Qəpik mənasında işlənib. (“Koroğlu” dastanının lüğəti)
Türkiyədə lirənin yüzdə biri qiymətində xırda pul quruş adlanır.
Ondan sonra mən bir qızdan ötrü olaram xotkarın yanında üç quruşluq. (“Koroğlu ilə Bolu bəy”)
*
Bu gün gəlib gördüm ki, Mir İbrahim qəssabın oğlu Eyvazın dükanında ətin hoqqası iki quruşa satılır. Bu əti iki quruşa aldığıma görə salavat çevirirəm. (Paris nüsxəsi, 3-cü məclis)
*
Koroğlu əlini cibinə salıb bir quruş çıxartdı, onu Eyvaza uzadıb dedi:
– Götür bir hoqqa ət ver, pulun qalığını da tez qaytar, yoldaşlarım getdilər. (Paris nüsxəsi, 3-cü məclis)