RADİOAKTİVLİK

is. Atom nüvələrinin nüvə hissəcikləri və ya qamma-kvantlar buraxaraq özbaşına və ya süni surətdə parçalanması (bu proses nəticəsində ilkin nüvələrdən fərqli olan yeni atom nüvələri əmələ gəlir). Uranın radioaktivliyi.
RADİOAKTİV
RADİOBİOLÓGİYA
OBASTAN VİKİ
Radioaktivlik
Radioaktivitlik — radioaktiv parçalanma qeyri-stabil atom nüvəsinin qəflətən enerji verməklə çevrilmə xassəsi. Xaric olunan enerji ionlaşmış şüa, daha dəqiq dedikdə, enerjiyə malik hissəcikli və ya qamma şüalanma şəklində paylanır. Anlayış ilk dəfə 1898-ci ildə Mariya Küri tərəfindən işlənmişdir. Radioaktiv parçalanma bir və ya bir neçə hissəciklərin (məsələn: elektronlar, neytron, alfa-hissəciklər, fotonlar) ayrılması ilə müşayiət olunur. Radioaktivlik dedikdə həm də radioaktiv nüvəyə malik olan maddənin xassələri nəzərdə tutulur. Məlumdur ki, atom nömrəsi 82-dən böyük olan bütün kimyəvi elementlər radioaktivdirlər. Bəzi yüngül elementləri də bu sıraya aid edirlər. İki növ radioaktivlik mövcuddur: Təbii radioaktivlik - təbiətdə rast gəlinən, elementin nüvəsinin öz-özünə şüalanaraq parçalanmasıdır. Süni radioaktivlik - uyğun nüvə reaksiyası nəticəsində süni olaraq elementin nüvəsinin öz-özünə parçalanmasıdır. Radioaktiv nüvə tərəfindən şüalanan α-hissəciyi və γ-kvantlarının energetik spektri diskret, β-hissəciyində isə kəsiləndir.

Значение слова в других словарях