QUCAQLAMAQ

f.
1. Nəvaziş və mehribanlıq əlaməti olaraq birini qolları arasına alıb döşünə basmaq, ağuşuna almaq. Ana uşağını qucaqladı.
– Məcid … [Nadirin] bu cür tutulduğunu görüb ayağa qalxdı və uca səslə qarşılayaraq qucaqlayıb öpdü. B.Talıblı.
Güman edirəm ki, ömrümdə anam bu qədər səmimiyyətlə məni qucaqlamamışdır. Qantəmir.
Gün gələr yenə də biz tapışarıq; Qucaqlar hər ana qalib oğlunu. R.Rza.

// Qolları arasına almaq.
Böyükxanım bir tərəfdə dizlərini qucaqlayıb fikir edirdi. M.S.Ordubadi.

2. məc. Bərk-bərk yapışmaq, tutmaq.
Dağların ardı-arası kəsilmir, zəncir kimi birbirinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. A.Şaiq.

Синонимы

  • QUCAQLAMAQ QUCAQLAMAQ, BAĞRINA BASMAQ İlk dəfə məktəbdən gələndə; bağrıma basmışam səni; qucaqlamışam (R.Rza); AĞUŞUNA ALMAQ/ÇƏKMƏK Silah səslərinin gurultusu, p
  • QUCAQLAMAQ yapışmaq — tutmaq
QUCAQLAMA
QUCAQLANMA

Значение слова в других словарях

виброзащи́та и́скровец марина́д покро́в ге́тманство диверса́нтка камерди́нер кособо́ко мокри́ца хлыстну́ть матошить asyla co- desirability dump exteriorize joint plate medulla potted telestereoscope tragus опричник оспина пропотеть утомлять