QOTAZ

is. Üst tərəfi bir yerə qısılıb bağlanmış saplardan ibarət saçaqlı bəzək.
Mirzə Süleyman bəy qırmızı fəsi qaşlarının üstə çəkib, qotazını qabaqdan sallayıb, … sağ əlində ağacını fırlada-fırlada gəlir. B.Talıblı.
Adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. M.İbrahimov.

// Bu şəkildə olan şey. Səfər, doğrudan da, qızların xoşuna gələnlərdən deyildi.
Fəqət başıaşağı, bir oğlandı, … birçəklərini qotaz daramazdı, qaməti də mövzun deyildi. Ə.Haqverdiyev.

Этимология

  • QOTAZ Keçmişdə atın boynundan qotaz asırdılar. Bu, dəniz atının quyruğunun qılından hazırlanırdı. Zənn edirəm ki, alınma sözdür, çünki bizim dilin materiall
QOŞUŞMAQ
QOTAZLAMA
OBASTAN VİKİ
Qotaz
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
Qotazquyruq dağ vallabisi
Qotazquyruq dağ vallabisi (lat. Petrogale penicillata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinin dağ vallabisi cinsinə aid heyvan növü.
Qotazçay
Qotazçay - Oğuz rayonu ərazisində çay. Tədqiqatçıların fikrincə, bu hidronimin birinci hissəsini qədim türkdilli abidələrdə "daşmaq, axıtmaq" mənasında işlədilən qotur felinin kökündən, -az şəkilçisindən (Coğaz, Araz və sair olduğu kimi) və çay terminindən yaranmışdır. Çayın adı "daşan çay" mənasındadır. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild.

Значение слова в других словарях