RUHLU

sif. Ruhu (2-ci mənada) olan, həvəsli, gözəl bir şeydən ruhlanan, təsirlənən, vəcdə gələn, şövqlənən. Çox ruhlu adamdır.

Синонимы

  • RUHLU canlı
  • RUHLU həvəsli — zövqlü
RUHLANMAQ
RUHNƏVAZ
OBASTAN VİKİ
Ruhlu ev
Paranormal hadisələrlə dolu ev (ing. Haunted House) və ya Ruhlu ev (ing. Ghost House) — adətən içərisində keçmiş sakinlərinin bədənlərini tərk edən ruhların yaşadığı sezilən yaşayış evi. Parapsixoloqlar ruhları adətən qətl, təsadüfi ölüm və ya intihar kimi faciəvi hadisələrdən əziyyət çəkmiş sakinlərlə əlaqələndirir. Əksər hallarda, elmi istintaq nəticəsində fövqəltəbii və ya paranormal adlandırılan hadisələrin arxalarında yalanlar, ekoloji təsirlər, hallusinasiyalar və qərəzli yanaşmalar kimi başqa şeylərin dayandığı aşkar olunur. Böyük, köhnə və tərk edilmiş evlər, o cümlədən qalalar içərisində baş verən paranormal hadisələrlə bilinir. Baş verdiyi iddia edilən hadisələrə cırıldama səsləri, tərpənməz əşyaların hərəkəti və ruhların görünməsi aiddir. 2005-ci ildə üç ölkədə – ABŞ, Kanada və Böyük Britaniyada keçirilən sorğuya əsasən, insanlar siyahıda qeyd olunan digər paranormal hadisələr əvəzinə, ruhlu evlərə inanır. "Haunted Houses: The Film Genre That Won't Die". CNN. "Hong Kong's Hot Market in "Haunted" Houses".

Значение слова в других словарях