Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AV» – 34
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 

AVA

I (Hamamlı) ipdən toxunan gödək geyim. – Nənəm maηa ava toxuyur II (Çənbərək) bax aba I

AVAD

(Göyçay) quru kol-kos

AVADANNIĞ

(Kürdəmir) məhsuldar yer. – Nar kolpalarının yeri avadannığdı deyni, biyil yaxşı boy atıblar

AVA-QAVA

(Mingəçevir, Şəki) forma, görünüş

AVAL

I (Qax) məhəllə II (Göyçay, Qazax) əngəl, bəla, çətinlik. – Bu comuş aval oldu bizə, ot yemer; – Ə, sən də maηa aval olduη (Qazax); – Tülkü toyuxlara aval olub (Göyçay) ◊ Avala tüşməx’ (Qazax) – çətinliyə düşmək. – İşim avala tüşüf

AVAR

(Bakı, Gədəbəy, Salyan, Zəngilan) 1. qamış növü adı (Salyan) 2. quru ot, küləş, çırpı (Bakı, Gədəbəy, Zəngilan). – Bir əz avar yığın, alav qoyax (Zəngilan); – Adə, birez avar kötginən, təndiri otdiyeg (Bakı); – Ay İrva:m, avar yığgınan pərdiyə; – Ə:, arvat, avarsız da torpaxlanarmı pərdi? (Gədəbəy)

AVARÇI

(İmişli) avara. – Sə:n oğlun yap avaraçı uşağdı

AVARAKAR

(Ordubad) işsiz. – Həsən, niyə avarakar gəzirsən?

AVARAQULİ

(Bakı) boş-boş gəzən, işsiz. – Əlpaşa avaraqulinin biridü

AVAZIMAĞ

(Bakı, Kürdəmir, Şamaxı) rəngi qaçmaq, solmaq, soluxmaq

AVAZIMAX

I (Gədəbəy, Gəncə, Qazax) bax avazımağ. – Bir bax, gör irəngi nejə avazıyıfdı (Gəncə) II (Çənbərək) taxılın biçin vaxtını keçirmək

AVC

avc eləməx’: (Meğri) inkişaf etmək. – Yeri peyinniy olduğunna soğan yaxşı avc eliyir

AVDAL

(Gəncə, Şəki, Şəmkir) axmaq, sərsəri. – Avdalın biridi, u:n sözünə inamma (Şəki); – Özünü itirif, laf avdal kökünə düşüf (Şəmkir)

AVDALQAJI

(İmişli) başdansovdu. – Avdalqajı işin xeyiri olmaz adama

AVECƏ

avecə olmax: (Meğri) qoşqu heyvanlarını növbə ilə işlətmək. – Avdıllaynan mən, Şəxsıvarınan da sən avecə ollux

AVXARRAMAX

(Cəbrayıl) itiləmək. – Usda baltamızı yaxşı avxarrıyıb

AVIC

(Böyük Qarakilsə) 400 qramlıq ölçü qabı

AVIR

(Gədəbəy) məc. geyim, paltar. – Bi:l qoyune:dənnən avır qalme:f məndə; – Avrımız da olmadı, mərəkə: çıxax irəli əyamlar

AVIRFMALI

(Kəlbəcər) içli. – Avırfmalı kömbə bişirdik

AVIRIX

(Cəbrayıl) əmanət. – Tərəkəmələr çubuğu avırıx verillər