Badımcan qəlyanaltısı
Badımcan qəlyanaltısı — badımcandan hazırlanmış salat, kürü, çığırtma və s. üçün ümumiləşdirici addır. Dünyada əsas tərkib hissəsi badımcan olan bir çox oxşar xörək növləri var. Badımcan salatları və badımcan kürüsünün mühüm fərqi yalnız onların tərkibinin müxtəlif olması ilə deyil, əsasən onların hazırlanma üsulu — texnologiyası ilə izah olunur. Badımcan sobada, qrildə bişirilə bilər, suda qaynadıla bilər, pörtlədilə və ya qızardıla bilər. Badımcanın doğranmasından da çox şey asılıdır — bəzi qəlyanaltılar üçün badımcan ətçəkən maşından keçirilir, bəzi qəlyanaltılar üçün üzun dilimlərə bölünür, bəziləri üçün isə xırda-xırda doğranır.
== Badımcandan xörək növləri ==
Badımcan cığırtması, badımcan dolması, badımcan kababı, badımcan salatı və s.
== Qalereya ==
== Həmçinin bax ==
Yunan qabağı (кабачок) kürüsü
Salatların siyahısı
== Xarici keçid ==
https://yemek.com/tarif/karniyarik/
== İstinadlar ==
Vikianbarda Badımcan xörəkləri ilə əlaqəli mediafayllar var.