QEYBƏT

is. [ ər. ]
1. Birinin (özü olmadığı halda) haqqında danışma, yaxud əleyhinə söz söyləmə, dalınca danışma.
Məcalı qeybətə olmaz o kəs ki, əhli-sənətdir. S.Ə.Şirvani.
Gecəgündüz işi qeybət o cahil qızların, Möcüz! Əgər vaiz qoya məşğul olarlar elm ilə qızlar. M.Möcüz.

□ Qeybət etmək (eləmək, qırmaq) – birinin (özü olmadığı halda) sözünü danışmaq, haqqında söz söyləmək, dalınca danışmaq.
Dalda qeybət, üzdə səna etmərəm; Gizli söyüş, zahir dua etmərəm. M.Ə.Sabir.
[Yaqub] …oyun əsnasında onun mədənində xidmət edən əski mühəndisi haqqında qeybət edərdi. B.Talıblı.
Sahildə qızlar, gəlinlər toplanıb onun-bunun qeybətini qırırdılar. M.Hüseyn.

2. Meydanda olmama, qaib olma, qaiblik.
Ol gün ki, yox idi məndə qüdrət; Qıldın mənə qeybətimdə rəğbət. Füzuli.

Синонимы

  • QEYBƏT dedi-qoduluq
QEYB
QEYBƏTCİL

Значение слова в других словарях