Qurabiyə

Ərəb dilindən alınma sözdür. Un, şəkər, süd, badam və s. şeylərdən hazırlanan, formaca yumru və quru dadlı çörək növüdür. Fikrimizcə, bu söz ərəb dilindən türk dilinə, türk dilindən isə rus dilinə keçmişdir. Çünki hazırda rus dilində bu söz kurabiye formasında “печенье” mənasında işlənməkdədir. Qurabiyə sözü Türkiyə türkcəsində kurabiye, başqırd türkcəsində kurabiyı, tatar türkcəsində kurabiya formalarında işlənir. Qazax və özbək dillərində peçenye sözündən istifadə edilir. Qurabiyə sözü qırğız türkcəsində tattü türü, uyğur türkcəsində tatlık nappin türp formasında çıxış edir. (33, 516-517)
Qoyux
Qurudaşı
OBASTAN VİKİ
Qurabiyə
Qurabiyə (türk. Kurabiye; fars. قرابیه‎) — undan hazırlanan və peçdə bişirilən peçenye növü. Cənubi Azərbaycan və Türkiyədə çox sevilən bir şirin növüdür. Türkiyə də ən çox sevilən növləri acıbadam qurabiyəsi, almalı qurabiyə və un qurabiyəsidir.
Bakı qurabiyəsi
Bakı qurabiyyəsi Bakı şəhərinə aid olan ənənəvi şirniyyat növü. == Lazım olan ərzaqlar == Əla növ buğda unu — 583q kərə yağı — 350q şəkər kirşanı — 152q yumurta ağı — 40q İçlik üçün: ərik püresi — 30q şəkər tozu — 30q. == Hazırlanma qaydası == Kərə yağı şəkər kirşanı ilə yaxşı qarışdırıldıqdan sonra ona yumurta ağı əlavə edib çalınır, ələnmiş un vurulur və yaxıntılı konsistensiyalı xəmir yoğrulur. Xəmir çobanyastığı, sübüqcuqlar və digər formada 25–28 q çəkidə listlərə çökdürülür. Çobanyastığı formalı qurabiyyələrin ortasında oyuqlar açılır və oraya meyvə püresi və şəkər tozundan hazırlanmış iç qoyulur. İçin miqdarı hər peçenye üçün 2–2,5 qramdır. Qurabiyyə 250–270 °S-də 9–10 dəqiqə bişirlir.
Acıbadam qurabiyəsi
Acıbadam qurabiyəsi (türk. Acıbadem kurabiyesi) — bizel inqrediyentlərinə acı badam əlavə edilərək hazırlanan bir desertdir. Badam, şəkər və yumurtanın ağı ilə hazırlanır. Ənənəvi reseptinə görə, onun üstündə bir ədəd acı badam olur, elə məhz adı da buna görə verilmişdir. Acıbadam həmişə mövcud olmadığı üçün onun əvəzinə çox vaxt badam ekstraktından istifadə olunur. Belə biskvitlər Türkiyədə bir çox şirniyyat mağazalarında satışdadır. O, həmçinin də evlərdə geniş bir formada hazırlanır. Bu qurabiyələr sərt və sıx bir struktura malik olurlar. Onun ən yaxşı süfrəyə təqdim edilmə forması çay, kofe və ya dondurma desertləri ilə bərabər təqdim edilməsidir.
Xoşgüvar qurabiyəsi
Xoşgüvar qurabiyəsi və ya Kallavi qurabiyəsi - bizel inqrediyentlərinin tərkibinə püstə, badam, bal və zəfəran əlavə edilərək hazırlanan desert növüdür. Adının mənşəyi Osmanlı mənşəli olub, asan həzm olunan, şirin və xoş mənasını verir. Osmanlı mətbəxində rast gəlinən bir qurabiyədir. Ədirnədə daha çox hazırlanmışdır.

Значение слова в других словарях