qoşun
qotaz
OBASTAN VİKİ
Qot
Qotlar (Qot dilində: Gut-þiuda yaxud Gutans; Qədim şimal dilində: Gutar/Gotar; alm. Goten‎; lat. Gothi; yun. Γότθοι, Gótthoi) — Şərqi German tayfası idi. Onlar Roma İmperiyasının dağılması və Orta əsrlərə keçiddə böyük rol oynamışdı. == Kökləri == Onlar haqda ən önəmli mənbələrdən biri olan İordanın VI əsrdəki, yarı-əfsanəvi Getica əsərində Qot tarixinin onların şimal Skandzadan Qotiskandzaya köçməsi ilə başladığını bildirir. Skandzanın Skandinaviya, Qotiskandzanın isə Pomeraniya olduğu düşünülür. III əsrdə Qotlar dənizlə yaxud Dunayı keçərək Kiprə, Afinaya, İstanbula və Spartaya qədər gedib çıxmışdılar. IV əsrdə Daçiyanı fəth edib iki hissəyə bölündülər. Balti sülaləsi tərəfindən idarə olunan Tervinqilər və Amali sülaləsi tərəfindən idarə olunan Qreutingilər.
Qot Sava
Qot Sava (rum. Sava Gotul, yun. Σάββας ο Γότθος; 334, Buzeu (judets), Dakiya[d] – 12 aprel 372) — xristian əzabkeş və müqəddəs. Sava 334-cü ildə Buzau çayı vadisində yerləşən bir kənddə anadan olmuşdur. O, indiki Rumıniyanın Valaxiya bölgəsində yaşamış və gənclik illərində xristianlığı qəbul etmişdir. Onun agioqrafiyasında qeyd edilmişdir ki, Sava irqinə görə qot idi. Savanın şəhadət günü Roma əzabkeşliyində 12 aprel, Ortodoks Kilsəsində isə 15 apreldir. Pravoslav Kilsəsi onu "müqəddəs, şanlı və haqlı qalib Böyük Şəhid Sava" kimi xatırlayır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Butler, Alban, Rev., (1866). The Lives of the Fathers, Martyrs and Other Principal Saints: Compiled from Original Monuments and Authentic Records by the Rev.
Qot dili
Qotlar tərəfindən danışılan Hind-Avropa dillərindən olan German dilidir. Qot dili ən qədim german yazı dilidir. Bundan əlavə, Krım yarımadasında qotların vaxtilə mövcud olduğu müəyyən edilib. 1800-cü illərdə Krım qot dilinin varlığı Habsburqların Osmanlı səfiri Ogier Ghiselin de Busbecq tərəfindən təxminən 80 söz ehtiyatı ilə hazırlanan lüğətlə məlum olmuşdur. Dil IV əsrdə Ulfilas tərəfindən yaradılmış qot əlifbası ilə yazılırdı. == Nümunə == === Qotca (Latın) === Atta unsar þu in himinam, weihnai namo þein, qimai þiudinassus þeins, wairþai wilja þeins, swe in himina jah ana airþai. hlaif unsarana þana sinteinan gib uns himma daga, jah aflet uns þatei skulans sijaima, swaswe jah weis afletam þaim skulam unsaraim, jah ni briggais uns in fraistubnjai, ak lausei uns af þamma ubilin; [unte þeina ist þiudangardi jah mahts jah wulþus in aiwins. Amen.] === Tərcümə === Cənnətdəki Atamız, adınız müqəddəs olsun. Sənin hökmranlığın gəlsin. Göydəki kimi, Yer üzündə sənin iradən yerinə yetsin.
Qot əlifbası
Qot əlifbası IV əsrdə İncilin müxtəlif dillərə tərcüməsi üçün hazırlanmış əlifbadır. Qot dili əvvəllər haqqında az şey məlum olan run əlifbası ilə yazılmışdır. Run əlifbasının qotlar tərəfindən kəşf edildiyi iddiasını sübut etmək qeyri-mümkündür, çünki çox az sayda qot dilində runik əlifbası ilə yazılmış yazı qalmışdır. Qot əlifbası eramızın IV əsrinin ortalarında vestqotların dini lideri yepiskop Ulfilas (Vulfila) (eramızın 311-383-cü illəri) tərəfindən xalqına yazılı dil və İncilin tərcümə edilmiş mətnlərini oxumaq imkanı vermək üçün oxu aləti kimi icad edilmişdir. Əlifba latın və runik əlifbalarından əldə edilmiş bəzi əlavələrlə yunan əlifbasına əsaslanır.
Krım qot dili
Krım qot dili XVIII əsrə qədər Krım yarımadasında yaşayan Krım qotları tərəfindən danışılan qot dilinin ləhcəsidir. 1800-cü illərdə Krım qot dilinin mövcudluğu Habsburqların Osmanlı səfiri Ogier Ghiselin de Busbecq tərəfindən hazırlanan və təxminən 80 sözdən ibarət olan lüğətin hazırlanması ilə məlum olmuşdur.
Qot (submədəniyyət)
Qot – 1980-ci illərin əvvəllərində Birləşmiş Krallıqda ortaya çıxan və musiqiyə əsaslanan bir subkulturadır. Postpank musiqi janrının bir qolu olan qotik rok pərəstişkarları tərəfindən əmələ gətirilmişdir. Goth(Qot) adı birbaşa musiqi janrından götürülüb. Qotik rok janrını ifa edən və Qotik subkulturanın formalaşmasında və inkişafında böyük əmək sahibi görkəmli post-pank sənətçilərindən bəziləri: Siouxsie and the Banshees, Bauhaus, The Cure və Joy Division . Goth subkulturası öz dövrünün digər subkulturalarına nəzərən daha uzun müddət populyarlığını qoruyaraq qaldı və şaxələnməyə, bütün dünyaya yayılmağa davam etdi. Onun təsvirlərində və mədəni meyllərində 19-cu əsr Qotika fantastikasından və qorxu filmlərindən təsirlər gözə çarpır. Səhnə olaraqda əsasən Qərbi Avropada təşkil olunan musiqi festivalları, gecə klublarında təşkil edilən görüşlər istifadə olunurdu. Subkultura özlüyündə musiqi, estetika və moda ilə əlaqəli zövqlərə sahibdir. Qotların üstünlük verdiyi musiqi janrlarına qotik rok, ölüm rok, soyuq dalğa, qaranlıq dalğa və efir dalğası kimi bir sıra janrlar daxildir. Subkultura daxilində geyim üslubları siyahısına punk, yeni dalğa və Yeni Romantik kimi moda üslubları vardır.
Qot submədəniyyəti
Qot – 1980-ci illərin əvvəllərində Birləşmiş Krallıqda ortaya çıxan və musiqiyə əsaslanan bir subkulturadır. Postpank musiqi janrının bir qolu olan qotik rok pərəstişkarları tərəfindən əmələ gətirilmişdir. Goth(Qot) adı birbaşa musiqi janrından götürülüb. Qotik rok janrını ifa edən və Qotik subkulturanın formalaşmasında və inkişafında böyük əmək sahibi görkəmli post-pank sənətçilərindən bəziləri: Siouxsie and the Banshees, Bauhaus, The Cure və Joy Division . Goth subkulturası öz dövrünün digər subkulturalarına nəzərən daha uzun müddət populyarlığını qoruyaraq qaldı və şaxələnməyə, bütün dünyaya yayılmağa davam etdi. Onun təsvirlərində və mədəni meyllərində 19-cu əsr Qotika fantastikasından və qorxu filmlərindən təsirlər gözə çarpır. Səhnə olaraqda əsasən Qərbi Avropada təşkil olunan musiqi festivalları, gecə klublarında təşkil edilən görüşlər istifadə olunurdu. Subkultura özlüyündə musiqi, estetika və moda ilə əlaqəli zövqlərə sahibdir. Qotların üstünlük verdiyi musiqi janrlarına qotik rok, ölüm rok, soyuq dalğa, qaranlıq dalğa və efir dalğası kimi bir sıra janrlar daxildir. Subkultura daxilində geyim üslubları siyahısına punk, yeni dalğa və Yeni Romantik kimi moda üslubları vardır.
26 qot əzabkeş
26 qot əzabkeş — IV əsrdə Atanarixin antixristian repressiyaları zamanı ölən 26 qot xristian. V əsr kilsə tarixçisi Sozomenə görə, Athanarix Vinqurikə qot torpaqlarında xristian inancını məhv etməyi əmr etmişdir. O zamanlar qot ərazisi olan Krımda Vinqurik təntənəli surətdə xristianlar üçün kilsə kimi xidmət edən çadırın önündə bir arabada büt daşımışdır. O, bütə baş əyənləri azad etmiş, qalanları isə çadıra salıb diri-diri yandırmışdır. Ümumilikdə, Sozomenin məlumatına görə, hadisə nəticəsində 308 nəfər ölmüşdür. Onlardan yalnız 21-nin adı məlumdur. Pravoslav Kilsəsində 26 qot şəhidinin anım günü 26 martda qeyd olunur. Bu, qot təqvimdə 29 oktyabra təyin edilir. Pravoslavlıqda 26 qot əzabkeşi ilə yanaşı, Duklidalı Qaafa və Aqafon ilə birlikdə ehtiramla yad edilir. Atanarixin hakimiyyəti zamanı xristianların təqib edilməsi göstərir ki, xristianlar hələ 370-ci illərdə tervinqlər arasında azlıq təşkil edirdilər, lakin onlar qot mədəniyyəti üçün təhlükə sayılacaq qədər çoxalmışdılar.
Saksen-Koburq-Qot sülaləsi
Saksen-Koburq-Qot (1826-cı ilə qədər - Saksen-Koburq-Zaalfeld) — Vettinlər adlanan qədim sakson sülaləsinin Ernest nəslinin qolu, Saksen-Koburq-Zaalfeld (1826-cı ildən - Saks-Koburq-Qota) hersoqluğunda hersoq sülaləsi, habelə hazırda Belçikada, daha əvvəl isə Bolqarıstanda və Böyük Britaniyada hakim kral sülaləsi. == Tarixi == Sülalənin banisi qədim sakson Vettinlər sülaləsinin Ernestin qolundan olan I Ernestin yeddi oğlundan biri olan İohann Ernestdir (1658-1729). Atasının ölümündən sonra 1680-ci ildə qardaşları ilə Saksen-Koburq-Zaalfeldi qəbul etdi. 1699-cu ildə bir neçə uşaqsız qardaşın ölümündən sonra onların mülklərinin yenidən bölüşdürülməsi baş verdi, bunun nəticəsində İohann Ernset Koburqu aldı və sülalə Saksen-Koburq-Zaalfeld adlandı. Belçikada bu sülalə Belçika dövlətçiliyinin lap əvvəlindən - 1831-ci ildən, I Ernestin qardaşı I Leopold taxta çıxdığı vaxtdan hakimiyyətdədir və onun nəsli hələ də Belçika taxt-tactında oturur. Məhz I Leopoldun sayəsində sülalənin nümayəndələri bir sıra Avropa dövlətlərinin hökmdarı ola bildilər. Bundan əlavə, Leopoldun qızı Şarlotta Meksika İmperatoru I Maksimiliyanın həyat yoldaşı oldu. Birinci Dünya müharibəsindən sonra Kral I Albert sülalənin alman soyadını de Belgique (Fransız yazısı) - Van België (Hollandiya yazısı) olaraq dəyişdirdi.
Alfred, Saksen-Koburq-Qot şahzadəsi
Alfred (15 oktyabr 1874 – 6 fevral 1899)—Saksen-Koburq-Qot şahzadəsi. == Həyatı == Saksen-Koburq-Qot şahzadəsi Alfred 15 oktyabr 1874-cü ildə Londonda Bukingem sarayında anadan olmuşdu. Böyük Britaniya Kral ailəsinə məxsusdur. Orduda xidmət etdiyi zaman 1898-ci ildə sifilis xəstəliyinin simptomları üzə çıxır və bu hal onda güclü depressiyaya səbəb olur. Valideynlərinin yeganə varisi olan 24 yaşlı Şahzadə Alfred ruhi pozğunluq səbəbi ilə 1899-cu il fevralın 6-da özünü Kral sarayında güllələyərək intihar edib. Qeyd edəki, Şahzadə Alfredin sağlığında səfər etdiyi Cənubi Afrika Respublikasının Liman şəhəri olan Port Alfred məhz bu gənc şahzadənin adını daşıyır.
Henrix Qotlib Lüdviq Rayxenbax
Henrix Qotlib Lüdviq Rayxenbax (alm. Heinrich Gottlieb Ludwig Reichenbach‎, 8 yanvar 1793[…], Leypsiq, Saksoniya elektoratlığı – 17 mart 1879[…], Drezden) — XIX əsr Alman botaniki-sistematik və zooloqu. == Elmi əsərləri == Pharmaceutische Flora von Leipzig, Leipzig, 1817 (alm.) Monografie der Aconitum und Myosotis, Leipzig, 1820 (alm.) Monographia generis Aconiti, 1820 (с 19 таблицами) (lat.) Magazin der ästhetische Botanik, Leipzig, 1821–1826 (alm.) Abbildung und Beschreibung der für Gartenkultur empfehlenswerten Gewächse, 1821–1826 (с 96 таблицами) (alm.) Illustratio specierum Aconiti generis, 1823–1827 (с 72 таблицами) (lat.) Iconographia botanica seu Plantae criticae, 1823–1832 (с 1 000 таблиц; книга выдержала 10 изданий) (lat.) Iconographia botanica exotica, 1827–1830 (lat.) Conspectus regni vegetabilis per gradus naturales evoluti tentamen, Leipzig, 1828 (lat.) Übersicht des Gewächsreichs und seiner natürlichen Entwickelungsstufen, 1828 (alm.) Flora germanica excursoria Arxivləşdirilib 2013-10-05 at the Wayback Machine ex affinitate regni vegetabilis naturali disposita, sive principia synopseos plantarum in Germania terrisque in Europa media adjacentibus sponte nascentium cultarumque frequentius / auctore Ludovico Reichenbach, Consil. aul. Reg. Saxon. Dr. Philos. Medic. Chir.
Holşteyn-Qottorplar
Holşteyn-Qottorplar (alm. Holstein-Gottorp‎ və ya Holstein-Gottorf) — alman hersoq sülaləsi, 1544–1773-cü illərdə Şlezviq-Holşteynin bir hissəsini idarə edən Oldenburq sülaləsinin gənc qolu. Bu zaman Oldenburq sülaləsi 3 hissəyə bölünmüş, idarə etdikləri ərazilərin şərq hissəsi isə Qottorp qalası ilə Danimarka kralı I Fridrixin oğlu Adolfa keçmişdir. Sonrakı nümayəndələr Oldenburq Böyük hersoqları və İsveç kralları titulları altında taxtlara oturmuşdular. 1751–1818-ci illərdə sülalənin qollarından birinin nümayəndələri İsveçdə monarx idilər. 1761-ci ildə Qottorp hersoqu Karl Peter Ulrix III Pyotr adı ilə Rusiyanın imperatoru olmuşdur. Bununla əlaqədar olaraq, III Pyotrdan başlayaraq ümumrusiya imperatorları sülaləsi şəcərə ilə bağlı xüsusi ədəbiyyatda və bütün imperiya cəbbəxanalarında "Holşteyn-Qottorp-Romanovlar" adlanır.
II Qotarz
II Qotarz (parf 𐭂𐭅𐭕𐭓𐭆; ehtimal ki, I əsr – 51) — 38–51-ci illərdə fasilələrlə hökmranlıq etmiş Parfiya çarı. Arşakilər sülaləsindən idi. Çar I Vardan ilə hakimiyyəti bölüşmüş, 47-ci və ya 48-ci ildə onun ölümündən sonra təkbaşına hökmranlıq etməyə başlamışdır. Tasit və İosif II Qotarzı I Vardanın qardaşı və buna uyğun olaraq III Artabanın oğlu kimi göstərir, lakin bu, müasir tarixçilərə görə, hökmdarın Arşakilər sülaləsindən olmadığı mənasını verə bilər. II Qotarzın özünü Gev adlı bir şəxsin oğlu adlandırdığı yazısı qorunub saxlanılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == === Qədim === İosif Flavi, Yəhudilərin qədimliyi Tasit Korneli, Annallar === Müasir === Bivar, A.D.H., Gondophares and the Indo-Parthians // Curtis, Vesta Sarkhosh and Sarah Stewart (redaktor), The Age of the Parthians: The Ideas of Iran, 2, London & New York: I.B. Tauris & Co Ltd., in association with the London Middle East Institute at SOAS and the British Museum, 2007, 26–36, ISBN 978-1-84511-406-0 Dąbrowa, Edward. The Arsacid Empire // Daryaee, Touraj (redaktor). The Oxford Handbook of Iranian History. Oxford University Press. 2012.
Johann Qottfrid Herder
Johann Qottfrid Herder (25 avqust 1744[…] – 18 dekabr 1803[…], Veymar, Saksen-Veymar[d], Müqəddəs Roma imperiyası[…]) — Alman tarixçisi, filosofu, şair. == Yaradıcılığı == XVII əsrdə Qərbi Avropada elmin inkişaf səviyyəsi sosioloji tədqiqatlarda ictimai hadisələrə proses kimi (dəyişmədə, inkişafda və dinamikada olan faktlar kimi) yanaşmağa imkan vermirdi. XVIII əsr ərzində Qərbi Avropada maarifçilik hərəkatının görkəmli nümayəndələri (xüsusilə Mari Fransua Arue-Volter və Johann Qottfrid Herder) tərəfindən ümumdünya tarixinin universal təcrübələri yaradıldı. Qərb və Şərq mədəniyyətlərinin qarşılıqlı təsiri, varisliyi problemləri qaldırıldı. Bu sahədə Johann Qottfrid Herderin (1744–1803) rolu böyük idi. Onun "Bəşəriyyət tarixinin fəlsəfəsinə dair ideyalar" (1784–1791) adlı əsərində bəşəriyyətin bütün tarixi inkişaf yolunu nəzəri cəhətdən təhlil etmək cəhdi göstərildi. Y. Herder hesab edirdi ki, tarixi inkişaf prosesinin başlıca mənbəyi mədəniyyətdir. Herder tarix elminin əsas vəzifəsini mədəniyyətin tədqiq olunmasında görürdü. O, dini və mənəvi yaradıcılığın bütün növlərini, insanların təsərrüfat fəaliyyətini, ictimai münasibətləri mədəniyyətin başlıca elementləri kimi tədqiq edirdi. Y. Herder qədim Şərq xalqlarının əski dövrlərdə yüksək mədəniyyətə malik olduqlarını sübut edir və etiraf edirdi ki, elmi biliklərin, astronomiyanın ilk elementləri məhz Şərq ölkələrində yaranmışdır.
Krım qotları
Krım qotları — Qara dəniz ətrafındakı torpaqlarda, xüsusən də Krımda yaşamış qot tayfasıdır. Onların dili olan Krım qot dili XVII-XVIII əsrlərdə tarix səhnəsindən silinmişdir. V əsrdən başlayaraq, digər qot xalqları kimi xristianlaşan Krım qotları da 500-cü illərdə Konstantinopoldakı pravoslav kilsəsinə tamamilə bağlandılar. Xəzərlər 787-ci ildə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını ələ keçirdilər və bununla da Krımda qotların hökmranlığına son qoydular.
Miçi Qoto
Miçi Qoto (27 iyul 1990, Suzuka[d], Mie prefekturası) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub.
Nəcməddin Qotsinski
Nəcməddin Qotsinski (1859-65 illər arasında- 1925) — Şimali Qafqaz dağlılarının azadlıq hərəkatı liderlərindən biri. Dağıstan və Çeçenistanın 5-ci imamı. == Həyatı == Avar dairəsinin Qotso aulunda İmam Şamilin naibi Donoqo Məhəmmədin ailəsində anadan olmuşdur. Ali dini təhsil almışdır. Dağıstanın ən iri torpaq sahiblərindən biri idi. Dini mövzulu şeirləri Dağıstan əhalisi arasında şöhrət qazanmış, Suriya və Türkiyədə də məşhurlaşmışdı. Şərqşünas akademik Kraçkovski Nəcməddin Qotsinskinin əsərlərini yüksək dəyərləndirmişdir. Qotsinski Avar dairəsinin Koysubul sahəsinin naib-rəisi olmuş, Dağıstan Xalq Məhkəməsinin üzvü seçilmişdir. 1903-cü ildə Türkiyəyə getmiş və bir müddət burada yaşayaraq dini təhsilini təkmilləşdirmişdir. Geri döndükdən sonra Dağıstanın Avar dairəsinin dini məktəblərində müəllimlik etmişdir.
Qotan (Marağa)
Qotan (fars. قطان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (15 ailə).
Qotan Project
Qotanlı (Hurand)
Qotanlı (fars. قتانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (38 ailə).
Qotard baza tuneli
Qotard baza tuneli — İsveçrədə yerləşən bu tunelin ideyası 30 il əvvəl verilib. 57 kilometrlik bu tunelin açılışı 2018-ci ilə planlaşdırılıb. Bu tuneldə qatarlar 250 km saat sürətlə hərəkət edə biləcək. Mütəxəssislər işlərin vaxtında başa çatacağına inanmırlar.
Qotard tuneli
Qotard baza tuneli — İsveçrədə yerləşən bu tunelin ideyası 30 il əvvəl verilib. 57 kilometrlik bu tunelin açılışı 2018-ci ilə planlaşdırılıb. Bu tuneldə qatarlar 250 km saat sürətlə hərəkət edə biləcək. Mütəxəssislər işlərin vaxtında başa çatacağına inanmırlar.
Qotaz
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. == Xüsusiyyətləri == Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. == Tarixçə == Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
Qotazquyruq dağ vallabisi
Qotazquyruq dağ vallabisi (lat. Petrogale penicillata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinin dağ vallabisi cinsinə aid heyvan növü.
Qotazçay
Qotazçay - Oğuz rayonu ərazisində çay. == Haqqında == Tədqiqatçıların fikrincə, bu hidronimin birinci hissəsini qədim türkdilli abidələrdə "daşmaq, axıtmaq" mənasında işlədilən qotur felinin kökündən, -az şəkilçisindən (Coğaz, Araz və sair olduğu kimi) və çay terminindən yaranmışdır. Çayın adı "daşan çay" mənasındadır. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild.
Qotenburq
Göteborq (isv. Göteborg) — İsveçin ikinci ən böyük şəhəri və Nordic ölkələrində beşinci böyük şəhərdir. Kattegat, İsveçin qərb sahillərində yerləşir və şəhər mərkəzində təxminən 570 min əhaliyə və böyük şəhər ərazisində təxminən 1 milyon nüfusuna malikdir. Göteborq 1621-ci ildə Kral Qustav Adolf II tərəfindən kral nizamnaməsi ilə ağırlıqlı, əsasən Hollandiya, ticarət koloniyası kimi yaradılıb. Keçmiş Otuzillik müharibədən Hollandiyalı müttəfiqlərinə verilmiş səxavətli güzəştlərdən (məsələn, vergi güzəştlərindən) əlavə, qərb sahilindəki tək şəhərini əhatə etmək üçün çoxlu sayda Alman və Şotlandiya müttəfiqlərini cəlb etmişdir. Göteborq limanı indi Nordic ölkələrinin ən böyük limanıdır. Göteborg şəhərin bir çox tələbəyə ev sahibliyi edir, şəhərdə Göteborq Universiteti və Çalmers Texnologiya Universiteti daxildir. Volvo 1927-ci ildə Göteburqda təsis edilmişdir. Orijinal Volvo Group və indi ayrı ing. Volvo Car Corporation hələ də şəhərin Hisingen adasında qərargahıdır.
Qoteyk viaduku
Qoteyk viaduku — Myanmanın Şan ştatında yerləşən viaduk demir yoludur. == Ümumi melumat == Körpü Britaniya koloniyasının yay paytaxtı Pyin Oo Lvin ilə Şan əyalətinin şimalında yerləşən Laoş birləşdirir. Myanmanın ən böyük körpüsüdür. Mandalaydan təxminən 100 km aralıda yerləşir. Tikintisinə 1899-cu ilin aprel ayının 28 başlanılmışdır. == Körpü haqqında == 1990-cı ilin yanvar ayının 1-de isə tikintisi başa çatmışdır. Uzunluğu 689 m-dir. Viaduk 15 uçuş zolağından ibarətdir. Sudan 102 m hündürlükde yerləşir. Qoteyk viadukunun əni o qədər də çox deyildir.
Qotfrid Həsənov
Qotfrid Həsənov (ləzg. Готфрид Алидин хва Гьасанрин) — Sovet bəstəkarı, RSFSR əməkdar incəsənət xadimi (1960), iki dəfə Stalin mükafatı laureatı (1949, 1951). İlk Dağıstan operası "Xoçbar"-ın müəllifidir. Dağıstan peşəkar musiqi mədəniyyətinin banisidir. == Bioqrafiya == 18 aprel (1 may) 1900-cü ildə Dərbənd şəhərində anadan olmuşdur. Milliyyətcə ləzgi olmuşdur. 1926-cı ildə N. A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasını bitirmişdir. V. Kalafati ilə birlikdə oxumuşdur. Elə həmin il Buynakskda (Dağıstan) ilk musiqi məktəbini təşkil edir. Mahaçqala, Samara, Leninqradda pianoçu kimi fortepianoda solo konsertlər verirdi.
Qotfrid Leybnits
Qotfrid Vilhelm Leybnits (21 iyun (1 iyul) 1646[…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası – 14 noyabr 1716[…], Hannover, Braunşveyq-Lüneburq elektoratlığı[d], Müqəddəs Roma imperiyası[…]) — dahi alman filosofu, riyaziyyatçı, fizik və hüquqsünas, ikilik say sistemi layihəsinin müəllifi, riyazi analizin banisi. Leybnits inteqral hesabının yaradıcılarından biri olmuş, riyazi məntiqin əsasını qoymuş, vurma, bölmə, toplama və çıxma kimi riyazi əməliyyatları yerinə yetirən arifmometr hesablayıcı maşınını yaratmışdır. == Həyatı == "Məndə o qədər yaxşı fikir var ki, əgər məndən daha yaxşı görməsini bilənlər bir gün onları dərinləşdirəcək və mənim zehn əməyimə öz beyinlərinin gözəlliyini əlavə edəcəklərsə sonralar bəlkə nəyəsə lazım olar" deyən Qotfrid Vilhelm Leybnits 1 iyul 1646-cı ildə Leypsiqdə anadan olmuşdur. Leybniz Almaniyanı xarabalığa çevirən Otuz illik müharibənin sonuna yaxın dindar bir lüteran ailəsində anadan olub. Uşaq ikən o, Nikolay Məktəbində təhsil alıb, lakin 1652-ci ildə vəfat etmiş atasının kitabxanasında öz-özünə dərs deyirdi. 1661-ci ildə Pasxa vaxtı o, Leypsiq Universitetinə hüquq tələbəsi kimi daxil olur; orada o, öz sahələrində inqilab etmiş alimlərin və filosofların — Qalileo, Frensis Bekon, Tomas Hobbs və Rene Dekart kimi şəxsiyyətlərin düşüncəsi ilə təmasda oldu. Leybniz bu müasir mütəfəkkirləri sxolastiklərin Aristoteli ilə barışdırmaq arzusunda idi — bu feli karyerası boyu dəfələrlə istifadə etməkdən çəkinmədi. Onun 1663-cü ilin mayında ortaya çıxan De Principio Individui ("Fərdin Prinsipləri haqqında") bakalavr dissertasiyası qismən lüteran nominalizmindən (universalların heç bir reallığa malik olmadığı, sadəcə adlar olduğu nəzəriyyəsi) ilhamlanmış və onun ekzistensial dəyərini vurğulamışdır. tək maddə ilə və ya tək forma ilə deyil, bütün varlığı ilə izah edilməli olan fərd (entitate total). Bu anlayış gələcək "monadanın" ilk mikrobu idi.
Qotfrid Vaqener
Qotfrid Vaqener (alm. Gottfried Wagener‎; 5 iyul 1831, Hannover – 8 noyabr 1892, Tokio) və ya Qotfrid Vaqner – Almaniya texniki konsultantı və müəllimi. Meyci dövründə Yaponiyada incəsənət, sənaye, keramika və parçaçılıq sahələrinin inkişafına töhfələr vermişdir. Vaqener hökumət və istehsalçılar üçün məsləhətçilik etmiş, Qərb üslublarını tətbiq etmək, istehsalı artırmaq, xarici ticarət üçün məhsullar hazırlamaq, yapon dulusçuluq məmulatlarını xaricdə populyarlaşdırmaq üçün yollar göstərmişdir. Vaqener ənənəvi yapon incəsənət məmulatlarının öyrənilməsinin, saxlanılmasının və tətbiqinin vacib olduğunu vurğulamışdır. == Həyatı == Qotfrid Vaqener 1831-ci ildə Hannover şəhərində anadan olub və Göttingen şəhərində yerləşən Qeorq-Avqust Universitetindən məzun olub. 1868-ci ildə fabrik tikintisinə kömək etmək məqsədilə Yaponiyanın Naqasaki şəhərinə gedib. Növbəti il səlahiyyətli şəxslərə kömək edərək Arita dulusçuluq məmulatları üçün peçin inkişaf etdirilməsində iştirak edib. 1871-ci ildə Tokioya gedərək müəllim kimi dövlət xidmətinə daxil olub. Uzun müddət Nanko Universitetində və Tokio Universitetində fizika və tətbiqi kimya mövzularında dərslər verib.

Значение слова в других словарях