1. Dəhşət doğuran, qorxuya salan, vahiməyə salan, dəhşətli. Qorxunc səs.
– Dərə qərbə getdikcə qayalıq, dağlıq iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi.
[Mehribanın] dişləri kilidlənmiş, əl-ayağı quruyub əsdiyi halda, qorxunc və vəhşi bir səslə çığırırdı.
Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır.
// Çox güclü, çox şiddətli.
Sizi sarsıtmasın qorxunc, inadlı; Şimal göylərinin ayazı, qarı.
2. Baxanda adamda dəhşət, vahimə hissi doğuran, görünüşü qorxulu. Qorxunc görünüş.
– Musa qarabənizli, ortayaşlı, ortaboylu, qorxunc simalı bir tipdir.
Uzun papağını bir kənara qoyan, başının tükləri qabaran Ələmdar diqqətlə öz qorxunc sifətinə baxmağa başladı.
[Xanın] yuxuda gördüyü qorxunc məxluqlar yadına düşdü.
3. Qorxulu, təhlükəli, xətərli. Mikrobların bir qismi zəhərli və hətta qorxuncdur.
– Orxan indi qorxunc bir addım atır.