QORXAQ

sif.
1. Qorxu hissinə tez qapılan, ürəksiz, ağciyər, xoflu, cəsarətsiz. Qorxaq adam. Qorxaq xasiyyət. – Kəndxuda çox qorxaq adamdı.
Uryadnikin vurulması onu büsbütün haldan çıxartmışdı. M.Hüseyn.

// İs. mənasında.
Ana yurdu bu şən torpaq; Yetişdirməz xain, qorxaq. A.Şaiq.
[Elxan:] Ölüm qorxusundan balta altına baş qoymaq qorxaqların işidir. C.Cabbarlı.

2. məc. dan. Qısa, azca qısa və ya kiçik.
Məşədi gedib, arşın əvəzinə babasından qalmış Hacı Mustafa tüfənginin sünbəsini, ki uzunluğu iki arşından bir az qorxaq ola, gətirib atasının ərvahına and içir. Ə.Haqverdiyev.

Синонимы

  • QORXAQ ağciyər — xoflu — cəsarətsiz
  • QORXAQ QORXAQ (qorxu hissinə qapılan) [Həsən:] Mən qorxaq deyiləm oğlum, düzü budur ki, bizim sədrimiz kor ilandır (Ə

Антонимы

  • QORXAQ QORXAQ – İGİD Ürkək, qorxaq qız uşağı yırtıcının qabağında dura bilmədi (M.İbrahimov); Dəli igiddir, əlindən xata çıxa bilər (Ə

Этимология

  • QORXAQ Sözün əsli qoruxaq kimi olub. Qabaqlar qırx sözü qırıq, arx sözü ayırıq, quraqlıq sözü quraxlıq kimi işlənmişdir, eyni qayda ilə qorxaq da qoruxaq kim
QORXACAQ
QORXAQCASINA

Значение слова в других словарях