QURDEŞƏNƏYİ

is. dan.
1. Bir-birinə qarışdırılmış, alt-üst edilmiş şey və ya yer haqqında. Bu nədir, elə bil qurdeşənəyidir, hər şey alt-üst edilmişdir.
2. Bədən ətinin parça-parça qızarmasından ibarət xəstəlik.
QURDBOĞAN
QURDKOLU
OBASTAN VİKİ
Qırmızı qurdeşənəyi
Qırmızı qurdeşənəyi (lat. lupus erythematosus) — autoimmun xəstəliklərdən biri. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir. Latınca Lupus erythematosus ifadəsinin hərfi anlamı "qızartılı qurd" deməkdir. Hind-Avropa dillərində "lupus" sözünun açıqlaması yoxdur. Latın dilində erythematosus (qızarmış) sözü yunan dilindən alınma erythemadan (qızartı) törəyib. Sonuncu isə erythainein (qızarmaq) felindən əmələ gəlib. Qurd eşənəyinin spesifik səbəbləri yoxdur. Bəzi amillər təhrikedici ola bilər: İrsi / Genetik Ətraf mühit: infeksiya, günəş şüası Dərmanlar Kliniki baxımdan qurd eşənəyi bir neçə cür olur: sistematik - ən yayqın forması, daxili orqanların patoloji prosesə cəlb olunması ilə səciyyələnir. dəri forması (natamam qurd eşənəyi) - yalnız dərinin zədələnməsi ilə müşayiət olunur .

Значение слова в других словарях