QORXAQ

QORXAQ (qorxu hissinə qapılan) [Həsən:] Mən qorxaq deyiləm oğlum, düzü budur ki, bizim sədrimiz kor ilandır (Ə.Qasımov); AĞCİYƏR (dan.) Şəkərlinski: Yaman ağciyərsən Alışov, dovşan kimi bir şeysən (M.İbrahimov); ÇƏKİNGƏN Amma Nazlı Azara qarşı bir qədər çəkingən idi (Ə.Kərim); ÖDDƏK (məh.) Natalya: Bu qız, lap ağ öddək olub ha.. (S.Rəhimov); SƏRÇƏ ÜRƏKLİ Heybət: Bu sərçə ürəklidən nə çıxar ki?! (S.Rəhimov); ÜRƏKSİZ (məc., dan) Elxan: Toxunma, Dönməz, ürək qırmaq ürəksizlərin işidir (C.Cabbarlı).

QORASUYU
QORXMAQ

Значение слова в других словарях