Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəm
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Ələm (xalça)
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Ələm Hüseynov
Ələm Hüseynov (3 yanvar 1996, Saatlı rayonu – 31 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ələm Hüseynov 3 yanvar 1996-cı ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olub. 31 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.
Qəm-qüssə
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Qəm yemə!
"Qəm yemə!" (gürc. არ იდარდო!) — rejissor Georgi Daneliyanın 1968 çəkdiyi sovet komediya-dram bədii filmi. Film fransız yazıçısı Klod Tilierin "Dayım Benjamin" tragikomediya romanının adaptasiyasıdır. Gürcüstan, 19-cu əsrin sonu. Benjamin Qlonti (Vaxtanq Kikabidze) Sankt-Peterburqda həkim ixtisası üzrə təhsil alır və doğma şəhərinə qayıdır. O, təhsil borclarını ödəməyə və xəstələri müalicə etməyə hec tələsmir, dostları, Benjaminin yeznəsi olan katib Luka və vəkil Dodo ilə əylənmək üçün vaxt keçirir. Benjaminin bacısı Sofiko (Sofiko Çiaureli) onu və böyük ailəsini saxlamalıdır. Qardaşını evləndirməyə çalışaraq, onu yerli loğman həkim Tsintsadzenin varlı ailəsindən olan və poruçik İşxnelini sevən qızı Meri (Məryəm) ilə bir araya gətirir və tanış edir. Benjaminin qayğısız həyatı birdən-birə çox mürəkkəbləşir. O, evlənməkdə maraqlı deyil, daha çox meyxanəçi arvadı Marqo ilə görüşməyə üstünlük verir, lakin Sankt-Peterburqda təhsil almaq üçün Benjaminə borc verən və indi borcunu tələb edən Abesalom Şalvoviç gəldiyindən və Qlontini həbslə hədələdiyindən Benjamin Sofikonun qərarına tabe olur.
Qəm Karvanı (1990)
Film-reportaj İran İslam Respublikasında baş vermiş təbii fəlakət-zəlzələ haqqındadır. Kinolentdə Rəşt, Gilan, Həmədan və başqa yerlərdə zəlzələnin acı nəticələri əks olunmuşdur. Filmin əsas qayəsi xalqlarımızın dar gündə birliyini təcəssüm etdirməkdir. Rejissor: Nizami Abbas Ssenari müəllifi: İmran İsmayıl, Nemət Rzayev Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Qəm Pəncərəsi (1986)
Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır. Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır. "Qəm pəncərəsi" filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilib. Filmin ssenarisi Anar tərəfindən Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsasında yazılıb. Filmdə Cəlil Məmmədquluzadənin uşaqlıq dövründə baş verən hadisələr təsvir edilir. Filmin digər adı "Danabaş kəndinin əhvalatları"dır. Bu film rejissor Mərahim Fərzəlibəyovun ilk aktyor işidir. Filmdə "Molla Nəsrəddin" jurnalının karikaturalarından istifadə edilib.
Qəm karvanı (film, 1990)
Film-reportaj İran İslam Respublikasında baş vermiş təbii fəlakət-zəlzələ haqqındadır. Kinolentdə Rəşt, Gilan, Həmədan və başqa yerlərdə zəlzələnin acı nəticələri əks olunmuşdur. Filmin əsas qayəsi xalqlarımızın dar gündə birliyini təcəssüm etdirməkdir. Rejissor: Nizami Abbas Ssenari müəllifi: İmran İsmayıl, Nemət Rzayev Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Qəm pəncərəsi (film, 1986)
Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır. Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır. "Qəm pəncərəsi" filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilib. Filmin ssenarisi Anar tərəfindən Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsasında yazılıb. Filmdə Cəlil Məmmədquluzadənin uşaqlıq dövründə baş verən hadisələr təsvir edilir. Filmin digər adı "Danabaş kəndinin əhvalatları"dır. Bu film rejissor Mərahim Fərzəlibəyovun ilk aktyor işidir. Filmdə "Molla Nəsrəddin" jurnalının karikaturalarından istifadə edilib.
Ləm abidəsi
Ləm abidəsi — Lənkəran rayonunun Boladi kəndində yerləşir. XIX əsrdə yayda istidən qorunmaq və istirahət etmək üçün inşa edilmişdir. Dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli bir guşədir. Bura hətta yay evi də deyirlər. Ləmlər ümumən cənub zonasında XVIII-XIX əsrlərdə geniş yayılmışdır. İstilər düşdükdə insanlar daimi yaşayış evlərini müvəqqəti olaraq tərk edib, bu yay evlərinə köçərmişlər. Ləmin aşağı hissəsi - sütunları qırmızı kərpicdən, yuxarısı isə meşə ağacından düzəldilir və müxtəlif əl işləri ilə bəzədilir. Bu da ləmə özünəməxsus gözəllik verir. Ümumiyyətlə, ləmlər respublikanın cənub zonasının spesifik tikililəridir ki, bunlara başqa yerdə rast gəlinmir. Lənkəran ləmləri.
Kələm
Kələm (lat. Brassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır.
Qələm
Qələm - yazı yazmaq və şəkil çəkmək üçün istifadə edilən, içərisində mürəkkəbli sterjen və ya qrafit mili olan incə çubuq formalı vasitə. Aşağıdakılar qələm nümunələridir: Diyircəkli qələm Mürəkkəbli qələm Uclu qələm Divit Stres İlk yazılar – Şumerlərin gil kitabələri iti əşya ilə cızılırdı. Az qala 3 min il istifadə olunan bu alət (təxminən, indiki mıx formasında) nə qədər naqolay olsa da, ayrı çarə tapa bilmirdilər. Uzun müddət – eramızın ilk minilliyi ərzində ucu itilənmiş qamış-qələmlərdən istifadə olunduğu da iddia olunur. Həmçinin lifdən düzəldilən ilk kağızın yaranması ilə quş lələyindən istifadə də gündəmə gəldi: daha rahat olan bu vasitə müxtəlif rəngli məhlullara batırılmaqla yazılırdı. Paralel olaraq həm də dəmir ucluqlu ağac-qələmdən də istifadə olunurdu. 1780-ci ildə isə polad ucluğu (pero) kəşf etməklə Harrison öz adını tarixə yazdırmağı bacardı. 19-cu əsrdə isə artıq özü yazan qələmlər (avtoqələm) ixtira edildi. Karandaşın yaranması tam təsadüfdən (yəqin ki, zərurət vardı) doğub: 18-ci əsrdə laboratoriya üçün qablar hazırlayan çex əsilli Yozef Hartmutun əlindən fincan düşüb sınır və «günahkar» sınan əşyanın kağız üzərində qara cızıq açdığını görür. Nəticədə qrafit tozu ilə gil lövhələrin qarışığından təcrübələrə başlayan Hartmut karandaşın əcdadını yaradır.
Ələk
Ələk — unun kəpək və qeyri-yad əşyalardan təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alətdir. Ələk dairəvi qutu şəklində olur. Əlәklər yastı olmaqla, vibrasiyalı, yırğalanan, barabanlı olmaqla, fırlanan kimi növlәrә ayrılır. Əsasәn, un, kombinә olunmuş yem vә yarma istehsalında, әrzaq vә yem mәhsullarının hazırlanması üçün dәnin xәlbirlәnmәsindә, hәmçinin faydalı qazıntıların saflaşdırılmasında istifadә edilir. Ələk unun ələnməsində istifadə edilən əsas alətdir. Ələklərin alı və qaraçı növləri mövcuddur. Ələk hazırlama peşəsi Azərbaycanda geniş yayılmışdır.
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir. Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Zəm-zəm
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.
Diyircəkli qələm
Diyircəkli qələm - Dəftərxana ləvazimatı. 1938-ci il də Macar ixtiraçı Lazlo Biro, biro da deyilən, gündəlik həyatımızın imtina edilməz parçası olan diyircəkli qələmin həyata keçməsini təmin etdi. Diricəkli qələmi ilk dəfə Böyük Britaniya hərbi aviasiyası üçün hazırlamışdılar (yüksəklikdə digər qələmlərdən mürəkkəb çıxmırdı). 1945-ci ildə, Nyu-Yorkda ilk diyircəkli qələmlərin bir partiyası satışa çıxarılan zaman, elə bir sayda insan toplaşıb ki, şəhərin bütün polis işçiləri işə cəlb olunub. Bir günün içində 10 min qələm satılıb, halbuki, o zaman bir qələm elədə ucuz başa gəlməyib. Bir qələmin qiyməti bir amerikalı zavod işçisinin 8 saatlıq əmək haqqının dəyərində olub.
Doldurma qələm
Doldurma qələm — su əsaslı mürəkkəb rezervuarı olan bir qələmdir. Doldurma qələm kimi bir şey yaratmaq üçün ilk sifariş,Misir xəlifəsi Əl-Muizz li-Din Allah, tərəfindən onuncu əsrdə təqdim edilmişdir ki, Qazi əl-Numan əl-Tamiminin Kitab əl-Məcalis vəl-musayardtda qeyd olunub.(d. 974).
Gül kələm
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Kələm (Vərziqan)
Kələm (fars. كلم‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (10 ailə).
Kələm dolması
Kələm güvəsi
Kələm güvəsi (lat. Plutella maculipennis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinə aid olan növ. Azərbaycanda kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və xəstəlikləri haqda 1960-cı ilin icmalı və 1961-ci ildə proqnoz məlumatlarına əsasən 1960-cı ildə Abşeronda kələm bitkisinin kələm güvəsi ilə zədələnməsi 60-90% olmuşdur. Kələm güvəsinin kütləvi çoxalmasını Q.Y.Bey-Byenko səciyyələndirərək yazır ki, bir cüt kələm güvəsinin orta məhsuldarlığı 200 yumurta olarsa, 3-4 nəsil verdikdən sonra 1003 və ya 1004 ola bilər. Şübhəsiz ki, nəsildən-nəsilə bu növün miqdarı sürətlə artırır. Kələm güvəsi pup mərhələsini toxuduğu barama içərisində keçirir və orada da qışlayır. Qışlama məhsul qalıqları və yabanı xaççiçəkli bitkilər üzərində gedir. Aprel ayında puplardan çıxan kəpənəklər həmin bitkilərin üzərinə yumurta qoymağa başlayır. Bir dişi fərd hər topada 3-4 ədəd yumurta olmaqla 300-ə qədər yumurta qoya bilir. Yumurtadan çıxan I yaş tırtıllar yarpaq toxumasına girib onun içərisində açdığı lağımda yaşayır.
Kələm kəpənəyi
Kələm kəpənəyi-(lat. Pieris brassicae) Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinə aid olan növ Açılmış halda qanadlarının uzunluğu 55–60 mm-dir. Üstdən ağ, ön qanadlarının zirvəsində oraqşəkilli qara haşiyə və iki qara ləkə (dişilərdə ləkələr daha tünddür), altdan isə yaşılımtıl-sarıya çalır. Bığcıqları sançaqşəkillidir. Ön qanadlarının yuxarı küncləri qaradır. Yumurtaları sarı rəngdə olub, uzununa istiqamətdə 16 qırışı vardır. Uzunluğu 1,25 mm-dir. Tırtılın 3 cüt döş, 5 cüt qarıncıq ayağı vardır. Bədəni üst tərəfdən yaşıl, alt tərəfdən sarı rənglidir. Pupu sarımtıl-yaşıldır, üzərində qara, nöqtə şəkilli ləkələr vardır.
Kələm milçəyi
Kələm milçəyi (lat. Hylemyia brassicae) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Əsl milçəklər fəsiləsinə aid olan növ. Şəffaf qanadlı, nisbətən orta ölçülü milçəklərdir. Zərərverici pup mərhələsində torpağın 10-15 sm dərinliyində qışlayır. Yazda torpağın 10-15 sm dərinliyində qışlayır. Yazda torpağın qızması ilə laqədar 12-14 °C temperaturda qışlama yerlərindən çıxırlar. Qışlama yerlərində çıxış müddəti kələm bitkisinin vegetasiya dövrünə düşür. Qışlamadan çıxan milçəklər qidalanmaq üçün nektarlı bitkilərin üzərinə qonur və həmin bitkilərin çiçək tozcuqları və şirəsi ilə qidalanırlar. Bir neçə gün (2-3) qidalandıqdan sonra cütləşməyə başlayırlar. Cütləşmədən 8-10 gün sonra dişilər yumurta qoymağa başlayırlar.
Kələm mənənəsi
Kələm mənənəsi (lat. Brevicoryne brassicae) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Yetkin fərdin uzunluğu 2 mm-dək, rəngi yaşılımtıl olur. Erkəkləri qanadlı, dişiləri qanadlı və qanadsızdır. Ziyanverici cücülərdir. Kələmi və şalğamı zədələyir. Yazda və yayda çoxalır. Payıza yaxın yarpağın altına 1—3 yumurta qoyur. Qışı yumurta mərhələsində keçirir. İldə 8—20 nəsil verir.
Kələm sovkası
Qlem-rok
Qlem-rok (ing. Glam rock | /ɡlæm ɹɔk/; ing. «glamorous» sözündən) — 1970-ci illərin əvəllərində Böyük Britaniyada yaranan rok musiqi janrıdır. 70-ci illərin birinci yarımında dominant janrlardan biri olub. Qlem-rok ifaçıları üçun parlaq teatral imidj, ekzotik geyim, həddən artıq qrim istifadəsi, androgin görünuş xarakterlidi. Bu janrın ifaçıları musiqi və pop mədəniyyətinin müxtəlif şeylərindən, əsasən bablqam pop, 1950-ci illərin rok-n-rollu, kabare, elmi fantastika, psixodelik rok və art-rokdan ilhamlanırdılar. Musiqi planda qlem-rok bir stilistikalı deyil, rok-n-roll, art rok, estrada, hard roku bir birinə birləşdirən bir janrdı. Qlitter rok (ing. Glitter rock) Qeri Qlitter tərəfindən yaradılmış qlem-rokun daha ekstremal versiyasıdır.
Stanislav Lem
Stanislav Herman Lem (polyakca: Stanisław Herman Lem; 12 sentyabr 1921[…], Lvov – 27 mart 2006[…], Krakov) – polyak yazıçısı, satirik, filosof, fantast və futuruloqudur. Onun kitabları 40 dilə tərcümə edilmiş, 30 milyondan artıq tirajla satılmışdır. Virtual reallığın, süni intellektin yaradılmasını qabaqcadan xəbər verdiyi, həmçinin süni dünyaların və bu kimi başqa şeylərin yaradılması ilə insanın avtotəkamül ideyasını inkişaf etdirdiyi “Texnologiyanın yekunu” fundamental əsərin müəllifidir. Stanislav Lem 1921-cil sentyabrın 12-də Polşanın Lvov (Lvov indi Ukraynanın tərkibindədir) şəhərində, həkim ailəsində anadan olub. Sonralar o, öz xatirələrində yazırdı: “Mən dörd yaşımda yazmağı öyrəndim. Doğrudur, bu qabiliyyətimdən əməlli-başlı istifadə eləyə bilmədim. Atama ilk məktubumu anamla birlikdə getdiyim Skole şəhərindən yazmışam; bu məktubda mənim taxtadan olan əsl kənd tualetindəki macəralarımın macəralarımın bir qismi təsvir olunurdu. Bəli-bəli, taxta döşəməsində deşiyi olan həmin tualetdəki. Doğrudur, bəzi şeylərin üzərindən sükutla keçdim. Həmin o deşiyə mən öz ev sahibimizin açar dəstini atmışdım...” 1932-ci ildə II kişi gimnaziyasında oxumağa başlayır və 1939-cu ildə oranı qurtarıb orta təhsil haqqında attestat alır.
Eşem-elək (Bakalı)
Eşem-elək (başq. Емеш-еләк, rus. Плодоягодная) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. 10 sentyabr 2007-cu ilə qədər Plodoyaqodnaya kənd kolxozu adlanırdı. Məsafələr: rayon mərkəzindən (Bakalı): 6 km, kənd sovetliyindən (Bakalı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 78 km.
Le Kuanq Lem
Le Kuanq Lem (vyet. Lê Quang Liêm, 3 mart 1991, Hoşimin, Vyetnam) — Vyetnam şahmatçısı, qrosmeyster, Dünya Blitz Çempionu (2013). Le 2006, 2008, 2010, 2012 və 2014-cü illərdə Şahmat Olimpiadalarında Vyetnam üçün mübarizə aparmışdır. Xüsusilə də onun 2012-ci il Şahmat Olimpiadasında 1-ci lövhədə 10 oyundan 8 xal nəticəsi Vyetamın kişilərdən ibarət yığmasını yekunda 7-ci etdi və bu, Vyetnam Şahmat tarixində ən yüksək nəticə idi. 2010-cu ildə Le Moskva Open turnirində iştirak etdi. +5=4 nəticəsi ilə o, Konstantin Chernyshov, Evgeny Bareev və Ernesto Inarkiev ilə 1–4-cü yerləri bölüşdürdü. Həmin turnirdən dərhal sonra Le 9 oyundan 7 xal (+5=4) nəticəsi ilə 9-cu Aeroflot Open turnirinin qalibi oldu. İyul ayının 15-dən 25-dək o, ilk dəfə dəvətli Dortmund turnirində iştirak etdi. Onunla yanaşı burada 9 dəfə Dortmund çempionu və keçmiş dünya çempionu Vladimir Kramnik, Şəhriyar Məmmədyarov, keçmiş FİDE çempionu Ruslan Ponomariov, 2004-cü il Dünya Çempionatı finalçısı Peter Leko və Arkadij Naiditsch də yarışırdılar. İlk raundda Le qara fiqurlarla Kramniklə qarşılaşaraq heç-heçə etdi və dördüncü raundda Ponomariovu, 5-ci raundda isə Lekonu məğlub etdi.
Gəl-Gör-Get qalası
İbn Ərəbşahın yazdığına görə 28 iyul 1402 tarixdə vaqe olmuş məşhur Ankara döyüşündən Qarabağa geri dönən Əmir Teymur Gürcüstandan keçərkən yolüstü 2 gürcü istehkamını bir müddət mühasirədə saxlamış və son nəhayətdə onları ələ keçirmişdir; bunlardan biri "Mağaralıq" deyilən yer, digəri isə "Gəl-Gör-Get" qalası idi və onlar "Gürcüstan qalaları arasında iki göz kimi idilər". Ehtimal etmək mümkündür ki həmin "Gəl-Gör-Get" qalası indi xarabalığı Şəki rayonunun Kiş kəndindən 1 km şimalda olan "Gələrsən-Görərsən qalası"dır. Qalanın İbn Ərəbşah tərəfindən edilmiş təsviri də məhz, "Gələrsən-Görərsən qalası"na uyğun gəlməkdədir. O ki qaldı "Gəl-Gör-Get" qalasının gürcü istehkamı hesab edilməsinə, nəzərə alınmalıdır ki, sonda müəllif həm də Şirvanşah Şeyx İbrahimin dili ilə qeyd etmişdir ki, həmin qalaların xaçpərəst müdafiəçiləri heç də gürcü yox, əslində "tatar" imişlər! Deməli, bu istehkamların müdafiəçiləri xristian-provoslav məzhəbli "tatar"lar olduğuna görə, müdafiəçilər gürcü, istahkamlar isə "Gürcüstan qüllələri" hesab edilmişdir. Bu qalalardan digər biri Gəl-Gör-Get’in göydələn qalasıdır ki öz adı kimi dikbaşlıq və təkəbbürdən söz açar və onun (adının) mənası türkcə belədir: "gələrsən, görərsən və geri dönərsən", yəni bir kimsə ona baxmaqdan başqa, qeyri bir şeyə nail olmaz, onun binası üç tərəfdən hündür təpəliyin üstündə(dir) və (yüksəkliyi həmin) tərəflərin yüksəkliklərinin hamısından daha yüksəkdir. Digər (dördüncü) tərəfindən dar və nahamar yol (gəlir) və (bu yol) sərt və çətin bir keçiddə başa çatır və o yolu gedən qarşılaşdığı sərtliklərə sinə gərərək hündür bir uçuruma və dərin bir yarğana yetişər ki, onunla qalanın darvazası arasında bir körpü bağlamışlar və körpü götürülərkən qalaya giriş qapadılmış olar. Teymur elə ki o halın həqiqətindən agahlıq tapdı və o pünhan bir xəbər aşkar oldu, bu qərara gəldi ki, öz məqsədinə çatmayanadək o məhlədən köç etməsin; amma o qalanın yaxınlığına, bir məkan ki, ora düşər və ora elə yer ki dalğalanan dəniz onun içində yerləşsə tapmaq olmaz, bəlkə bütün ətrafı qarma-qarışıq idi və uçurum və yüksəklik elə bil, necə ki öz ərinin qarşısında həyasız bir qadının qəzəbli çöhrəsi – bütünlüklə sərt və kobuddur. Amma Teymur tamahkarlığından öz sığınacaq və qərargahını orda, o qalanın göz qabağında qurdurmuşdu və ləşgərləri növbə ilə mühasirə və get-gəl işində olurlar və qala adamları gündüzlər körpünü götürüb müharibə və mübarizə bəlasından amanda idilər, çünki, o ətrafda bir məkan ki, mübarizə üçün yarasın və bir meydan ki, cəng üçün işə keçsin, tapmaq olmaz! Və teymurilər elə ki səhər açılır, uzaqdan ox atmaqla (, döyüşün başqa dəhşətlərindən) qurtulurlar və qane aşiq kimi, bir baxışa məmnun olurlar və gecə düşən kimi öz çadırlarının yolunu tuturlar və o yaxınlıqda bir yer yox idi ki bir gecəni başa vura bilələr, o zaman xaçpərəstlər körpünü yerinə qoyub dar bir yol ki, orda öz ehtiyaclarını təchiz edə bilərlər, [həmin yolu] açırlar və gediş-gəlişə başlayırlar, Teymur üçün o qaladan ümidsizlik nişanı zahir olan kimi və onun (qalanın) fəthini özü üçün xam arzu hesab edən kimi (o,) köç göstərişi verdirdi; amma bu rüsvayçılıqdan qorxuya düşdü və bu geri çəkilməsi üçün bəhanə və (uydurma bir) "səbəb" axtarır.(..) Teymurun ləşgəri içində boyları bir və qolları iki şir qüvvəsində iki cavan var idi ki xasiyyət və görkəm və qorxmazlıq və mərdanəlikdə biri o birindən o qədər də fərqlənmirdi, mübarizə meydanında biri digərinə müvafiq irəli çıxır, tərəzinin iki gözü kimi bərabər olurdular, təsadüf düşdü ki, o ikisindən biri Gürcüstan adamlarından bir kafir ki, şücaətdə şir kimi və boy-buxunda dağ kimi idi, (onunla) qabaq-qabağa çıxdı və Bu onu yerə yıxıb başını kəsib götürdü və Teymurun dərgahına apardı və bu işdən yüksək bir rütbə qazandı; bu "özünü göstərmə" bunun bərabərinin ürəyinə təsir etdi və onu bərk şəkkə gətirib məcbur etdi ki bir çarə fikirləşə ki, bəlkə özünün tayı yanında daha yaxşı bir (iş görüb ad-san) qazansın?; onun adı Pirməhəmməd və ləqəbi Qənbər idi və körpü işində heç kəs ondan çox tanışlıq və səriştəyə malik deyildi.
Adəm
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş məlumatlara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin yaranması yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərirlər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Belém
Belen — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Slem
Slem yaxud Poetri slem (ing. Partlayış) — əyləncəli, müxtəlif şairlər tərəfindən ədəbiyyatın hər cür kateqoriyasına aid, dinləyici və eyni zamanda tamaşaçıları da onlara qərar haqqı tanıyaraq olan prosesin içinə qatan, stendap, tamaşa, monoloq, komediya və s. qarışığı bir aktdır. İştirakçılar Slemer adlanır. Hər iştirakçının 5 yaxud 7 dəqiqə vaxtı olur, bu vaxt ərzində öz yazmış olduğu və ədəbiyyatın istənilən kateqoriyasına aid olan yazısını oxuyur. Yazının özü tərəfindən yazılmış olması, yəni oğurlanmış olmaması, yazısını tamaşaçı ilə paylaşarkən iştirakçının hər hansı bir kostyum geyməmiş olması və başqa kömək vasitələrindən istifadə etməməsi və özünə verilən müddəti keçməməsi şərtdir. Hər bir çıxışdan sonra münsiflər heyəti səs verir və ilk dörd yerə çıxan slemer növbəti tədbirə qoşulmağa haqq qazanır. Hazırda slem İrlandiya, Nepal, Kanada, Almaniya, İsveç, Avstriya, İsrail, Ukrayna, Rusiya, İsveçrə, İspaniya, Meksika, Fransa, Azərbaycan və s. ölkələrdə keçirilir.
Bəm
Bəm — İranın Kirman ostanının şəhərlərindən və Bəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 73,823 nəfər və 19,572 ailədən ibarət idi. Parfiya dövründə (b.e.ə.247- b.e. 224) salındığı təxmin edilən və Sasanilər imperatorluğu dövründə önəmli bir mərkəz olan şəhərə X əsrdə gələn ərəb səyyah İbn-i Həval, Surət-ul Ərz adlı kitabında , şəhərin qalasından və əl işləməli geyimlərin gözəlliyindən danışır. Bu şəhərin əl toxumalı geyimləri o qədər məşhur olub ki hədda onu Mərkəzi Asiya və Misirdən də alarmışlar.Farsların qurduğu bu şəhər Səfəvi xanədanlığı zamanında yüksək inkişaf dövrü yaşadı. Bəm səhralıqda olmağına baxmayaraq bu gün olduğu kimi qədim zamanlarda da ənkinçilik mərkəzi olmuşdu. Tarixən güclü bir qalaya sahib olması isə onun hərbi bir mərkəz rolunda da iştirak etməsini şərtləndirmişdi . Bəm qalasının tikililərindən bu günə qədər qalan hissələri əsas etibarı ilə 12-ci əsrdə tikilmiş və 6 km2 sahəyə malikdir. Kərpicdən tikilmiş qala 13000 insanın yaşaya biləcəyi bir qaladır. Burada 1850-ci ilə qədər yaşayış olmuşdur.
Cem
Cem - tərkibində ən azı 1% pektin maddələri, 1%-dən az olmayaraq üzvi turşu olan bütöv və ya doğranılmış meyvə-giləmeyvənin şəkər şərbətində paldaşəkilli konsistensiyaya qədər bişirilməsindən alınan qida məhsulu. Cem bişirmək üçün turş alma, armud, heyva, gavalı, alça, ərik, şaftalı, albalı (gilənar), gilas, qara qarağat, firəng üzümü, çiyələk, moruq, üzüm, əncir, xurma və digər meyvələrdən istifadə edilir. Cemin mürəbbədən əsas fərqi ondan ibarətdir ki, bişirilən meyvənin formasının saxlanılması vacib deyildir. Eyni zamanda cemin şirəsi mürəbbə şirəsindən fərqli jeleyəbənzər (paldalı) konsistensiyalı olub süzülmür və qeyri-şəffafdır. Cem bir dəfəyə bişirilir. Tərkibində az pektin olan meyvə-giləmeyvələrdən cem bişirdikdə ona davamlı jele əmələgətirən meyvə-giləmeyvə (heyva, bəzi sort almalar, firəng üzümü) qatmaq lazım gəlir. Cem bişirilməsi və əlavə olunan şəkərin miqdarına görə mürəbbəyə, konsistensiyasına və xarici görünüşünə görə povidloya oxşayır. Mürəbbə Jele Marmelad Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010. The principles of jelly-making, by N.E. Goldthwaite ...
Cəm
Cəm (lat. summa) — iki ədədi toplayanda alınan ədəd bu ədədlərin cəmi adlanır.
GSM
Global System for Mobile Communications (abr. GSM; azərb. Mobil Rabitə üzrə Qlobal Sistem‎) — Avropa Telekommunikasiya Standartları İnstitutu (ATSİ) tərəfindən mobil telefon və planşetlər kimi mobil cihazlar tərəfindən istifadə edilən ikinci nəsil (2G) rəqəmsal mobil şəbəkələr üçün hazırlanmış protokollar standartı. "GSM" həm də "GSMA"ya məxsus əmtəə nişanıdır. "GSM" həmçinin, "Full Rate" səs kodekinə də aid edilir. Bu, ilk dəfə 1991-ci ilin dekabrında Finlandiyada tətbiq edilmişdir. 2010-cu illərin ortalarında 90%-dən çox bazar payına çatmış, 193-dən çox ölkə və ərazidə fəaliyyət göstərən mobil rabitə üçün qlobal standarta çevrilmişdir. "GSM" sistemləri və xidmətləri "ETSI" tərəfindən idarə olunan bir sıra standartlarda təsvir edilmişdir. 2G şəbəkələri birinci nəsil (1G) analoq mobil şəbəkələri əvəz etmək üçün hazırlanmışdır. "GSM" standartı əvvəlcə tam dupleks səsli telefoniya üçün optimallaşdırılmış rəqəmsal, dövrə keçidli şəbəkəyə aid edilirdi.
Aləm Nuriyev
Nuriyev Aləm Bayram oğlu — tarix elmləri doktoru, professor, arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu ilk orta əsrlər Azərbaycan arxeologiyası şöbəsinin müdiri. Aləm Nuriyev 1936-cı il oktyabr ayının 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə qədim Bərdə şəhərinin araşdırılması məqsədilə qazıntı işlərində iştirak etmişdir. 1984-cü ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında üzərində alban əlifbası ilə yazılar yazılmış insan fiqurlu qədim məzar daşı abidəsi aşkar etmişdir. Əsasən Qafqaz Albaniyasının müxtəlif problemlərinin tədqiqi və öyrənilməsi, sənətkarlıq, şüşə, dulus, metalişləmə tarixi, Bərdə şəhərinin inkişaf mərhələləri, xaraba şəhərlərin (Şamaxı, Bərdə, Naxçıvan, Ərəs və s.) üzrə çıxarılması və Azərbaycan tarixinin digər problemlərinin öyrənilməsi və tədrisi ilə məşğul olur. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk Orta Əsrlər Azərbaycan Arxeologiyası şöbəsinin müdiridir. Rusiya Federasiyası Abidələrinin Mühafizəsi Cəmiyyətinin üzvüdür. 115-dən çox elmi məqalənin müəllifidir. Qafqaz Albaniyasının şüşə məmulatı və istehsalı tarixi. Bakı: Elm, 1981 Bərdə şəhərinin tarixi arxeoloji oçerki.
Müzəffər Aləm
Müzəffər Aləm (d.1882-ö.1973) — İranın Xarici İşlər vəziri. Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləmişdi. Növbəti xidməti yerində Müzəffər xan dünyaya gəldi. İlk təhsilini Bakıda, sonra Tehranda aldı. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxudu. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirdi. Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəldi. Dəməşq şəhərində konsul kimi xidmət etdi. Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa etdi.
ATƏM
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Açem
Ahem, həmçinin açim və ya akim — Qanada yaşayan xalq, akanların subetnik qrupu. Onlar dörd qrupa bölünürlər: açem aşanti, açem abvakva, açem kotoku, açem bosom. Onlar ənənəvi inanclara sadiqdirlər, bəziləri protestant və katolikdir. Rəvayətə görə, açemlər indiki Qana ərazisində firavan və nisbətən müstəqil dövlət qurmağı bacaran cəsur döyüşçülər idi.
Adəm Heydərov
Adəm İkram oğlu Heydərov (26 mart 2000, Bum, Qəbələ rayonu – 16 oktyabr 2020 və ya 13 oktyabr 2020, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Adəm Heydərov 2000-ci il martın 26-da Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə Bum qəsəbəsində Təbriz Yaqubov adına qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Adəm Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Adəm Heydərov oktyabrın 13-də Ağdərə istiqamətində şəhid olub. Qəbələ rayonunun Bum qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Adəm Kılıççı
Adem Kılıççı (18 aprel 1986, Ağrı[d]) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür. Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Əslən Azərbaycan Türklərinin alt qrupu hesab olunan Qarapapaq tayfasına mənsubdur. Ailəsi Ağrıya Qafqaz köçləri ilə birgə köçmüşdür. Bu barədə o Fənərbaxça TV-yə verdiyi müsahibəsində bildirib. Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib. Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub.
Adəm Seyfullayev
Adəm İzzət oğlu Seyfullayev 1925-ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. 1941-ci ildə Şərəfə 7 illik orta məktəbi bitirib və həmin il Lənkəran pedaqoji texnikumuna daxil olur. 1943-cu ildə könüllü cəbhəyə yazılır. Buynaks şəhərinə hərbi hıssəyə göndərilir. 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə qiyabi daxil olub. Masallı rayon partiya komitəsində şöbə müdiri, Şərəfə kənd orta məktəbin direktoru təyin edilir. Sonradan pedaqoji fəaliyyətini Masallı şəhərində davam etdirir. 1985-ci ildə gənc nəslin təlim və tərbiyəsindəkı uğurlarına görə SSRİ Maarif Nazirliyi və MAMEİHİ MK-nin fəxri fərmanına layiq görülür. 2006-cı ildə 3 saylı orta məktətədə üzün müddət işlədikdən sonra səhəti ilə əlaqədar pedaqoji fəaliyyətini dayandırır. 10 övladı var 2010-cu ildə vəfat etmişdir.
Adəm Umalatov
Adəm Umalatov (27 avqust 1975, Xattuni[d], Çeçen-İnquş MSSR – 5 noyabr 2001) — Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, Çeçenistan Respublikasında Birinci və İkinci müharibələrin və 1999-cu ildə çeçen mücahidlərinin Dağıstana təcavüzünün fəal iştirakçısı. İslam Batalyonu Əmirinin müavini (1994–1995), İslam Taburu Əmiri (1996), Cundullah İslam Briqadasının Hərbi Əmiri (1998–2001). Şamil Basayevin qərargahında kəşfiyyat və təxribat işlərindən məsuldur olan şəxs. Adəm Umalatov 27 avqust 1975-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Vedeno rayonunun Xattuni kəndində anadan olmuşdur. Milliyətinə görə çeçendir. Qafqazda silahlı toqquşmaların fəal iştirakçısı olur. Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı rütbəsinə qədər yüksəlir. "Tehran" və "Əmir Adəm" təxəllüsləri ilə tanınır. 1992–1993-cü illərdə Umalatov uşaqlıq dostu Şamil Basayevlə birlikdə Qafqaz dağ xalqları konfederasiyasının tərkibində gürcü-abxaz münaqişəsində iştirak edir. Abxaziyadan vətənə qayıdan Adam Umalatov 1994–1996-cı illərdə Birinci Çeçenistan müharibəsində fəal iştirak edir.
Adəm Vayqanlı
Adəm Vayqanlı və ya Vayqanlı Adam Azərbaycan şairlərindəndir ki Vayqanda dünyaya gəlmişdir.O, Azərbaycan dilində şeirlər yazıb. Ondan Vayqanlı Adam adlı kitab Məhəmməd Tağı Zehtabının səyi ilə 1980-ci ildə 60 səhifədə və Azərbaycan dilində çap olunub.
Adəm ağacı
Pavlovniya (lat. Paulownia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinə aid bitki cinsi.
Adəm körpüsü
Adəm körpüsü (sanskr. Rāmasētu रामसेतु, tam. இராமர் பாலம்) — Hind okeanında, Hindistan və Şri-Lanka arasında 48 kilometrlik mərcan adaları və saydan ibarət olan ensiz xətt. Dəniz dibinin geoloji cəhətdən nəzərəçarpacaq dərəcədə yüksəlməsi, Ramnad burnu yaxınlığından, Ramesvaram adasından başlayaraq Mannar adasına qədər uzanır. Səmadan kiçik adalar kimi görünür, lakin onun böyük hissəsi 1 və 1,25 m dərinliyində sualtı dayazlıqlardan ibarətdir. Bu sırada yerləşən Pamban keçidindən kiçik gəmilər istifadə edilə bilər. Körpü zəncirinə paralel olaraq bərə keçidi var. Ərəb və portuqal xəritələrindəki təsvirlərə görə Ramasetu XV əsrin sonılarına qədər gəmilərin keçidi üçün əlverişli olmuşdur. Ancaq zəlzələ və fırtınalar səbəbindən keçid bağlanmışdır. Brahmanlar Adəm körpüsünü Rama körpüsü və ya Nali körpüsü adlandırırlar.
Adəm Günəş
Adəm Günəş(türk. Adem Güneş;1969, Ankara) — Türkiyənin tanınmış yazıçısı, pedaqoqu. 1969-cu ildə Ankarada anadan olub. Rotterdam Universitetinin Pedaqogika fakültəsini bitirib. Onun 22 türk, 2 ingilis dilində çap olunmuş əsəri var. Adəm Günəş, Türkiyədə ən çox kitabları satılan 16-cı yazardır.