Arif Qədiməliyev

Arif Qədiməliyev (13 iyul 1975, Ağstafa rayonu17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.

Arif Qədiməliyev
Arif Maasif oğlu Qədiməliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Dəfn yeri Dağ Kəsəmən
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1993–1995
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

13 iyul 1975-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmiş və sovxozda işləmişdir. 1993-cü ildə Ağstafa rayonundan Milli Ordu sıralarına çağırılmışdır. 1994-cü ildə 18 yanvar tarixdə cəbhəyə göndərilmişdir.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Arif "N" saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə döyüşmüşdür. O, həm kəşfiyyatçı, həm də nişançı-atıcı kimi komandirlərin hörmətini qazanmışdır. 13-17 mart hadisələri (1995) zamanı şəhid olub.

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qədiməliyev Arif Maasif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Dağ Kəsəmən kəndində dəfn edilmişdir.

Ağstafa şəhərində büstü qoyulmuşdur, qəhrəmanımızın adına mədəniyyət evi var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]