1. Beli sıx tutmaq üçün ona sarılan uzun və dar parça; belbağı.
// Sarğı, ip və s.
2. Bel. Qurşağından yapışmaq. Qurşağa qədər suya batmaq. Qurşağa qədər palçıq vardır. Bədəni hər gün qurşağa qədər soyuq su ilə yumaq xeyirlidir.
3. xüs. Bir şeyin belini dövrələmək üçün metaldan və s.-dən qayrılmış kəmər; çənbər. Çəlləyin qurşağı. Binanın qurşağı.
4. coğr. Yer kürəsi səthinin iki meridian arasındakı hissəsi. Bütün Yer kürəsi meridianlarla 24 qurşağa, ya zonaya bölünür. – Avropa, demək olar ki, tamamilə mülayim qurşaqda yerləşən yeganə qitədir. “Qitələr coğrafiyası”.
// Ölkə ərazisinin, hər hansı bir əlamətinə görə, müəyyən bir qismini təşkil edən hissəsi.
◊ Qurşağa çıxmaq – həddi aşmaq (bir şeyin çoxluğunu, bolluğunu bildirir). Qar qurşağa çıxırdı.
Qurşağının altını bərkitmək zar. – qarnını doydurmaq, yemək.
Qurşaq tutmaq (yapışmaq) – güləşmək.