QOŞMAQ₁

f.
1. Arabanı və s.-ni çəkib aparmaq üçün atı və başqa qoşqu heyvanlarını xüsusi surətdə arabaya və s.-yə bağlamaq. Öküzləri kotana qoşmaq. Arabaya dörd at qoşdular. Şimalda kirşəyə it və ya maral qoşurlar.
[Faytonçu:] Sənin xatirin üçün qırx yeddi manata qoşaram. Ə.Haqverdiyev.
Payızın əvvəlindən Nurəddin arabasını qoşub, şəhərə kirayəçiliyə getdi. S.S.Axundov.

2. İlişdirmək, bənd etmək, bağlamaq. Qatara əlavə vaqon qoşmaq. Vaqonları parovoza qoşmaq. Kotanı traktora qoşmaq.
3. Birləşdirmək, qatmaq.
Mən də qoşdum səsimi; Bu gəncliyin səsinə. Ə.Cavad.

4. Cəlb etmək, bir işin iştirakçısı etmək.
Siz varlı kolxozları bu işə qoşun! Qoyun kəndimiz şəhərə çatsın! S.Rəhimov.

5. Birgə, bərabər göndərmək, yanınca göndərmək, yoldaş etmək.
O, Süleyman adlı bir nəfəri bizə qoşdu. M.S.Ordubadi.
[Səfi bəy:] Buyurun gedək, adam qoşum, sizi xalanızgilə aparsınlar. S.S.Axundov.
Bakıda Firidunu növbəti çağırışçılara qoşub Tbilisiyə göndərdilər. Mir Cəlal.

6. Düzəltmək, təlif etmək, demək. Mahnı qoşmaq. Dastan qoşmaq. – [Hacı Rəsul:] Deyəsən bu sözləri lap mənə qoşublar.
Vallah, mənim halıma qoşublar: hara qədəm basdım, xəzan oldu. Mir Cəlal.
El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev.

Синонимы

  • QOŞMAQ qoşmaq bax qatmaq 1
  • QOŞMAQ bağlamaq — bəndləmək — ilişdirmək
  • QOŞMAQ birləşdirmək — qoşmaq
  • QOŞMAQ göndərmək — getmək
  • QOŞMAQ düzəltmək — yaratmaq

Омонимы

  • QOŞMAQ QOŞMAQ I f. Bağlamaq, bənd etmək. Payızın əvvəlində Nurəddin arabasını qoşub, şəhərə kirayəçiliyə getdi (S

Антонимы

  • QOŞMAQ QOŞMAQ – AÇMAQ Sənin xatirin üçün qırx yeddi manata qoşaram (Ə.Haqverdiyev); Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın (A

Этимология

  • QOŞMAQ Mənası “qaçmaq” deməkdir. Görünür, qoş və qaç eyni söz olub, sonra dəyişib. İndi hər iki söz sinonimləşib
QOŞMA₁
QOŞMAQ₂
OBASTAN VİKİ
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.

Значение слова в других словарях