QILDIRMAQ
QILIQ
OBASTAN VİKİ
Birinci Qılıcyataq
Birinci Qılıcyataq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin digər adı Türk Qılıncyatağı (Qılıncyataq türk) olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən birinci sözü ilə Azərbaycan dilində «hündür bir yerin təpəsi», «dikdir, yolun başı» mənasında işlənən qılıc sözünün «payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer» mənasında işlənən yataq sözünə qoşulması ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Suser qoyulmuşdur.
Qılıcan
Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.
Qılıccı (Miyanə)
Qılıccı (fars. قليج چي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (19 ailə).
İlqar Qılıcov
İlqar Qılıcov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Qılıcov İlqar Səyyad oğlu 07 yanvar 1966-cı ildə Tovuz şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. Fəlsəfə elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Qarabağ müharibə veteranıdır. 1982–19871982-ci ildə Moskva şəhəri SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hüquq fakültəsinə daxil olmuş, 1987-ci ildə həmin institutunu bitirmişdir. 1986–1987 Alma-Ata qarnizonu stajor müstəntiq vəzifəsini icra edən (Alma-Ata şəhəri); 1987–1991 Gəncə qarnizonu hərbi prokurorluğunun müstəntiqi; 1991–1992 Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq; 1992–1993 Milli Təhlükəsizlik orqanlarında istintaqa Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Millətlərarası Əlaqələrdə qanunların icrasına nəzarət idarəsinin prokuroru işləmiş; 19941994-cü ilin yanvar ayından noyabr ayınadək Milli Təhlükəsizlik üzrə qanunların və Gömrük qanunvericiliyinin icrasına nəzarət idarəsi 1-ci şöbənin prokuroru, rəisi; 1994–1995 Sosial İqtisadi sahələrdə qanunların icrasına, hüquqi aktların qanuniliyinə nəzarət idarəsi, iqtisadi sahədə qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru işləmiş; 1997–2000 Respublika Prokurorluğunda İqtisad məhkəmələri qərarlarının qanunuliyinə nəzarət şöbəsinin prokuroru işləmiş; 2000–2001 Baş Prokurorluğunun Beynəlxalq hüquq şöbəsinin rəis müavini işləmiş; 2001–2005 Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2006 h/h2006-cı ilin aprel ayının 26-dan Azərbaycan Respublikası Ali Məhkəmənin hakimidir.

Значение слова в других словарях