REDÚKSİYA

[ lat. reducere – qaytarmaq, geri çəkmək]
1. xüs. Mürəkkəb haldan sadə hala keçmə, bir şeyin bu və ya başqa cəhətdən azalması, zəifləməsi.
2. biol. Bədən üzvünün öz funksiyasını itirməsi ilə əlaqədar olaraq ölməsi, həcmcə kiçilməsi, quruluşunun sadələşməsi. Gözün reduksiyası.
3. kim. Maddənin oksiddən təmizlənib bərpa olunması, oksiddən azad olması.
4. tex. Hər hansı bir kəmiyyətin azalması, kiçilməsi. Buxar təzyiqinin reduksiyası.
5. dilç. Müəyyən fonetik vəziyyətdə səsin zəifləməsi.
REDAKTORLUQ
REDÚKTOR
OBASTAN VİKİ
Oksidləşmə-reduksiya reaksiyaları
Oksidləşmə-reduksiya reaksiyaları (ing. Reduction-Oxidation; qısa adı:Redox və ya Redox reactions; mənası: Reduction - azaltma, Oxidation - yüksəltmə) — atomların oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara deyilir. Oksidləşdiricidə elektron alınır, reduksiyaedicidə elektron itirilir. Atomlarda oksidləşmə dərəcəsinin dəyişməsi elektronların bir atomdan digərinə keçməsi nəticəsində baş verir. Oksidləşmə vaxti elementin oksidləşmə dərəcəsi artır. Oksidləşmə və reduksiya prosesləri vahid bir prosesin iki hissəsidir. Yəni reduksiya olmadan oksidləşmə və ya tərsinə, oksidləşmə olmadan reduksiya gedə bilməz. Qarşılıqlı kimyəvi təsir zamanı elektron qəbul edən maddələr oksidləşdiricilər, əksinə, elektron verən maddələr isə reduksiyaedicilər adlanır. Beləliklə, oksidləşmə-reduksiya prosesində reduksiyaedicinin müəyyən sayda elektronu oksidləşdiriciyə keçir. Nəticədə, reduksiyaedici oksidləşir, oksidləşdirici isə reduksiya olunur.
Reduksiya (ortopedik cərrahiyyə)
Reduksiya — sınığı və ya çıxığı düzgün vəziyyətə qaytarmaq üçün cərrahi əməliyyat. "Reduksiya" termininin mənası hər hansı bir aradan qaldırma və ya kəmiyyət azalması demək deyil, əksinə bərpanı nəzərdə tutur: (re - "geri, başlanğıc vəziyyətə" + ducere – "aparıcı/gətirmək") — yəni "normal vəziyyətə gətirir”. Sümük sındıdan sonra qırıqlar yerdəyişmə nəticəsində hamarlığını itirir. Qırılan sümüyün heç bir deformasiya olmadan sağalması üçün sümük parçaları yenidən öz normal anatomik vəziyyətinə uyğunlaşdırılmalıdır. Ortopedik cərrahiyyə yerdəyişməni azaltmaqla sınıq sümüyün normal anatomiyasını yenidən yaratmağa çalışır. Reduksiya prosesi qısa müddət ərzində şiddətli ağrılı ola bildiyindən, adətən qısa təsirli anesteziya, sedativ və ya sinir bloku altında aparılır. Qiriq hissəcikləri quraşdırıldıqdan sonra, reduksiya, gipslərin tətbiqi, dartma və ya plitələr, vintlər və ya digər implantlar vasitəsilə saxlanılır, bu da öz növbəsində xarici və ya daxili ola bilər. Reduksiya "qapalı" və ya "açıq" cərrahiyyə üsullarla ola bilər: Qapalı reduksiya — sümük parçalarına cərrahi məruz qalmadan yığmaq. Açıq reduksiyada — sınıq hissəcikləri toxumaların parçalanması ilə cərrahi olaraq müəyyən edilir.

Значение слова в других словарях