ODLANMAQ

qayıd.
1. Yandırılmaq, yanğın törədilmək. Evi odlanan mən, əli kösövlü sən. ( Ata. sözü ).
// Od düşüb yanmaq, alışmaq, alışıb-yanmaq.
[Yaqut] yanan canının ağrısını əks etdirən dəhşətli bir səslə: – Burax məni, Yunus, … burax, sən də odlanacaqsan! – deyə qışqırıb qucağımda çırpınırdı. Ə.Məmmədxanlı.

2. Odlu silahla öldürülmək, ya yaralanmaq.
Uça bilmirdilər, odlanırdılar; Şama dəyib yanan pərvanə kimi. M.Rahim.

3. məc. Bərk hirslənmək, əsəbiləşmək. Özündən çıxmaq.
[Ruhnəvaz] Qurbanlıya qarşı göstərdiyi laqeydliyi və etinasızlığı xatırlayıb odlandı. Çəmənzəminli.

Синонимы

  • ODLANMAQ odlanmaq bax alışmaq I
  • ODLANMAQ yanmaq — alışmaq
  • ODLANMAQ həyəcanlanmaq — qızışmaq
ODLANMA
ODLU

Значение слова в других словарях

жа́ждущий иск и́ссиня- ма́моньки ми́рра не по-де́тски ославя́ниваться отжига́льщица перебо́рщица петуши́шка по-земно́му смалоду́шествовать тёмная ука́чиваться межправи́тельственный подня́ть пря́житься раска́тывание Châtillon thruster valency voice part клекотать прививка сеноворошилка