Tanrı öldü
" Tanrı öldü " ( Almanca : Gott ist tot</img> Gott ist tot ) Fridrix Nitsşe, Tanrı öldü! ifadəsini ilk dəfə "Şən Elm" əsərində istifadə etmişdir. Nitsşe Şən Elm kitabında bunları demişdir:
Tanrı öldü.Tanrıdan geriyə yalnız bir ölü qalıb.Və biz onu biz öldürdük.Özümüzü necə təsəlli edək, biz qatillərin, qatilləri?Dünyanın indiyədək sahib olduğu şeylərdən ən müqəddəs və ən qüdrətli nə idi ki, bıçaqlarımız altında qanımız axdı: bu qanı bizdən kim siləcək?Özümüzü təmizləyə biləcək hansı su var?Hansı kəffarə bayramlarını, hansı müqəddəs oyunları icad etməli olacağıq?Bizim üçün çox böyük deyilmi, bu əməlin izzəti?Ona layiq olmaq üçün biz də tanrı olmamalıyıqmı?
Nitsşe bu kəlamdan "Zərdüşt belə deyirdi" əsərində də istifadə etmişdir. Nitsşe, bunu nihilizm əsrinə giriş olaraq göstərmiş və Tanrını öldürənin məhz biz olduğumuzu demişdir.
"İndi hara gedirik? Bütün günəşlərdən uzağamı? Dayanmadan yıxılmırıqmı? Önə, arxaya, sağa, sola, hər yerə yıxılmırıqmı? Hələ də yüksəklik və alçaqlıq qavramları mövcuddurmu?