Qədiməli Əhməd
Qədiməli Əhməd — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Beynəlxalq "Rəsul Rza" mükafatı laureatı.
== Həyatı ==
Qədiməli Mahmud oğlu Ağayev 1957-ci ilin avqust ayının 27-da Lerik rayonunun Şivlə kəndində ziyalı ailəsində anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 1985-ci ildə həmin universiteti əla qiymətlərlə bitirmiş və təyinatla Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi Cəbrayıl Ağayev adına Biləvər kənd orta məktəbinə göndərilmişdir.
Hal-hazırda həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi və məktəbin Həmkarlar ittifaqının sədridir.
Qədiməli Əhməd orta məktəbdə oxuduğu illərdə yaradıcılığa başlamışdır. Bədii, elmi və publisistik əsərləri “Bolluq uğrunda”, “Kənd soveti”, “Lerik”, “Azad təfəkkür”, “Qanun və zəka” və.s. qəzetlərdə, Kənd əməkçisinin təqvimi”, “Təbiət”, “Azərbaycan”, “Ulduz”, “Şəfəq”, “Məşəl”, “Yazı” və.s. jurnallarda çap olunur. Eyni zamanda kultaz.com mədəniyyət portalında yayımlanır.