QOXUMAQ

f.
1. Müəyyən iy vermək.
Bu yerlərdə müşkü ənbər qoxuyur; Nazlı dilbər gəzən yerdir bu yerlər. Aşıq Kərəm.
Səhərlər Muğan çöllərinin nəfəsi ətir qoxuyur. M.İbrahimov.

2. Pis iy vermək, üfunətlənmək, iylənmək, çürümək. Havalar istiləşdikcə fabrikin havası xarablaşır, çirkab suları küçələrə çıxır, qoxuyur.
Bu rütubət və üfunət qoxusu oradan gəlirdi. M.Rzaquluzadə.

3. məc. Bir şeyin əlamətini, işarəsini, nişanəsini göstərmək mənasında.
Sərin bir iyun axşamı idi, lakin bu sərinlik yaz qoxumurdu. Ə.Əbülhəsən.

Синонимы

  • QOXUMAQ iylənmək — çürümək
  • QOXUMAQ 1. QOXUMAQ (müəyyən iy vermək) Gül təki qoxuya nitqü nəfəsi; Zülfü ya bənövşə, ya səmən gərək (M.P.Vaqif); ƏTİR SAÇMAQ Yasəmənlər, bənövşələr; Gəlişin
QOXUMA
QOXUMUŞ

Значение слова в других словарях