Qəm pəncərəsi (film, 1986)
Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır.
== Məzmun ==
Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır.
== İstehsal ==
"Qəm pəncərəsi" filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilib. Filmin ssenarisi Anar tərəfindən Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsasında yazılıb. Filmdə Cəlil Məmmədquluzadənin uşaqlıq dövründə baş verən hadisələr təsvir edilir. Filmin digər adı "Danabaş kəndinin əhvalatları"dır. Bu film rejissor Mərahim Fərzəlibəyovun ilk aktyor işidir. Filmdə "Molla Nəsrəddin" jurnalının karikaturalarından istifadə edilib.Film bir il müddətinə hazırlanıb, çəkilişlər isə 3.5 ay ərzində — 1985-ci ilin iyul ayından oktyabr ayına qədər davam edib.