Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heyvan
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Seycan
Secan (fars. سيجان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 53 ailədə 83 nəfəri kişilər və 94 nəfəri qadınlar olmaqla cəmi 177 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Seyhan
Seyhan — Türkiyənin Adana ilində ilçə.
Seylan
Seysan
Sisan-i Qədim (fars. سيسان قديم‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (9 ailə).
Seyval
Seyval (lat. Balaenoptera borealis) — Zolaqlı balinalar fəsiləsinə, Bığlı balinalar dəstəsinə aid balina növü. Uzunluğu 20 (erkək) və 17 metr (dişi) arasında dəyişir. Çəkisi 30 tondur. == Xüsusiyyətləri == Bel nahiyyəsi tünd, yan nahiyyələri boz parlaq ləkəli, qarın hissəsi isə bozdan ağ rəngə qədər olur. Bel nahiyyəsindəki üzgəc iridir. Qidasının əsasını Xərçəngkimilər, balıq sürüləri və Başıayaqlılar təşkil edir. Yetkinliyə 5–7 yaşlarında çatırlar. Orta ömür müddəti 60 ildir. Boğazlıq dövrü 10,5–12 aydır.
Eyvan
Eyvan — İranın İlam ostanının şəhərlərindən və Eyvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,752 nəfər və 6,010 ailədən ibarət idi.
Sevan
Sevan (Ermənistan)
Dama (heyvan)
Lan (lat. Dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Gəlincik (heyvan)
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Heyvan evi
Heyvan evi (İngilis dilindəki orijinal adı ilə National Lampoon's Animal House və ya qısaca Animal House) — rejissoru John Landis, ssenari müəllifləri Harold Ramis, Douglas Kenney və Chris Miller olan 1978-ci ildə ABŞ-də çəkilmiş komediya filmidir. Baş rollarda Con Belushi, Tim Matheson, John Vernon, Verna Bloom, Tom Hulce, Stephen Furst və Donald Satherland oynamışdırlar. Filmdə universitet qardaşlığının üzvü olan bir qrup tələbənin Faber Kollecinin dekanının nüfuzuna qarşı apardıqları mübarizə zamanı baş verən hadisələrdən bəhs edilir. Büdcəsi 3 milyon dollar olan film 28 sentyabr 1978-ci ildə ABŞ-də nümayiş olunmuş və nümayişi zamanı $141,6 milyon gəlir əldə etmişdir. Film həmçinin ABŞ Milli Film Reyestrindədir.
Heyvan qamçılıları
Heyvan qamçılıları və ya Zoomastiqinlər – (lat. – Zoomastigophora) sinfi. Bu sinfi rəngsiz qamçılılar da adlandırırlar. == Həyat tərzi == Forma və quruluşuna görə müxtəlif: suda və torpaqda yaşayan rəngsiz qamçılıları əhatə edir. Saprofit və ya animal yolla qidalanan heterotrof orqanizmlərdir. Zooflagellatların bir hissəsi parazit həyat tərzinə keçmişdir. Onlar onurğalı və onurğasız heyvanların, eləcə də bitki və insanların təhlükəli xəstəliklərinin törədiciləidir. == Quruluşu == Bədənin ölçüsü 5–10 ilə 20–30 mkm (nadir hallarda 100-ə qədər) arasında dəyişir. Bir və ya bir neçə qamçısı və nüvəsi var. Bəzi formalarda bədən dəyişkəndir, psevdopodiyalar əmələ gətirə bilir.
Heyvan qəbiristanlıqları
Heyvan qəbiristanlığı — heyvanların dəfn olduğu qəbiristanlıq.
Heyvan qəbiristanlığı
Heyvan qəbiristanlığı — heyvanların dəfn olduğu qəbiristanlıq.
Heyvan respublikası
Heyvanıstan, Heyvan respublikası və ya orijinal adı ilə Heyvan ferması (ing. Animal Farm) – Corc Oruell tərəfindənilk dəfə 17 avqust 1945-ci ildə İngiltərədə nəşr edilmiş satirik alleqorik roman. Kitab, bir cəmiyyət yaratmaq ümidi ilə öz fermerlərinə qarşı üsyan edən bir qrup ferma heyvanının hekayəsindən bəhs edir. Heyvanlar bərabər, azad və xoşbəxt ola bilər. Nəhayət, başlayır və ferma Napoleon adlı bir donuzun diktaturası altında əvvəlki kimi pis bir vəziyyətə gəlir. Oruellin fikrincə, nağıl 1917-ci il Rusiya İnqilabına və sonra Sovet İttifaqının Stalinizm dövrünə gedən hadisələri əks etdirir . Demokratik sosialist olan Oruell İosif Stalinin tənqidçisi və Moskvanın idarə etdiyi stalinizmə düşmən münasibət bəsləyirdi . ispan vətəndaş müharibəsi . İvon Davetə yazdığı məktubda Oruell təsvir etmişdir Heyvan ferması Stalinə qarşı satirik bir nağıl kimi (“ un conte satirique contre Staline ”) və “ Niyə yazıram” (1946) essesində yazırdı ki, “ Heyvanlar ferması” tam şüurla oxumağa çalışdığı ilk kitabdır. etdiyi işin "siyasi məqsədi və bədii məqsədi bir bütövlükdə birləşdirmək".
Heyvan xəstəlikləri
Heyvan xəstəlikləri — yoluxmayan və yoluxan olur. Yoluxan Heyvan xəstəlikləri iki cür olur: bakteriya, virus və göbələklərin törətdiyi infeksiya və ibtidailər, cücülər, gənə və helmintlərin törətdiyi invazion xəstəliklər. Ən təhlükəli Heyvan xəstəliklərinə aqalaktiya, aktinomikoz, askaridioz, botulizm, brüssellyoz, vakinit, qarayara, moniyezioz, raxit, taun tulyameriya və s.-ni misal göstərmək olar.#Maraqlı məlumat: Hüceyrə tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülaldır. Bu zülal hüceyrəyə daxil olan virusun çoxalmasının qarşısını alır. Müşahidələr göstərir ki, orqanizmdə interferon nə qədər az əmələ gələrsə, virus xəstəliyi də bir o qədər ağır keçər.
Heyvan üslubu
Heyvan üslubu — Avrasiyanın Aşağı Dunaydan, Şimali Qara dəniz bölgəsindən və Xəzərönü çöllərindən Cənubi Ural, Sibir və Çinin şimal-qərb hissəsinə qədər geniş ərazilərində e.ə VII–IV əsrlərdə inkişaf etmiş tarixi bədii üslubdur. Fərqli ifadədə: "Qədim incəsənətdə geniş yayılmış üslubun şərti adıdır. Ayrı-ayrı heyvanların, onların bədən hissələrinin, habelə bir neçə heyvanın mürəkkəb kompozisiyalarının təsvir əsas fərqləndirici xüsusiyyətidir. Tunc dövründə bir sıra xalqlar arasında yaranmış, xüsusilə dəmir dövründə geniş yayılmışdır. Heyvan üslubu zaman və məkanda qeyri-adi geniş yayılmasına və müxtəlif etnik mədəniyyətlərin ənənələrinin mənimsənilməsinə görə müxtəlifdir. Bununla belə, onun ümumi, qabarıq görünən xüsusiyyətləri vardır ki, bu da qədim sənətin bu tarixi-mədəni hadisəsini ayrıca bədii üslub kimi ayırmağa əsas verir. Heyvan üslubunun tarixi-regional müxtəlifliyi "Skif-Sibir dünyası" üçün xarakterik olan "Skif-Sibir heyvan üslubu" adlanan üslubdur. O heyvanların xüsusi təsvir tərzi ilə seçilir. Avrasiya çöllərinin, o cümlədən Cənubi Sibir ərazisinin Son Tunc və Erkən Dəmir dövrlərinin mədəniyyətlərində geniş şəkildə təmsil olunur. Erkən Dəmir dövrü dövründə köçəri maldar xalqları arasında "bir çox ortaq xüsusiyyətlərə malik mədəniyyətlər yaranırdı.
Külə Seyran
Külə Seyran (az.-əbcəd کۆله‌سئیران‎, fars. کله‌سیران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 110 nəfər yaşayır (33 ailə).
Lama (heyvan)
Lama (lat. Lama glama) – dəvəkimilər fəsiləsinə aid cütdırnaqlı məməli heyvan növü.
Məməli heyvan
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Samur (heyvan)
Seydan (Urmiya)
Seydan (fars. سيدان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,220 nəfər yaşayır (217 ailə).
Seyhan çayı
Seyhan çayı (qədim adı: q.yun. Σάρος Saros) və ya digər adı ilə Sarus (türk dilində Sarus Su) ― Kilikyanın və Türkiyənin Aralıq dənizinə tökülən ən uzun çayı. Çay 560 km uzunluğundadır və Anti-Tavr dağlarının zirvələrindən başlayır və geniş delta yaradaraq Aralıq dənizinə tökülür. Onun əsas qolları Adana ilində, Aladağ şəhərində birləşərək çayı əmələ gətirən Zamantı və Göksu çaylarıdır. Seyhan çayının mənbəyinin Tavr dağlarında olduğu bildirilmişdir. Çay Komana qəsəbəsi ilə irəliləyərək Kapadokyadan, daha sonra isə Kilikiyadan keçir. Çayın adı Liviy, Ksenofon, Prokopi, Strabon, Ptolomey, Appian, Böyük Plini və onu səhvən Sinarus adlandırmış Selanikli Estafiy də daxil olmaqla bir çox qədim müəllif tərəfindən qeyd edilmişdir.Seyhan çayı mənsəbindən 50 km məsafədə çayın üzərində yerləşən yeganə yaşayış yeri olan Adana şəhərindən keçir. Adanada çayın üzərində II əsr Roma körpüsü olan Taşköprü də daxil olmaqla bir neçə körpü mövcuddur. Çay, Dəli burnunda Aralıq dənizinə tökülür. == Tarix == Qədim Yunan-Roma əfsanəsində Adana şəhərinin adının qardaşı ilə birlikdə çayın yanında şəhər quran yunan tanrısı Uranusun oğlu Adanusdan gəldiyi qeyd edilir.
Seykan tuneli
Seykan tuneli — Yaponiyanın Honşu və Hokkaydo adalarını birləşdirən dünyanın ən uzun dəmir yolu tuneli. Uzunluğu 53,85 km olan tunelin 23,3 kilometrlik hissəsi dənizin altından keçir. Tunel ən dərin yerində dəniz səviyyəsindən 240 metr aşağıda, dəniz yatağından isə 100 metr dərinlikdə yerləşir.Hazırda dünyanın ən böyük və ən dərin dəmir yol keçidi olan Seykan liderliyi İsveçrənin Qotard baza tunelinin 2016-2017-ci illərə nəzərdə tutulan açılışına qədər qoruya biləcək. Tunelin tikintisinə 1955-ci ildə 5 sərnişin bərəsinin tufanlı havada batması və 1430 sərnişinin həlak olmasından sonra qərar verilib. 9 il davam edən layihələndirmə işlərindən sonra, tunelin tikintisi 1964-cü ildə başlayaraq 1988-ci ildə başa çatmış və o dövrün qiymətləri ilə 538,4 milyard yenə (3,6 milyard ABŞ dolları) başa gəlmişdir. Tunelin açılışı 13 mart 1988-ci ildə baş tutmuş və həmin il tunel 3,1 milyon sərnişinə xidmət etsə də, 1999-cu ildə sərnişinlərin sayı 1,7 milyon olmuşdur. == İstinadlar == == Xarici keçidlər == The Seikan Tunnel — Aomori Prefekturasının Rəhbərliyi.
Seyran Cəfərli
1966-cı ildə İmişli rayonunda anadan olub. 1982-ci ildən "Kirpi" satirik jurnalında karikaturaçı kimi fəaliyyət göstərib. 1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı kursunu bitirib. 2002-2005-ci illər "Molla Nəsrəddin" beynəlxalq karikatura müsabiqələrinin təşkilatçısı olub. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq müsabiqə və sərgilərin münsiflər heyətinin üzvü olub. 2002-ci ildən "WITTY WORLD" (ABŞ) elektron jurnalında karikaturaçılar qrupunun üzvüdür. Beynəlxalq karikatura yarışmalarında 60-dan çox mükafat alıb. Əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi diplomlara layiq görülüb, 200-ə yaxın kataloqlarda əsərləri çap olunub. 2003-cü ildə "Karikaturistlər Birliyi"-ni təsis edib. "Beynəlxalq Karikatura Xəbər Mərkəzi" saytının direktorudur.
Şeyban
Şeyban— İranın Xuzistan ostanının Bavi şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 23,211 nəfər və 4,063 ailədən ibarət idi.
Şeytan
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Şeyxan
Şeyxan qəzası
"Sərvan" nəğmələri
“Sərvan” nəğmələri – Güney Azərbaycanda qədim toy-nişan mərasimində oxunan nəğmələr. Nişan, xına gecəsi və toy günü mərasimlərində, xüsusilə qadın çalğıçılar məclisdə iştirak edən xanımlarla birgə “sərvanlar” söyləyər, bu nəğmələrin ritmi ilə rəqs edərdilər. “Sarvan” nəğmələri bayatılar əsasında qurulmaqla müxtəlif mövzularda sarvana müraciətlər üzərində oxunur: Oxşar nəğmə başlıqları (“Yoluva qoymuşam iydə”, “Yoluva qoymuşam kahı”, “Yoluva qoymuşam qəndi”, “yoluva qoymuşam alma” və s.) “sərvanlar”ın əvvəlki bənd misralarında yer almaqla həm də qadın çalğıçı, qavalçılarının bir-birlərilə asanlıqla nəğmə qoşub oxumalarına şərait yaradır. “Sərvan” nəğmələri bir çox hallarda oxşar nəqarətlərlə oxunur. “Aş gəl, aş gəl” nəqarətli sərvan nəğmələri Güney toy mərasimləri folklorunda xüsusilə geniş yayılmışdır.
Böyük şeytan
Böyük şeytan — İranın xarici siyasət bəyanatlarında bəzən Amerika Birləşmiş Ştatları üçün işlətdiyi alçaldıcı ifadədir. Həmçinin bu ifadə Birləşmiş Krallıq üçün də istifadə edilmişdir. Bu termin ilk dəfə İranın lideri Ruhullah Xomeyni tərəfindən 5 noyabr 1979-cu il tarixindəki çıxışında imperializm və dünya miqyasında korrupsiyaya dəstək verməkdə günahlandırılan Amerika Birləşmiş Ştatlarını xarakterizə etmək üçün istifadə edilmişdir.