REYHANƏ

xoş iyli, yeyilən birillik göyərti; reyhan dəstəsi.
REYHANAT
RƏBİƏ
OBASTAN VİKİ
Reyhanə Cabbari
Reyhanə Cabbari (5 noyabr 1987, Tehran – 25 oktyabr 2014, Qohardaşt həbsxanası[d]) — törətdiyi ölüm hadisəsinə görə dar ağacından asılmış İran qadını. Reyhanə məhkəmədə bildirirdi ki, öldürülən ona hücum edib və o özünü qoruyurdu. Vəkillərin səyinə, beynəlxalq ictimaiyyətin ciddi etirazına və hətta prokurorluğun dəstəyinə baxmayaraq R. Cabbari hökümdən 7 il sonra asıldı.. == Reyhanə Cabbarinin son məktubu == Edam edilən Reyhanə Cabbari ölməmişdən qabaq anasına yazdığı məktub yayımlandı. R. Cabbarinin anasına son məktubunda deyilir: "Sevgili Şölə! Bu gün öyrəndim ki, qisasla tanış olmaq növbəsi mənim imiş. Həyat kitabımın son səhifəsinə gəldiyimi səndən öyrənmədiyim üçün küsgünəm. Bilməyimi lazım görmədin? Nə qədər üzgün olduğumu bilirsən. Niyə sənin və atamın əlini öpmək imkanı vermədin mənə?
Reyhanə binti Zeyd
Reyhanə binti Zeyd (ərəb. ريحانة بنت زيد‎; güm. 590-cı illər, Hicaz – 631, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) həyat yoldaşlarından biri. O, yəhudi əsilli ərəb qadın idi. Şimali Ərəbistan yarımadasında yaşayan Bənu Qureyzadan olan gənc qadın olmuşdur. Tam adı:Reyhanə binti Şəmun ibn Yezid və ya Reyhanə binti Zeyd ibn Amr ibn Hənəfe bin Şəmun bin Yezid. Dəqiq doğum tarixi məlum deyildir. == Bioqrafiyası == Reyhanə binti Zeyd yəhudi Qureyza qəbiləsindən idi. Onun birinci əri Bənu Qureyzadan olan Həkəm adlı birisi idi. O, Bənu-Qureyza döyüşündən sonra edam edilən ərinin ardından əsir düşmüş, sonra isə İslamı qəbul etmişdir, lakin onun müsəlman olması çox güman ki, məcburiyyətdən irəli gəlir.

Значение слова в других словарях