RAPSÓDİYA

[ yun. rhapsodia]
1. Qədim yunan səyyar xanəndələrinin (rapsodlarının) simli musiqi alətinin müşayiəti ilə ifa etdikləri epik nəğmələr.
2. Xalq mahnı və rəqsləri mövzusunda yazılmış instrumental və ya vokal instrumental əsər. Müslüm Maqomayev “Azərbaycan çöllərində” və “Ceyran” rapsodiyalarını, bir sıra marşlar bəstələmişdir.
RÁPORT
RASİON
OBASTAN VİKİ
Rapsodiya
Rapsodiya (yun. ῥαψῳδία - nəğmə qoşan ) — xalq mövzuları əsasında parafraz formasında qurulan virtuoz instrumental pyes. Qədim Yunanıstanda epik poemaları (dastan) nəğmə oxuyan musiqiçilərə rapsod deyirdilər. Qədim rapsodiyalardan biri Homer və "İliada", "Odisseya" antik rapsodiyalardan sayılır. XIX yüzillikdə macar bəstəkarı və pianoçusu Ferens List xalq mövzuları əsasında fortepiano üçün rapsodiyalar bəstələyir. List qaraçı xalq musiqisi əsasında yazılmış 19 "Macar rapsodiyaları", eləcə də "İspan rapsodiyası"nın müəllifidir. Listdən öncə fortepiano rapsodiyası janrına X. F. D. Şubart (1786), V. R. Qallenberq (1802), V. Y. Tomaşek (1813), V. Y. Vorjişek (1814) də müraciət etmişlər. Daha sonra orkestr rapsodiyaları janrı ortaya çıxır və inkişaf edir. Orkestr üçün rapsodiyaların müəllifləri Antonin Dvorjak, Aleksandr Qlazunov, Corce Enesku, Moris Ravel və b.; orkestr və solist alət üçün rapsodiyaların müəllifləri isə Yohans Brams (+ xor), Eduard Lalo, Sergey Raxmaninov, Sergey Lyapunov, Corc Gerşvin olmuşlar.

Значение слова в других словарях