Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tomak
Tomak (ing. Tomacco) — pomidorun qələmlik tütünə vurulması yolu ilə əldə edilmiş bitki. 2003-cü ildə amerikan fermeri Rob Braur tərəfindən yetişdirilmişdir. Tomakı hibrid adlandırmaq düzgün deyildir, çünki o calaq yolu ilə əldə edilməmişdir. 1959-cu ildə "Scientific American"' jurnalında belə bitkinin yetişdirilməsi prosesi təsvir edilmişdi və iddia edilirdi ki, tərkibində nikotin olan pomidor tipli bitki əldə etmək mümkündür. Hələ yetişdirilməzdən öncə bitki "Simpsonlar" multserialında ("E-İ-E-İ- (Annoyed Grunt)" seriyası) xatırlanmışdı. Bu seriyadan ilhamlanan Rob Baur jurnaldakı məqalənin köməyilə bu bitkini yetişdirə bilmişdi. Yoxlamalar göstərdi ki, bitkinin yarpaqlarında doğrudan da nikotin var. 2004-cü ildə "tomacco" sözü Amerikan dialekt cəmiyyəti tərəfindən neologizm kimi tanınmışdır.
Yomak
Pomak dili
Pomak dili — Hind-Avropa dil ailəsinin slavyan dili qrupunun cənub slavyan yarımqrupuna daxil olan pomakların dili. Bolqar dilinə çox yaxındır.
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Hamam
Hamam (ərəb. حمّام‎) — Osmanlı imperiyasının mədəniyyətinə və daha geniş İslam dünyasına aid ictimai çimərlik yeri. Təmizləmə və istirahət üsulu olaraq, hamamlar Viktoriya dövründə məşhur oldu və sonra Britaniya imperiyası və Qərbi Avropada yayıldı. Binalar termlərə (Roman hamamı) oxşayır. Rus saunalarından (banya) fərqli olaraq, hansı ki, mühit buxarını istifadə edir, hamamlarda suya üstünlük verilir.
Hnçak
Sosial Demokrat Hnçak partiyası (erm. Սոցիալ Դեմոկրատ Հնչակյան Կուսակցություն) – ilk erməni siyasi partiyalarından biridir. Partiya 1887-ci ildə Cenevrədə təhsil alan Nəzərbəyov qardaşları və bir neçə digər tələbələr tərəfindən yaradılıb. 1888-ci ildə dərc olunmuş proqramda, üsyanlar kütləvi iğtişaşlar və terror yolu ilə, Türkiyənin şərqində erməni dövlətini qurmaq planlaşdırılırdı. Partiyanın üzvləri Osmanlı İmperiyası ilə yanaşı, Qafqazda da aktiv fəaliyyət göstərirdilər. 1903-cü ilin oktyabrın 14 Qnçaq üzvləri Qafqaz canişini knyaz Qolitsinə hücum edir, knyaz ağır yaralansa da sağ qalır, bir qədər sonra isə vəzifəsindən istefa verir. 1904 cü ildə onlar, Bakıdakı erməni fəhlələrini tətilə sövq etmək üçün kommunistlərlə birgə fəaliyyət göstərirdilər. Osmanlı imperiyasında partiyanın üzvləri Sasun və Zeytun üsyanlarında aktiv iştrak edir. 1915 ci ildə, türk əhalisinə qarşı terror planlayan və həyata keçirən, həmçinin Osmanlı dövlətinin düşmanları ilə əlbir olub ona qarşı vuruşmaqda olan, Qnçaq partiyasının 20 nəfər öndə qələn üzvü İstanbulda asılaraq edam edilir. Birinci dünya müharibəsindən və SSRİ nin qurulmasından sonra, partiya yalnız ermənilərin sıx yaşadığı ölkələrdə fəaliyyət göstərir.
Homer
Homer (təq. e. ə. IX əsr, bilinmir – təq. e. ə. VIII əsr) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Hotaki
Hotaki dövləti — 1709-1738-ci illərdə indiki Əfqanıstanı, İran və Pakistanın bir hissəsini əhatə etmişdir. Bu dövlət 1709-cu ldə Mir Veys Hotaki tərəfindən Qəndəharda əsası qoyulmuşdur. Paştun mənşəli Gilzay tayfasının başçısı olan Mir Üveys Səfəvilərin tabeliyində olan Qəndəhar şəhərində çıxardığı üsyan nəticəsində 1709-cu ildə Qəndəhar ələ keçirilir və Hotaki dövləti yaradılır. Bundan sonra Hotakilər mütəmadi olaraq Səfəvilərin tabeliyində olan ərazilərə yürüş etməyə başlayırlar. Hotaki dövlətinin çiçəklənməsi dövrü Mir Mahmud Hotakinin zamanında olur. Onun dövründə Hotakilər Səfəvilərin paytaxtı İsfahanı ələ keçirir və Mir Mahmud Hotaki özünü şah elan edir. Hotaki dövlətinin varlığına 1738-ci ildə Nadir şah Əfşar tərəfindən Qəndəharın ələ keçirilməsi ilə son qoyulmuşdur. == Gilzay qiyamının səbəbləri == 17-ci əsrin sonu 18-ci əsrin əvvəllərində bütün Səfəvilər İmperiyası ərazisində feodal istismarın güclənməsi ilə əlaqədar olaraq bütün ölkəni xalq etirazları və üsyanlar dalğası bürüdü. Əfqanların ən nüfuzlu və güclü tayfası olan gilzaylar 1698–99-cü illərdə Qəndəhar hakimi Abdulla xanın əvəz olunması xahişi ilə şaha müraciət etdilər. Müraciət cavabsız qaldı.
Hoçaz
Hoçaz — Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin qərbində Hocazdaşı adlı dağ da var. Kənd öz adını eyniadlı çaydan almışdır. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəndi işğal etdikdən sonra kəndin təqribən 50%-dən çox yaşayış evləri dağıdılmışdır. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası və iqlimi == Kənd Hocaz çayının sahilində, Qarabağ yaylasındadır. == Əhalisi == Azərbaycan Nazirlər Kabineti yanında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun eksperti Faiq İsmayılovun məlumatına görə, kəndin əhalisi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur.
Hoşaf
Humay
Humay — qadın adı.
Həmas
HƏMAS (ərəb. حماس‎) və ya tam adı ilə İslami Müqavimət Hərəkatı (ər. حركة المقاومة الاسلامية; Hərəkət əl-Müqavəmət əl-İslamiyyə) — 1987-ci ildə yaradılmış, fələstinli islamçı-sünni fundamentalist Fələstin təşkilatı və hərbiləşdirilmiş hərəkat. HƏMAS Fələstində yaradılmış islamçı bir siyasi və hərbi hərəkatdır. 1987-ci ildə fələstinlilər arasında başlayan Birinci İntifada (İsrail işğalına qarşı xalq üsyanı) zamanı qurulmuşdur. HƏMAS həm siyasi, həm də silahlı qanada malikdir və onun əsas məqsədi İsrailin işğalı altındakı Fələstin torpaqlarını azad etmək və Fələstinin müstəqilliyini təmin etməkdir. HƏMAS islamçı bir təşkilatdır və Fələstin torpaqlarında İslam qanunlarına əsaslanan bir dövlət qurmağı hədəfləyir. Hərəkatın əsas ideologiyası Fələstinin İsrail tərəfindən işğal olunmuş ərazilərini azad etmək üçün “cihad” (müqavimət savaşı) aparmaqdır. HƏMAS həm siyasi partiya kimi fəaliyyət göstərir, həm də müxtəlif sosial xidmətlər göstərir. O, Fələstin seçkilərində iştirak etmiş və 2006-cı ildə keçirilən parlament seçkilərində qələbə qazanmışdır.
Çopak
Çopak (mac. Csopak) — Macarıstanın Vesprem medyesində Balaton gölünün ətrafında yerləşən kənd. Ənənəvi üsullarla istehsal edilən şərabına görə daha çox tanınır. Çopakda çimərliyi Macarıstanın ən çox turist qəbul edən məkanlarından biridir. Çimərliyin ətrafı qumla örtülmüşdür. Kənddə avqust ayları ərzində şərab günləri keçirilir. Mərasimlərdə xalq musiqisi ifa olunur və yerli sakinlər tərəfindən Çopak mətbəxinin müxtəlif təamları turistlərə təqdim edilir.
Hosank
Hosank (erm. Հոսանք) və ya Erməni-Ari İrqçi Siyasi Hərəkatı (erm. Հայ-արիական ռասայական քաղաքական շարժում) — Ermənistan nasional-sosialist siyasi hərəkatı. Baş ofisi İrəvanda yerləşir. == Tarixi == "Hosank" 2021-ci ildə ABŞ ermənisi Hayk Nazaryan tərəfindən təsis edilmişdir. 1 yanvar 2024-cü ildə qrupun üzvləri Qaregin Njdenin xatirəsinə nasistlərin stilizə edilmiş bayraqları və Hitler salamı ilə çıxış edərək İrəvan şəhərinin mərkəzində parad keçirmişdilər. == İdeologiyası == Partiya Ermənistanın, eləcə də Artsaxın tarixi ərazilərini özündə birləşdirən qüdrətli erməni dövlətinin yaradılmasına çağırır. Partiya ağdərili üstünlüyünü dəstəkləyir və yalnız tamamilə erməni ləyaqətindən olan şəxslərə ölkədə vətəndaşlıq verilməsinə icazə vermək fikrini qoruyur, eyni zamanda erməni diasporundan repatriasiyanı təşviq edir. Bundan əlavə, partiya yalnız Ermənistanda daimi yaşayan avropalıları dəstəkləyir, eyni zamanda qeyri-avropalıları "müvəqqəti qonaqlar" adlandırır. Partiyaya görə, milləti idarə etmək üçün "ali lider" yaradılmalıdır və o, səs verməyə layiq sayılan vətəndaşlar tərəfindən seçilməlidir.
Çomar
Çomar — Rəcəb Tayyib Ərdoğanı kor-koranə dəstəkləyən stereotip fanat, dindar, milliyətçi, mühafizəkar və savadsız türklərə istinad etmək üçün istifadə edilən türkcə jarqon. Bu söz əvvəlcə Anadolunun kənd yerlərində sahibinə hədsiz sədaqətləri ilə tanınan iri çoban itləri üçün istifadə edilmişdir. Buna baxmayaraq, bu, Gəzi parkı etirazlarından sonra siyasi sözə çevrilmişdir. Bu söz mahiyyət etibarı ilə "rednek"in türkcə variantıdır. Türk Dil Qurumu bu sözün başqa bir mənasını "dözümsüz, kobud, aqressiv insan" kimi vermişdir.
Hanak
Hanak — Ərdəhan ilinin Hanak ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. Əhalisi 2,880 nəfərdir (2021). Əhalisi türklərdən ibarətdir. Digər bir mənbəyə əsasən şəhər əhalisi Axısqa türklərindən ibarətdir.
Euphorbia ammak
Euphorbia ammak (lat. Euphorbia ammak) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Heman Hess
Herman İvanoviç Hess (26 iyul (7 avqust) 1802, Cenevrə, Cenevrə kantonu – 30 noyabr (12 dekabr) 1850, Sankt-Peterburq) — Rusiyalı kimyagər. == Tərcümeyi hal == Heman Hess 1802-ci ildə Cenevrə şəhərində rəssam ailəsində anadan olmuşdur. Herman 15 yaşında Derpt şəhərinə köçür, harada ki ilk öncə özəl məktəbdə təhsil alır, daha sonra ise yerli gimnaziyada tehsil alir, hansını ki 1822-ci ildə mükəmməl şəkildə başa vurur. Gimnaziyanı bitirdikdən sonra isə, o yerli Derpt universitetində tibb fakültəsinə daxil olur, harada ki, kimya elminə qeyri-üzvi və analitik kimya üzrə mütəxəssiz olan Hodfird Ozanna'dan yiyələnir.1825-ci ildə Gess tibb elmlər doktoru dərəcəsinə çatmaq üçün nəzərdə tutulan məqaləni mudafiə edir. Universiteti bitirdikdən sonra Ozanna ilə, tərəf müqavili olaraq, o Ozanna tərəfindən yarımillik təyinat verilir və o Stokholma, Yens Berselius labaratoriyasına yola düşür. Orada Gess bəzi mineralların, analizi ilə məşğul olur. Dahi kimyaçı isə onun haqqında belə demişdir:"bu oğlanın çox gözəl əqli var, onun gələcəyi parlaq görünür. Onun bilikləri əla sistemləşmiş formadadır." Derpt şəhərinə qayıdar-qayıtmaz Irkutskda vəzifə alır. Onun vəzifəsi isə, tibbi praktika ilə, məşğul olmaq idi. İrkutsda belə o, mineral suların müalicəvi təsiri və kimyəvi analizi ilə məşğul idi.
Hoşap qalası
Hoşap qalası — orta əsrlərə aid olub Vana təxminən 50–60 km arası məsafədə Van-Başqala yolu üzərindədir. Sıldırım bir yamac üzərində yerləşir. Türkiyə-İran arasındakı yol üzərindən olmasından dolayı qədimdən strateji əhəmiyyəti vardı. Qala eyni adı daşıyan Hoşap suyunun sıldırım qayalıqları üzərində yüksəlir. Məna olaraq yaxşı və ya şirin suya əvəz olur. Rəsmi adı isə Gözəlsudur. İndiyə qədər qalan bir çox tikililər regionda Mahmudi Süleyman adlandırılan şəxs tərəfindən 1643-cü ildə tikdirilmişdir. Əfsanəyə görə, bu müdhiş quruluşu tikən memarın əlləri, digər bir dənə daha beləsini tikər deyə kəsilirdi. Qalanın qərbə baxan girişi və özünəməxsus qapısı pozulmadan günümüzə çatmışdır. Qapının üzərində tikintisi ilə bağlı Fars dilində kitabə və aslan şəkilləri yerləşir.
Human Nature
Human Nature — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Human Teatrı
Human Teatr — Bakıda fəaliyyət göstərən peşəkar teatr. == Tarixi == Müstəqil "Human" teatrı pantomima ustası, keçmiş "Simsar" teatr–studiyasının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin baş müəllimi, teatr və kino aktyoru, xalq artisti Pərviz Məmmədrzayev və teatr və kino aktyoru Şamil İbrahimov tərəfindən 2017-ci ildə Bakı şəhərində yaradılmışdır. Teatrın ilk tamaşası Slovomir Mrojekin "Karol" tragikomediyası əsasında hazırlanan "Üçüncü" 29 mart 2017-ci ildə oynanılmışdır..Teatrın ikinci tamaşası iyulun 14-də Sergey Yeseninin "Qara adam" poemasının motivləri əsasında hazırlanan "Anqleter 1925" tamaşası oldu. "Human" teatrı 7-11 avqust 2017-ci il tarixində Türkiyyənin Bartın şəhərində keçirilən "11-ci Türkiyə teatrlar görüşməsi İnkumu 2017" teatr festivalında iştirak edib. == Aktyor heyəti == Pərviz Məmmədrzayev Şamil İbrahimov Rəfiqə Məmmədova Elgün Həmidov == Repertuarı == Slovamir Mrojek - Üçüncü (Karol əsəri əsasında) S.A.Yesenin - Anqleter 1925 (Qara adam poeması əsasında) P.Məmmədrzayev - Mənim == Nailiyyətləri == Türkiyə teatrlar birliği, İnternational Unitsin üzü seçilib.
Humar zirvəsi
Humar zirvəsi (bolq. връх Хумар, ‘Vrah Humar’ \'vr&h hu-'mar\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 1300 m hündürlüklü qaya zirvəsidir. Osta silsiləsinə daxildir. Yorum buzlağından şimalda, Veseliye buzlağından cənubda yerləşmişdir. Zirvə Bolqarıstanda yerləşən qədim Humar qalasının adını daşıyır. == Yerləşməsi == Humar zirvəsi 65°14′36″ c. e. 62°12′03″ q. u. koordinatlarında yerləşmişdir.
Humay (balet)
Humay — bəstəkar Nəriman Məmmədovun şair Səməd Vurğunun “Komsomol poeması” əsasında yaratdığı balet. == Mənbə == Azərbaycan balet tamaşaları xronologiyası == Həmçinin bax == Yeddi oğul istərəm...
Humay Qədimova
Humay Qədimova (26 aprel 1986, Bakı) — Azərbaycan musiqiçisi, görkəmli xanım tarzən, pedaqoq. == Həyat və yaradıcılığı == Humay Qədimova 26 aprel 1986-cı il Bakı şəhərində anadan olmuşdur. 1994–2001-ci illərdə Nizami rayonu 272 saylı orta məktəbdə, 1997–2001-ci illərdə S. Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbində tar ixtisası üzrə təhsil almışdır. Bu illərdə "Qönçə" müsabiqəsində iştirak etmiş və 2-ci yeri qazanmışdır. 2001–2005-ci illərdə Asəf Zeynallı adına musiqi texnikumunda təhsil almış, bu illərdə qızlardan ibarət muğam üçlüyü yaratmış və qısa zamanda bu üçlüklə bir çox dövlət və televiziya tədbirlərində iştirak etmişdir. Bununla bərabər təhsil aldığı illərdə respublika müsabiqəsinə hazırlaşmış və burada da 2-ci yerə layiq görülmüşdür. 2005–2009-cu illərdə Milli Konservatoriyada təhsil alaraq və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Bu illərdə artıq yaratdığı qızlardan ibarət muğam üçlüyü ilə bir çox ifaçılar ilə (Nəzakət Teymurova, Aygün Bayramova, Aygün Bəylər, Sevinc Sarıyeva, Almaz Orucova, Səkinə İsmayılova, Simarə İmanova, Tahirə Muradova, Aytən Məhərrəmova, Arzu Əliyeva) birgə çalışmış, əməkdaşlıq etmiş, dövlət tədbirlərində iştirak etmişdir. Onun 2008-ci ildəki ən uğurlu çıxışları arasında Türkiyə müğənnisi Tarkanla birgə Bakıda H. Əliyev Sarayında keçirilən konsertdə müşayiətini qeyd etmək olar. 2009-cu ildə isə Sərdar Ortaç ilə birgə H. Əliyev adına Respublika Sarayında konsertdə iştirak etmişdir.