox və hündürdən oxuyurlar. Kölgəsevərlərdən fərqli olaraq ağacların başında olurlar. Ancaq adətən yerdə və ya çox alçaqda yuva qururlar. Buna görədə də yuvaları az sahəyə, ancaq böyük hündürlüyə malik olur. Halbuki, kölgəsevərlərdə yuvanın hündürlüyü kolluq təbəqəsi ilə məhdudlaşmışdır. Adətən çox xırda həşəratlarla qidalanırlar. Bunları kiçik budaqlardan və yarpaqlardan yığırlar.
Yarpaqgüdənlər
Yarpaqgüdənlər (lat. Phylloscopidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Yarpaqlı (Xoy)
Yarpaqlı (fars. يارپاقلو‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (89 ailə).
Yarpaqlı (Çankırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Yarpaqlı (Çanqırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Harpaq
Harpaq (yun. Ἅρπαγος; akkad. Arbaku; e. ə. VII əsr – e. ə. VI əsr) — e.ə. VI əsrdə yaşamış Midiya sərkərdəsi. Hələ Pasarqad döyüşündə Midiya hökmdarı Astiaqa xəyanət edib II Kirin tərəfinə keçən Harpaq, II Kir maday taxtını ələ keçirdikdən sonra dövlətdə ən hörmətli şəxslərdən biri olmuşdur. == Həyatı == Herodotun "Tarix" əsərinə görə Harpaq Midiya hökmdarının sarayında yaşayaraq, son Midiya hökmdarı Astiaqın şəxsi qvardiyasında xidmət etmişdir.
Üçyarpaq oxyarpaq
Üçyarpaq oxyarpaq - (lat. Sagittaria trifolia L.) — IUCN Qırmızı Siyahısına görə növün “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir. Azərbaycanda az rast gəlinən, nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik 20-50 sm hündürlükdə ot bitkisidir. Kökümsovu kökyumrulu zoğlar əmələ gətirən topaşəkilli ipvari köklüdür. Yarpaqları oxvari, üçbucaq və ya uzunsov-üçbucaq formalı sivri ayalı, ensiz üçbucaqlı, sivriləşmiş dilimlidir. Ləçəkləri ağ rəngdə olub, qaidəsində tünd – qırmızı, ləkəsizdir. Erkəkciklərin tozcuqları sarı rəngdədir. Meyvəcikləri düzgün olmayan üçbucaqlıdır, yan tərəflərdən bərk sıxılmışdır, üst və alt tərəfdən enli qanadlıdır, təpə hissədə qısa əyilmiş buruncuqludur == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—avqust aylarına təsadüf edir. Toxumlarla və vegetativ yolla çoxalır.
Arpağ
Arpağ — türk və altay mifologiyasında və xalq kültürlerinde əfsun mənasını verir. Sirrli söz, mistik dua, sehr deməkdir. Arbağ (Arba) və ya Arvağ (Arva) olaraq da deyilər. Yenə eyni kökdən törəyən Arvas, Arbaş, Arbış, Arbuz sözləri də eyni mənaları ehtiva edir. Arbağçı deyilən efsuncular tərəfindən oxunur. Xəstələrə yaxşılaşdırmaq, pislikləri və pis ruhları savuşturmak üçün edilən dua. Məsələn ilanın zehrinin təsirini yox etmək və ya ilan, əqrəb kimi heyvanların sokmasını qarşısını almaq üçün edilən və oxunan arpağlar vardır. Bu arpağlar nəticəsində ilanın və ya əqrəbin soxmadığı inancı Anadoluda bu gün belə geniş yayılmışdır. Arbamak və ya Arvamak (əfsun etmək) feli Anadoluda xalq ağzında istifadə davam etməkdədir. Göz boyamaq (göz rəngləmək), gözbağı etmək, sehr etmək deməkdir.
Ağcaqayın yarpağı
Ağcaqayın yarpağı — əsasən Kanadanın əsas simvolu kimi tanınan, ağcaqayın ağacının veqatativ orqanı. == Kanadanın simvolu kimi == Kanada 70-dən çox ağcaqayın növü bitir. XVIII əsrin sonlarında Kanadanın Yeni Fransa bölgəsinin əhalisi 18.000-ə çatmışdı. O zamandan başlayaraq Müqəddəs Lavrenti çayı boyunca yaşayan fransız kanadalıları ağcaqayın yarpağından simvolları kimi istifadə etməyə başlamışlar.Getdikcə məşhurlaşan simvol 1834-cü ildə Sent-Cin-Baptiste Cəmiyyətinin iclasında qurumun simvolu seçilmişdir. Monrealın ilk valisi Cek Viger ağcaqayın yarpağını "Meşənin kralı" və "Kanada insanın simvolu" adlandırmışdı. Birinci və ikinci dünya müharibələrində bu simvol Kanada əsgərlərinin geyimlərində istifadə olunmuşdur. Daha sonra Kanada baş naziri simvolun bayraqda istifadə olunmasını təklif etmişdir. 1965-ci ildə II Elizabet ağcaqayın yarpağının Kanada bayrağına əlavə olunacağını elan etmişdir. Amma rəsmi olaraq Kanadanın simvolu kimi 25 aprel 1996-cı ildə qəbul olunmuşdur.
Kələm yarpağı
Kələm (lat. Brassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Xalq təbabəti == Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır.
Üzüm yarpağı
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi.Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. == Xalq təbabəti == Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s.
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Karpat
Karpat dağları — Mərkəzi Avropada dağ sistemi. Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya ərazisində yerləşir. Karpat dağlarının yaşı 1,2 milyard ilə yaxındır. O, qədim dağlara aid olunur. == Geologiyası == Karpat dağları Alp dağlarının şərqə davamı hesab edilir. Bu dağlar Dunayın sol sahilində yerləşən Kiçik Karpatlarla başlayaraq, Şərqi Serbiya dağlarına qədər, oraq formasında, təxminən 1300 km məsafədə uzanır. Şərqi Avropa platforması ilə Pannon qurusunun arasında yerləşməsi Karpat dağları zonasında tektonik hərəkətlərin Alp dağlarına nisbətən bir qədər başqa formada baş verməsi ilə nəticələnmişdir. Karpat dağlarında qırışıq əmələgəlmə hadisəsi Alp dağlarına nisbətən bir qədər tez, yəni hələ mezozoy erasının ikinci yarısından başlamışdır. Bu sahədə qüvvətli qırışıqlı tektonik hərəkətlər paleogenin əvvəllərində başa çatmışdır. Neogen və dördüncü dövrdə orogenik hərəkətlər və qalxma amplitudu Karpat dağlarında Alplara nisbətən zəif getmişdir.
Pardaq
Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəklində olan abraziv materialları misal çəkmək olar. Proses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girərək kiçicik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahlarında yerinə yetilrir. Pardaqlanan səthlər başqalarına görə daha dəqiq olur. Bu üsulla bərk materialları belə asanlıqla emal etmək olur. Səthlərin təmizliyi və dalğavarililiyi Rz= 1-3μm həddində yerləşir. Müasir incə pardaqlama üsulları ilə cilamaya bərabər ən təmiz səthlərin alınması mümkün olmuşdur. Pardaqlamanın cilalamadan həm də üstün cəhəti ondan ibarətdir ki, burada daha çox material qatı çıxarmaq mümkündür.
Qalpaq
Qalpaq (türk. kalpak) — kəsik konus şəklində, əsasən kürk, parça və ya dəridən tikilən bir papaq növüdür. ƏsasənTürkiyədə, Qafqazda, İranda, Rusiyada və Orta Asiya ölkələrində istifadə edilir. Tarixən müxtəlif türk birliklərində çox geniş istifadə edilmişdir. İndiki dövrdə Özbəkistan sərhədləri içində yaşayan Qaraqalpaqlar da adlarını qalpaq sözündən götürmüşdür. == Mənbə == "kalpak." Arxivləşdirilib 2009-04-04 at the Wayback Machine Güncel Türkçe Sözlük. Türk Dil Kurumu. 2009. "kalpak." Büyük Larousse Sözlük ve Ansiklopedisi. Gelişim Yayınları.
Sartaq
Sartaq xan - Qızıl Ordanın 2-ci xanı idi. == Həyatı == Sartaq xanın doğulduğu yer və tarix bilinmir. Batı xan və Borakçin xatunun ilk oğlu idi. 1252-ci ildə Aleksandr Nevski ilə tanış olmuş, dostlaşmışdı. 1254-cü isə xristian olmuşdu. II Monqol qurultayından qayıdandan sonra çox yaşamadı və qardaşı Ulaqçi xan oldu. Sartaqın qızı Teodora Beloozero knyazı Qleb Vasilkoviç ilə evlənmişdi.
Tarpan
Tarpan (Equus ferus ferus), Avrasiya vəhşi atı kimi də tanınan ,nəsli kəsilmiş vəhşi at növünün yarımnövüdür. Yarımnövə aid sonuncu nümayəndənin 1909-cu ildə Rusiyada əsirlik altında öldüyü güman edilir. Bəzi mənbələr isə yarımnövün nümayəndələrinin əhliləşdirilmiş atla oxşarlığını nəzərə alıb bunun həqiqi vəhşi at olmadığını iddia edirlər. 1930-cu illərin əvvəllərində, "təkrari seçmə" adlanan süni seçmə yolu ilə tarpanlara bənzəyən at növlərininin alınmasına cəhdlər olmuşdur. Bu vasitə ilə alınan bəzi atlar kommersiya məqsədi ilə "tarpan" kimi təqdim olunur. Ancaq qədim vəhşi atların tarixi haqqında təhsil alanlar iddia edirlər ki, "tarpan" adı yalnız həqiqi vəhşi atı xarakterizə edir. == Adı və etimologiyası == "Tarpan" və ya "tarpani" adı Türk dillərindən (Qırğız və ya Qazax) tərcümədə "vəhşi at" mənasına gəlir. Tatarlar və Kazaklar vəhşi atlarla yarım əhliləşdirilmiş (feral) atları ayırırlar, və sonuncuları Takca və ya Muzin adlandırırlar. Müasir dövrdə, bu termin daha çox müasir atların əhliləşdirilməmiş əcdadlarını, Equus ferus, tarixi dövrlərdə yaşaması güman olunan əhilləşdirilməmiş yarımnövlərini, Equus ferus ferus, və bütün primitiv və ya vəhşi Avropa atlarını ifadə etmək üçün istifadə olunur.
Torpaq
Torpaq — Yer qabığının bitki bitən üst münbit qatı. == Tərifi == Torpağa ilk elmi tərif V.V.Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş "açıq" və ya xarici qatına torpaq deyilir".O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar "yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri" nəticəsində yaranmışdır. V.V.Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral ("biokos") dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir. Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V.R.Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu "Yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir". Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q.Ş.Məmmədov, 2007). Torpağın ən üst qatının rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin köklərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdlarına, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir. Bu qatlar mikroorqanizmlərin təsirilə parçalanaraq çürüntü təşkil edən maddələri əmələ gətirir.
Yanşaq
Yanşaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kənd inzibati ərazi dairəsində kənd.== Tarixi == Yanşaq kəndi, Azərbaycanın tarixi qədim kəndlərindən biridir. Yanşaq kəndi əhalinin təhsil səviyyəsinə görə yüksək faiz göstəricisinə malikdir. Əhalisinin əksəriyyəti Ayrım tayfalarından gəlmədir.{{mənbə yoxdur|22|12|17}} (Ayrımlar (yaxud İmi, Eymi, Eymir, Eymür.) — Oğuz xaqan dastanına görə 24 oğuz boyundan biri və Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk kitabına görə 24 oğuz boyunun 11-si. Yanşaq qədim turk dillərində və Azərbaycan dilinin dialektlerinde "aşıq" deməkdir. Yanşaq kənd icra nümayəndəliyine Yanşaq, Yanşaq binə, Zallar kəndləri daxildir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1994-cü ilin fevral ayında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olub.
Xrizantema yarpağı (film, 1989)
== Məzmun == Müəlliflər həyatın mənası, məhəbbət və ölüm haqqında söhbət açan bu kino əsərini lakonik, emosional ekspressiv bədii vasitələrlə yaratmışlar. Burada fikir, təsvir və səs bütöv bir informasiya axınına çevrilir. Lakin bu informasiya düşünməkdən daha çox hiss etmək, həyəcan keçirmək, həmdərd olmaq üçündür... == Film haqqında == Film üç misralı yapon şerinin motivləri əsasında çəkilmişdir. Animasiya filmində ənənəvi yapon musiqisindən istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Yelena Qolubeva Quruluşçu rəssamlar: Yelena Qolubeva, Arif Məhərrəmov Kinooperator: Antonina Korotnitskaya Səs operatoru: Kamal Seyidov Cizgi rəssamları: Viktor Arsentyev, Yelena Qolubeva, Bəhmən Əliyev, Vahid Talıbov Rəssamlar: A.Əliyev, Y.Bekker, Tamilla Əsgərova, İ.Kojokina, A.Bəşirov, Lalə Məmmədova, Ruhsanə Topçuyeva, Firəngiz Quliyeva, Xuraman Əkbərova Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Dilarə Balaxanova Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Şeirlərin tərcüməsi: Vera Markova == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Xrizantema yarpağı (cizgi filmi, 1989)
== Məzmun == Müəlliflər həyatın mənası, məhəbbət və ölüm haqqında söhbət açan bu kino əsərini lakonik, emosional ekspressiv bədii vasitələrlə yaratmışlar. Burada fikir, təsvir və səs bütöv bir informasiya axınına çevrilir. Lakin bu informasiya düşünməkdən daha çox hiss etmək, həyəcan keçirmək, həmdərd olmaq üçündür... == Film haqqında == Film üç misralı yapon şerinin motivləri əsasında çəkilmişdir. Animasiya filmində ənənəvi yapon musiqisindən istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Yelena Qolubeva Quruluşçu rəssamlar: Yelena Qolubeva, Arif Məhərrəmov Kinooperator: Antonina Korotnitskaya Səs operatoru: Kamal Seyidov Cizgi rəssamları: Viktor Arsentyev, Yelena Qolubeva, Bəhmən Əliyev, Vahid Talıbov Rəssamlar: A.Əliyev, Y.Bekker, Tamilla Əsgərova, İ.Kojokina, A.Bəşirov, Lalə Məmmədova, Ruhsanə Topçuyeva, Firəngiz Quliyeva, Xuraman Əkbərova Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Dilarə Balaxanova Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Şeirlərin tərcüməsi: Vera Markova == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Yarlıq
Yarlıq (türk-monqolca — sərəncam, əmr) —Yerli feodallar torpaqdan istifadə etmək üçün aldıqları sənəd. xanların verdiyi yazılı fərman. Yarlıqlar, əsasən, toxunulmazlıq və imtiyazlar haqqında fərmanlar idi. Payıza hökmdarın adından mandat kimi verilən üstü imzalı lövhəcik. Yol buraxılışı kimi istifadə olunan payızanın sahibi onun vasitəsilə özünə lazım olan hər şeyi ala bilərdi. Tapşırığın vacibliyindən asılı olaraq, payıza qızıldan, gümüşdən, çuqundan, bürüncdən və taxtadan ola bilərdi. Yarlıqların aşağıdakı növləri vardır. Etiket, malların üstünə yapışdırılan və onların adını, çəkisini, növünü, qiymətini və s. göstərən kağız; Malın üstünə yapışdırılan və onun adını, miqdarını, hansı müəssisə və ya firmada buraxıldığını bildirən etiket. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Yarpız
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. == Faydaları == İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Yarğan
Yarğan — nisbətən hündür-düzənlik sahələrə aid olur. Yarğanın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və yamacların şumlanması yarğanın genişlənməsinə səbəb olur. Yaylaq zonasında intensiv mal-qara otarılması İlə əlaqədar bitki və torpaq örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Yarğan – mənfi xətti relyef forması, dar, dik yamaclı, yuxarı hissədə şaxələnmiş, yanları çılpaq olur. Uzunluğu bir neçə km, eni və dərinliyi bir neçə 10 m-ə çatır. Adətən tez yuyulan çökmə süxurlarda inkişaf edib, dövrü olaraq davam edən yağış və qar sularının axını nəticəsində əmələ gəlir. (rus. овраг, ing. gulch, gully, ravine) Yarğanlar əsasən kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız hala salır.
Yaylaq
Yaylaq — mal–qaranın yay zamanı otarıldığı ərazi, yer. Maldarlıq meydana gəldikdən sonra yaylaqlardan geniş istifadə olunur. Azərbaycanda yaylaqların əksəriyyəti dəniz səviyyəsindən orta hesabla 2800 m-ə qədər yüksəklikdədir. Böyük və Kiçik Qafqaz dağlarındakı alp və subalp çəmənlikləri qoyunçuluğun qədim yaylaqları sayılır. Yaylaq həm də sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeridir. Azərbaycanda təqribən 6 minillik tarixi olan yaylaqlardan indi də geniş istifadə olunur. Yaylaq Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış məskənlərindən biridir. Yaylaqlar, adətən, yüksək dağlıq yerlərdə, alp çəmənliklərində yerləşir. İlin 3-4 ayını yaylaqlarda keçirən maldar elatlar burada alaçıq və dəyələrdə yaşayırdılar. Yaylaqlara köçmə və yurdsalma qaydalarında, əsasən, su mənbələrinə yaxınlıq və otlaq qayğıları, həmçinin qohumluq münasibətləri üstün yer tuturdu.