QUZĞUN

is.
1. zool. Qarğa növündən iri və bərk şığıyan yırtıcı quş.
Quzğun nəştər qaynaqlı, əyri dimdikli, leş didən bir quşdur. N.Vəzirov.
Mən quşların adlarını bilməzdim. Çalağan ilə quzğuna fərq qoymazdım.
Onları mənə öyrədən Tağı əmi oldu. S.S.Axundov.
Ana … bir dərənin üzərində qarğaların, quzğunların halay vurub hərləndiyini gördü. M.Rzaquluzadə.

2. məc. 1941-1945-ci illər müharibəsi vaxtı faşist təyyarələrinə verilən ad.
…Quzğunların qanadını bir vuruşda yerə salın! S.Vurğun.

Омонимы

  • QUZĞUN QUZĞUN I is. Dəniz. Quzğunun kənarında varmış qədim bir şəhər (M.Müşfiq). QUZĞUN II is. zool. Qarğa növündən iri və sürətlə şığıyan yırtıcı quş
QUZEY
QUZU
OBASTAN VİKİ
Quzğun
Quzğun (lat. Corvus corax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü.

Значение слова в других словарях