QLOBİGERİN

I
прил. биол. глобигерин (род простейших животных)
II
прил. глобигериновый. Qlobigerin lili глобигериновый ил
QLOBALLAŞMA
QLOBİN
OBASTAN VİKİ
Qlobigerin lili
Qlobigerin lili - pelagik kalsium-karbonatlı lil == Haqqında == Qlobigerin lili - açıq okeanın tropik və mülayim zonasında böyük dərinlikdə (2500-5300 m) çökmüş ağ, sarımtıl, bəzən də çəhrayı rəngdə lildir. Əsasən Globige­rinidae ailəsinə mənsub plankton foraminifer qabıqları və onların qırıntılarından ibarətdir. Çox vaxt termin «foraminiferli çöküntülər» terminin sinonimi kimi daha geniş mənada işlədilir. Bu isə düzgün deyil, çünki sonuncu çöküntülərin tərkibində başqa foraminifer ailələləri (məs.: Globoro­taliidae) üstünlük təşkil edə bilər. Əvvəllər qranulometrik tərkibinə görə qlobigerin lili kimi ayrılan bir çox çöküntülər alevrit və qumlara aiddir Dünya okeanı dibinin 128 milyon km2–i qlobigerin lili ilə örtülüdür. Bunun 48 milyon km2 -i Hind okeanına, 42 milyon km2 -i isə Sakit okeanına düşür. == Həmçinin bax == Gil Lil Okean Tropik Plankton Foraminiferlər Foraminiferli çöküntülər Çöküntülər Qranulometrik tərkib diaqramı Alevrit Qum Dünya okeanı == Mənbə == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Qlobigerinalar
Qlobigerinalar (Globigerinidea) –Foraminifer sinifinin dəstələrindən biri. Nümayəndələri spiral-konus, bəzən yastı spiral formalı çoxkameralı seekresion karbonat qabıqla təmsil olunmuşdur. Qabığın divarı məsaməlidir. Kameralar çox vaxt kürəvi olub üzərində çoxsaylı iynələr yerləşir. Plankton həyat tərzi keçirir. Öldükdən sonra qabıqlar dibə çökərək orqanogen-karbonat lilləri əmələ gətirir. Qlobigerinalar müasir dəniz və okeanlarda suyun üst qatlarında yaşayır və onların əmələ gətirdiyi karbonat lillərə 4000–5000 m-dək dərində rast gəlinir. Qabıqlar dibə çökdükcə çox vaxt pozulub həll olunur. Globigerina və ona yaxın olan cinslərin əmələ gətirdiyi çökmə süxurlar qlobigerina əhəngdaşları adlanır. Stratiqrafik əhəmiyyəti vardır.

Digər lüğətlərdə

дра́твенный незауря́дность отморо́зок привере́дливый распахну́ться релье́фно совершенное толкиени́ст тя́вкание хрипу́нья Явь освеще́ние поража́емость хе-хе́ партикулярный форштат avant-corps double-event either ... or Hazel jemadar tentation transatlantic нырять посильный