OVMAQ₁

f.
1. Ovulmuş hala salmaq, narın etmək, narınlaşdırmaq. Maxorkanı ovmaq.
– Xalıqverdi kişi köhnə məndulə kisədən tənbəki çıxarıb ovcunda ovdu. Ə.Vəliyev.

2. Yuyub qazımaq (dağıtmaq), yuyub aparmaq, deşmək.
Yarğan yarar sinəsini dağların; Sular ovar binəsini dağların. R.Rza.
On-on beş metr uzunluğunda güclü su şırnağı … dağı ovub dağıdırdı. Ə.Sadıq.

3. Dəlmək, qazımaq.
Dağların içini ovaraq bu tuneli açmışlar. M.İbrahimov.

// Bıçaq və b. ucuiti şeylə pozmaq, silmək, pozub görünməz etmək.
O sənin yazdığını; Ovub tökdü bıçaqla. Z.Xəlil.

4. məc. Əzişdirmək, əzmək, əziyyət vermək.
Həyat [Səriyyə və uşaqlarını] şüursuz və iradəsiz bir cisim kimi öz təkərinin altına alıb əzməyə, ovmağa başladı. M.İbrahimov.

Синонимы

  • OVMAQ I OVMAQ, NARINLAŞDIRMAQ II ovmaq bax ovuşdurmaq
  • OVMAQ doğramaq — narınlamaq — xırdalamaq
  • OVMAQ sürtmək — ovxalamaq

Омонимы

  • OVMAQ OVMAQ I f. Sürtmək, ovxalamaq. Gözlərini ovuşdurub, təzədən Güləbətinə baxdı (M.İbrahimov). OVMAQ II f
OVMAQ₂
OVSAF

Значение слова в других словарях

аррога́нтный занебе́сный запуши́ться надпоро́ться опо́ечный стратаге́ма трубоукла́дчик грунтова́ние копиро́вочный напасть на мысль попада́ться расска́з сертифика́ция экстреми́стка озорной borborygmus dentoid ledger master-builder oligarch басмач бивуак импульсивный кларнет прозаический