RELYEF ƏMƏLƏ-GƏTİRİCİ PROSESLƏR

relyefi formalaşdıran , əmələ gətirən, proseslər. Endogen və ekzogen R. ə. p. ayrılır. Bunlar da öz növbəsində morfogenez amillər toplusunun təzahüründən ibarətdir. процессы рельефообразующие relief developing processing, relief building processing
RELYEF ƏMƏLƏ-GƏLMƏNİN SİKLLİYİ
RELYEF ƏMƏLƏ-GƏTİRİCİ TEKTONİK HƏRƏKƏTLƏR
OBASTAN VİKİ
Əmələ
Əmələ (fars. عمله قشقایی Əməle-yi Qaşqayi‎; bəzi mənbələrdə Cəfərbəyli) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri. Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
Relyef
Relyef (fr. Relief) — yer səthinin relyef formalarının cəminə deylir. Relyefin səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol formaları və s.) və formalarının (geomorfologiyasının) öyrənilməsinə əsaslanır. Relyefin torpaqəmələgətirən amil kimi öyrənilməsinə bir çox torpaqşünasların – V. V. Dokuçayev, N. M. Sibirtsev, Q. N. Vısotskiy, S. A. Zaxarov, S. S. Nestruyev, B. B. Polınov, V. R. Vilyams, İ. P. Gerasimov və başqalarının əsərləri həsr olunmuşdur. RELYEF- (rus. рельеф, ing. relief, topography) /lat.relevo, fr. relief- qaldırıram/- görünüşünə, ölçülərinə, mənşəyinə, yaşına və inkişaf tarixinə görə fərqlənən, yer səthinin nahamarlıqlarının /formalarının /məcmusu. R. yüksəklikləri əmələ gətirən müsbət və çökəkləri ifadə edən mənfi formalardan təşkil olunmuşdur. Miqyasına görə planetar, meqa, makro, mezo, mikro və nano formalara ayrılır.
Adiabat proseslər
Adiabatik proses (yun. adiabatos — bağlı) — havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Biogeokimyəvi proseslər
Biogeokimyəvi proseslər — canlı və cansız sistemlərin arasında əlaqəli proseslər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Ekzogen proseslər
Ekzogen proseslər — Yer səthində və litosferin üst hissəsində günəş enerjisi, ağırlıq qüvvəsi və orqanizmlərin fəaliyyəti nəticəsində yaranan qüvvələrin təsiri ilə gedən proseslərdir. Ekzogen proseslərə süxurların aşınması, aşınma məhsullarının ağırlıq qüvvəsi, axar su, buzlaq və küləyin fəaliyyəti ilə yerdəyişməsi, çökmə süxurların və bəzi faydalı qazıntı yataqlarının əmələ gəlməsi daxildir. Azərbaycanda duz, maqnitli qum yataqları bu yolla əmələ gəlmişdir.
Endogen proseslər
Endogen proseslər "Hipogen" proseslər olaraq da bilinən, daxili mənşəli proseslərdir. Başqa sözlə, bunlar yer qabığından əmələ gələn və buna görə də endogen adlandırılan proseslərdir. Bu proseslər planet daxilində baş verir və Yerə xas olan və xarici təsirlərdən az təsirlənən qüvvələr tərəfindən idarə olunur. Bu proseslər zəlzələ, qitələrin, okean vadilərinin və dağ zirvələrinin yüksəlməsi və inkişafı, vulkanik aktivliyin yaranması, əvvəlcədən mövcud olan süxurların metamorfizmi, yer qabığının deformasiyası və yer dəyişdirməsi kimi hadisələrə və daha çoxuna səbəb olur. Bu proseslərin yaratdığı geomorfik xüsusiyyətlər ekzogen proseslərin işləmə mərhələsini təmin edir. Mənşəyini endogen bir prosesə borclu olan bütün xüsusiyyətlər ekzogen proseslər tərəfindən daim dəyişdirilir. Endogen proseslərə əsasən qabığın istilik enerjisi səbəb olur. Bu istilik enerjisi radioaktiv elementlərin çürüməsindən və cazibə fərqliliyindən qaynaqlanır. Ən vacib endogen proseslərdən bəziləri bunlardır: Dalğaların hərəkətindən qaynaqlanan və yerin səth təbəqələrindən ötürülən, zəif bir titrəmədən binaları silkələməyə və yerdəki çatlar yaratmağa qadir olan vəhşi bir hərəkətə qədər ötürülən bir enerji növüdür. Yer qabığının tektonik hərəkəti müxtəlif formalara malikdir və böyük mürəkkəbliyi ilə xarakterizə olunur.
Flüvioqlyasial proseslər
Geoloji proseslər
Geoloji proseslər — Yerin daxilində və yer qabığında strukturların, yer səthi relyefin dəyişilməsinə, süxurların və mineralların parçalanmasına, onların əmələ gəlməsinə, yatım şəraitinin dəyişilməsinə səbəb olan proseslər.
Termodinamik proseslər
Termodinamik proseslər və ya istilik prosesləri — termodinamik sistemin makroskopik vəziyyətinin dəyişməsinə deyilir. Termodinamik proseslər Termodinamik sistemdə işçi maddənin vəziyyətinin dəyişmə ardıcıllığıdır, həm tarazlıq halında olur, həm də tarazlıq olmayan vəziyyətdə olur. Bu proseslərdən mühərriklərin hərəkətə gətirilməsində, soyuducu kimi texnikaların yaradılmasında, meteorologiya və s. sahələrdə istifadə edilir.
Yerüstü proseslər
Yerüstü proseslər (rus. процессы наземные, ing. surface processes) — subakval proseslər məfhumunun əksi olub, Yer üstündə baş verən proseslərdir.
Qırov əmələ gəlməsi
Akkumlyativ relyef
Akkumulyativ relyef
Eol relyef
Hols relyef
Hols relyef (rus. гольцовый рельеф, ing. goletic relief) — mülayim-soyuq, subarktik və arktik iqlimə malik dağlıq relyef. H.r. qar xəttindən yuxarıda ərazinin soliflüksiya və şaxta aşınmasına məruz qalması ilə əlaqədar formalaşır və zirvələrin yastı olması ilə səciyyələnir.
Kuest relyef
Kuest relyef (rus. куэстовый рельеф, ing.
Ortadağlıq relyef
Ortadağlıq relyef (rus. среднегорный рельеф, ing. middle mountains) — yüksəklik qurşağı aydın seçilən, elüvi və aşınma qabığının geniş yayıldığı, bəzən düzəlmə səth­lərinin qalıqları saxlanılan, zir­və hissəsi oval formada olan dağlıq relyef. Heç vaxt qar xəttin­dən yuxarı qalxmaması və ya denuda­siyanın təsiri altında alçal­ması ilə əlaqədar olaraq buzlaşma izləri olmur. Coğrafi enlikdən və iqlim­dən asılı olaraq mütləq hündürlüyü dəyişir. Məs: Cənubi Ural, Karpat və s.
Palimpsest relyef
Palimpsest relyef (rus. палимпсестовый рельеф, ing. palimpsest relief) — palimpsest – qədim pozulmuş yazısı görünən perqamentlər – ekzogen proseslər vasitəsilə preparatlaşma zamanı əvvəllər basdırılmış struktur – petroloji xüsusiyyətləri aşkar edilən qədim relikt, qazılıb çıxarılmış və irsi relyef formalarını ifadə etmək üçün işlədilən, termin.
Qobulu relyef
Qobulu relyef (rus. балочный рельеф, ing. balka-relief) — yastı, dalğalı relyefi və sıx qobu şəbəkəsi ilə səciyyələnir. Meyilliyi suayrıcı sahəsində 1–1,50, yamacların yuxarı hissəsində 3–40, yamacların orta hissəsində 7–80-dən çoxdur.
Relikt relyef
Relikt relyef (rus. реликтовый рельеф, ing. relief landforms, past forms) — keçmiş geoloji dövrlərdə, başqa şəraitdə əmələ gəlmiş, relyef formaları. Məs: Şərqi- Avropa düzənliyində buzlaq relyef formaları.
Relyef tipi
Relyef tipi (rus. тип рельефа, ing. relief type, type of relief) — yer səthinin müəyyən sahəsində oxşar görünüşə, quruluşa, mənşəyə malik və qanunauyğun təkrarlanan relyef formalarının məcmu. Məs: təpəli-moren relyefi, dərə-qobu relyefi və s.
Relyef xəritələri
Relyef xəritələri (rus. карты рельефа, ing. maps of relief) — qurunun, dəniz dibinin və ya başqa fəza cismləri səthinin relyefini əks etdirir. Hipsometrik, batimetrik, geomorfoloji, morfometrik, fizioqrafik xəritələrə, eləcə də relyefin parçalanması və yer səthinin eroziyadan, deflyasiyadan və b. mənfi təbii və texnogen amillərdən mühafizə tədbirləri və s. xəritələrə ayırırlar.
Tombolo (relyef)
Tombolo— materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəxə deyilir. Zəifləmiş dalğanın təsiri ilə qumun bir yerə toplanması nəticəsində meydana gəlir. İlk əvvəllər dalğalar dayazlıq əmələ gətirsə də sonradan ada sahilə birləşir. Bəzən bir adanı iki tombolo sahilə birləşdirir. İki tombolo arasında laqun əmələ gəlir. Bar (relyef) Geology.
Zirehlənmiş relyef
Zirehlənmiş relyef (rus. бронированный рельеф, ing. armoured landforms) — uzun müddət aşınma və digər denudasiya amillərinə məruz qalan, altında yatan və aşınma proseslərinə qarşı davamsız süxurları aşınmadan qoruyan bərk süxur laylarının cilalanmış səthinə uyğun gələn, yayla, plato, ada şəkilli yüksəkliklər və zirvələr. Zirehlənmiş relyef bəzən inversiya nəticəsində yaranır sinklinal dağ silsilələri və s.
Çalalı relyef