RUZ

\[fars.\] сущ. югъ, йикъан экуь пай; // ruzi-əzəl клас. эвел, лап сифте кьил; ruzi-əzəldən клас. сад лагьай йикъалай, лап эвелдай, лап сифтедай; ruzi-məhşər (həşr) дин. къияматдин югъ; ruzü şəb йиф-югъ.
RU(Y)
RUZİ
OBASTAN VİKİ
Kristin Ruz
Kristin Sui Ruz (31 yanvar 1951, Linvud[d], Kaliforniya) — ABŞ-lı akrisa. NBC telekanalında efirə gedən "Qəhrəmanlar" serialında Ancel Petrelli rolu ilə tanınır. == Həyatı == Kristin Ruz Linvudda (Kaliforniya) anadan olmuşdur. Ali təhsilini Stanford Universitetində almışdır. == Karyera == Kristin Ruz karyerasına 1990-cı ildə "Ferris Bueller" adlı serialla başlamışdır.
Edit Ruzvelt
Edit Ruzvelt (ing. Edith Kermit Carow Roosevelt; 6 avqust 1861[…], Nyu-York, Nyu-York ştatı – 30 sentyabr 1948[…], Oyster-Bey[d]) - ABŞ Prezidenti Teodor Ruzveltin həyat yoldaşı.
Eleanora Ruzvelt
Anna Eleanora Ruzvelt (ing. Anna Eleanor Roosevelt; 11 oktyabr 1884[…], Manhetten, Nyu-York ştatı – 7 noyabr 1962[…]) - ABŞ-nin prezidenti Franklin Delano Ruzveltin həyat yoldaşıdır. Teodor Ruzvelt onun dayısıdır. Uşaqlıq vaxtında anasını və atasını titrmişdir. Anası difteriya xəstəliyindən, atası isə içki səbəbindən vəfat etmişdir. Onu nənəsi böyütmüşdür. 4 mart 1933-cü il və 12 aprel 1944-cü illər ABŞ-nin ilk ledisi seçilir.
Franklin Delano Ruzvelt
Franklin Delano Ruzvelt (ing. Franklin Delano Roosevelt; 30 yanvar 1882[…] – 12 aprel 1945[…]) — Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti (1933–1945). == Həyatı == Franklin Ruzvelt 1882-ci ildə varlı bir ailədə anadan olmuş, mənşə etibarilə holland idi. O, Teodor Ruzveltlə əminəvəsi idi. Franklin Ruzvelt əvvəlcə Harvard universitetini, sonra isə Kolumbiya Universitetinin hüquq fakültəsini bitirmişdi. 1913–1920-ci illərdə o, Hərbi Dəniz Nazirinin köməkçisi vəzifəsində işləmişdi. 1921-ci ildə polimelit xəstəliyinə tutulmuş və ömrünün sonunadək ayaqları iflic vəziyyətində qalmışdı. Möhkəm iradəsi və anasının mənəvi dayaq olması Ruzveltin siyasi fəaliyyətlə yenidən məşğul olmasına imkan yaratdı. 1928–1930-cu illərdə o, Nyu-York ştatının qubernatoru seçildi. 1932-ci ildə isə ABŞ-nin 32-ci prezidenti oldu.
Franklin Ruzvelt

Franklin Teodor Ruzvelt
Teodor Ruzvelt (ing. Theodore Roosevelt; 27 oktyabr 1858[…], Manhetten, Nyu-York ştatı – 6 yanvar 1919[…]) — Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti (1901–1909). 1906-cı il Nobel Sülh Mükafatı laureatı. ABŞ-nin 32-ci prezidenti Franklin Delano Ruzveltin uzaq qohumu olmaqla yanaşı, həm də onun qardaşı qızı Franklin Ruzveltin həyat yoldaşı olmuşdur. Böyük dəyənək siyasəti onun adı ilə bağlıdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == 1912-ci il seçkiləri == 1912-ci il prezident seçkilərində Respublikaçılar partiyasından namizədliyini irəli sürmək istəmiş, lakin partiyadaxili ilkin seçkilərdə qalib gəlsə də, partiyanın qurultayında onun yerinə həmin vaxt prezident vəzifəsini tutan Uilyam Taft namizəd seçilmişdir. Bundan qəzəblənən Teodor Ruzvelt 300-dən artıq tərəfdarı ilə Respublikaçılar partiyasından ayrılaraq Proqressiv partiyanı yaratmış və bu partiyadan prezidentliyə namizəd olmuşdur. Seçkilərdə Uilyam Taftı geridə qoysa da, demokratların namizədi Vudro Vilsona böyük fərqlə məğlub olmuşdur. == Ruzveltin ekspansionist siyasəti == O, konqress üçün əsaslı surətdə ilk müraciətnaməsini hazırladı.
Fəzlullah ibn Ruzbehan Xunci
Əbülxeyr Fəzullah ibn Ruzbehan əl–Xunci əl–İsfahani əl–Əmini (1457–1521) — tarixçi. == Həyatı == Xacə Mövlana-yi İsfahani kimi tanınan Əbülxeyr Fəzullah ibn Ruzbehan 1457-ci ildə İsfahanın Xunəc qəsəbəsində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Fəzullah Xunci 13 aprel 1521-ci ildə Buxara şəhərində vəfat etmişdir. == Əsərləri == Tarixi-aləm arayi-Əmini Mehmannameyi-Buxara. İsfahan farsı olan Fəzlullah ibn Ruzbihan Hunəcinin Səfəvilərə olan tükənməz nifrətini sübut edən sənədi Osmanlı dövlət yazışmasında saxlanıb:Bunlardan, "qeyri-vətənpərvər farsın(söhbət Rüzbihan Huncidən gedir)" sultan Səlimə ithafən yazdığı, onun İsmail Səfəvi üzərində qələbəsini alqışlayan iki poema aşkar olunub. Poemaları aşkar edən Əhsən ət-Təvarixin müəllifi Feridun bəy Fəzlullah İbn Rüzbihanı Xoca İsfahani adlandırır. Fars poemasında 28 beyt var və müəllif Osmanlı sultanının üzərinə hər cür xeyir dua diləyir, və onu Qızıl börklilər üzərində qələbəsini alqışlayaraq, İsmailın başını kəsərək, İskəndər Zülgərnəyn kimi İranı Ruma birləşdirməsini diləyir. == Mənbə == Б.А. Ахмедов. Государство кочевых узбеков.
Ruza
Ruza — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Ruzanna Məmmədova
Ruzanna Səxavət qızı Məmmədova (22 iyun 2006; Masallı rayonu, Azərbaycan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Ruzanna Məmmədova 2022-ci ildə gənclər arasında Avropa və Dünya Çempionatlarının qalibi olub. == Həyatı == Ruzanna Məmmədova 2006-cı il iyunun 22-də Masallı rayonunda anadan olub. 2012-ci ildən Suraxanı rayonunda Ə. Məmmədov adına 76 nömrəli tam orta məjtəbdə təhsil alır. 2012-ci ilin may ayında "Şağan" OİK-da sərbəst güləşlə məşğul olmağa başladı. "Neftçi" İdman Klubunun üzvüdür. == Karyerası == Ruzanna Məmmədova birinci uğuruna 2013-cü ildə Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr arasında güləş turnirində qızıl medal qazanmaqla imza atdı. Ümumi olaraq 15 dəfə yeniyetmələr arasında müxtəlif turnirlərin qalibi olan Ruzanna Məmmədova, 2020-ci ildən güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. === 2021-ci il: Beynəlxalq turnirlərdə debüt === Ruzanna Məmmədova beynəlxalq səviyyədə birinci turnirinə 2021-ci ilin iyununda Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatı çərçivəsində qatıldı. 1/8 final mərhələsində Sloveniya nümayəndəsi Andrea Zenuçovanı 28 saniyə ərzində məğlub edən Ruzanna Məmmədova, 1/4 final mərhələsində İsveçrə təmsilçisi Svenja Jungo ilə üz-üzə gəldi.
Ruzi
Ruzi Nəzər
Ruzi (Vərziqan)
Ruzi (fars. روزي‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 733 nəfər yaşayır (162 ailə).
Ruzi Musayev
Musayev Ruzi Əbdürəhman oğlu — texnika elmləri doktoru == Həyatı == Musayev Ruzi Əbdürəhman oğlu 1933-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1955-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra "Bibiheybət" NQÇİ-də operator, usta köməkçisi, usta və Dövlət şəhər texniki nəzarət idarəsində mühəndis-inspektor (müfəttiş) işləmişdir. 1961-ci ildən Azərbaycan EADNQYPİ-da mühəndis, kiçik elmi işçi, böyük elmi işçi işləmişdir. 1961-ci ildə bu institutun aspirantı olmuşdur. 1992–2015-ci illərdə Azərbaycan MEA Geologiya və Geofizika İnstitutunda "Layın fiziki kimyası" laboratoriyasının rəhbəri olmuşdur. 1965-ci ildə "Neftdə həll olunan səthi-aktiv maddələr, onların adsorbsiyası və quyudibi zonanın emalı üçün tətbiqi şəraitləri (Abşeron yarımadasının yataqları timsalında)" mövzusunda namizədlik, 1991-ci ildə isə "Neft hasilatının intensivləşdirilməsi üçün neft emalı və neftkimya məhsullarının tətbiqinin fiziki əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. == Elmi fəaliyyəti == Musayev R. Ə. neft və qaz quyularının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: laylarda baş verən səthi-molekulyar, kapilyar proseslər; neftin su ilə sıxışdırılması mexanizmi; layların neftverimi; SFM, qələvilərin, turşuların, aralıq neft emalı və neft kimyası maddələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin, məhsuldar qatda və quyudibi zonada fiziki və fiziki-kimyəvi üsulların təsiri altında baş verən mikroproseslərin öyrənilməsi; kimyəvi məhsulların əsasında sinergetik səmərəsi olan kompozisiyaların axtarışı; neft hasilatını intensivləşdirilməsinin yeni texnologiyalarının işlənilməsi; hasilat və suvurucu quyuların məhsuldarlığının artırılması; müəllif nəzarəti və texnologiyaların tətbiqi barədə alınmış barədə alınmış materialların təhlili; məhsuldar qatın (layın) ekologiyası. Musayev R. Ə. 140-dan artıq elmi məqalənin, 8 təlimatın (instruksiyanın) müəllifidir.
Ruzi Nazar
Ruzi Nəzər (1917-2015), Türkistan əsilli ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsi agenti. Həyatının böyük qismini Mərkəzi Kəşfiyyat İdarəsi agenti olaraq SSRİ-yə qarşı mübarizəyə həsr etmişdir. Rus inqilabı dövründə Sovet Orta Asiyasında dünyaya gəlmişdir. Həyatının çoxu doğulduğu yerlərdən uzaqda keçmişdir. II Dünya Müharibəsi dövründə Almaniyada, sonradan da ABŞ və Türkiyədə yaşadı. 1950-ci illərin əvvəlindən etibarən MKİ işçisi olaraq işlədi. İş müddətinin 11 ili ABŞ-nin Ankaradakı səfirliyindı, sonrakı 10 ili də Bonnda keçmişdir. 1979-cu ildə Tehranda, 1980-ci illərin əvvəlində Əfqanıstanda ABŞ adına gizli tapşırıqlarda olmuşdur. == Uşaqlıq və gəncliyi == 1917-ci ildə sonralar Özbəkistan sərhədləri daxilində qalacaq Fərqanə vadisində olan Mərğilan şəhərində dünyaya gəldi. Nəzərın atası Cəmşid Umirzaoğlu yüz illərdir Mərğilanda ipək ticarəti ilə məşğul olan bir ailədən idi.

Ruzi İbrahimov
Ruzi Əliağa oğlu İbrahimov (23 fevral 1983, Yengicə, İliç rayonu – 7 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruzi İbrahimov 1983-cü il fevralın 23-də Şərur rayonunun Yengicə kəndində anadan olub. 1989-2000-ci illərdə Yengicə kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ruzi İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruzi İbrahimov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruzi İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruzi İbrahimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruzi İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruzi İbrahimov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruzigar Qasımov
Ruzigar Qasımov (tam adı: Ruzigar İmran oğlu Qasımov; d. 31 dekabr 1956, Gəncə, Azərbaycan SSR, SSRİ – ö. Gəncə, Azərbaycan SSR, SSRİ) — "20 Yanvar" şəhidi, müxbir. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülmüşdür. == Bioqrafiya == Ruzigar Qasımov 31 dekabr 1956-cı il tarixində Gəncədə anadan olmuşdur. Gəncə gil-torpaq kombinatında çıxan «Əməkçi» çoxtirajlı qəzetində müxbir işləmişdir. === Şəhid olması === Ruzigar 19 dekabr 1989-ci il tarixində 12 nəfərlə birlikdə Nüvədiyə yola düşmüşdü. 11 yanvar 1990-cı il tarixində Nüvədidən Gəncəyə qayıtmışdılar. Həmin gün axşam saat 10-da Ruzigarın dostu Bəxtiyar Çaykənddən Gəncəyə gəlmişdir. Xəbər verib ki, orada vəziyyət pisdir, dinc əhalini erməni quldurlarından qorumaq lazımdır.
Ruzvelt
Franklin Delano Ruzvelt (ing. Franklin Delano Roosevelt; 30 yanvar 1882[…] – 12 aprel 1945[…]) — Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti (1933–1945). == Həyatı == Franklin Ruzvelt 1882-ci ildə varlı bir ailədə anadan olmuş, mənşə etibarilə holland idi. O, Teodor Ruzveltlə əminəvəsi idi. Franklin Ruzvelt əvvəlcə Harvard universitetini, sonra isə Kolumbiya Universitetinin hüquq fakültəsini bitirmişdi. 1913–1920-ci illərdə o, Hərbi Dəniz Nazirinin köməkçisi vəzifəsində işləmişdi. 1921-ci ildə polimelit xəstəliyinə tutulmuş və ömrünün sonunadək ayaqları iflic vəziyyətində qalmışdı. Möhkəm iradəsi və anasının mənəvi dayaq olması Ruzveltin siyasi fəaliyyətlə yenidən məşğul olmasına imkan yaratdı. 1928–1930-cu illərdə o, Nyu-York ştatının qubernatoru seçildi. 1932-ci ildə isə ABŞ-nin 32-ci prezidenti oldu.
Ruzvelt Skerrit
Ruzvelt Skerrit (ing. Roosevelt Skerrit; 8 iyun 1972, Rozo) — 2004-cü ildən Dominikanın Baş naziri olan dominikalı bir siyasətçi, eyni zamanda 2000-ci ildən Vyey-Kas seçki dairəsi üzrə millət vəkili. == Baş nazir fəaliyyəti == Ən yaxın ailəsi və dostları tərəfindən "Ruzi" olaraq da bilinən Ruzvelt Skerrit 2004-cü ilin yanvarında Pyer Şarlın ölümündən sonra Baş nazir oldu. Pyer Şarlın Baş nazirliyi dövründə Skerrit Vyey-Kas seçki dairəsi üzrə millət vəkili idi. 2000-ci ilin fevralında seçildiyindən bəri tutduğu vəzifədə çalışdı. Baş nazir olmaqla yanaşı, 2004-cü ildən Maliyyə Naziri, Təhsil, İdman və Gənclik İşləri Naziri, Xarici İşlər Naziri vəzifələrində çalışdı. Dominika İşçi Partiyasının lideridir. Skerrit vəzifəyə gəldikdən sonra Konqo Demokratik Respublikasının Baş naziri Cozef Kabilanı geridə qoyaraq dünyanın ən gənc hökumət başçısı oldu. Partiyasının 2005-ci ilin may seçkilərindəki qələbəsi ilə 1970-ci illərdə dünyaya gələn ilk demokratik yolla seçilən lider oldu. 2010-cu ilin dekabr ayından etibarən Qərb yarımkürəsində ən gənc hökumət başçısı olaraq qaldı və yalnız madaqaskarlı Andri Radzuelina və monteneqrolu İqor Lukşiç tərəfindən keçirərək dünyanın ən gənc üçüncü hökumət başçısı oldu.
Ruzvelt adası (Antarktida)
Ruzvelt adası (ing. Roosevelt Island) — Cənub okeanında yerləşən ada. Ada Antarktida haqqında konvensiya əsasən heç bir dövlətə mənsub olmasada Ross ərazisi adlı böləsinin nəzarətindədir. Bu əraziyə isə Yeni Zelandiya iddia edir. == Coğrafiyası == Ruzvelt adası hal hazırda hər tərəfdən su ilə örtülü bir məkan deyildir. Belə ki, il boyu onun ərazisi Ross buzlağı daxilindədir. Üstəlik ada kifayət qədər qalınlığa malik buzlaq qatı ilə örtülüdür. == Tarixi == İlk dəfə Ruzvelt adasını 1929-cı ilin noyabrında geoloq Lourens Huldun rəhbərlik etdiyi dəstə tərəfindən aşkarlanır. Onlar Kraliça Mod Torpağı ərazisini (oranı ilk dəfə Roald Amundsen aşkalayıb) tətqiq etmək istərkən Ross buzlağı daxilində hündür geniş ərazi aşkarlamışdırlar. Ada rəsmi olaraq 1934-ci ildə ABŞ kontr-admiralı Riçard Berd yüksəkliyin müstəqil ada olduğunu aşkarlayır.
Ruzə İbişova
Ruzə İbişova (d. 10 mart 1967, Ağdaş rayonu, Ləki) — Azərbaycanlı xanəndə; Azərbaycan Respublikasının Əməkdar Artisti (2013). == Həyatı == İbişova Ruzə Məhərrəm qızı 10 mart 1967-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur. == Təhsili == 1984-cü ildə Ağdaş rayonunda keçirilən yeniyetmələrin Respublika baxış müsabiqəsində qatılaraq dahi müsiqiçi Niyazinin sədri olduğu munsiflər heyəti qarşısında ifası ona Respublika sarayında baş tutacaq yekun baxış konsertə vəsiqə qazandırmışdır. Yekun konsertdə çıxışı Niyazi və diğər tanlnmış musiqiçilər tərəfindən yüksək dəyəndirilmiş və o, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin muğam şöbəsində təhsil almağa dəvət edilmişdir. 1986–1990-cı illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində əməkdar müəllim Nəriman Əliyevin sinfində, 1990–1995-ci illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq artisti İslam Rzayevin sinfində oxumuşdur. == Fəaliyyəti == 1985–2010-cu illərdə "Humayun" xalq çalğı alətləri, "İrs" folklor ansambllarının və əməkdar kollektiv Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solisti olmuşdur. Hazırda Azərbaycan Televiziyasının Baba Salahov adına "Araz"xalq çalğı alətləri ansamblı ilə çalışır. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasında müəllim işləyir. ADMİU-nin doktorantıdır.
Teodor Ruzvelt
Teodor Ruzvelt (ing. Theodore Roosevelt; 27 oktyabr 1858[…], Manhetten, Nyu-York ştatı – 6 yanvar 1919[…]) — Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti (1901–1909). 1906-cı il Nobel Sülh Mükafatı laureatı. ABŞ-nin 32-ci prezidenti Franklin Delano Ruzveltin uzaq qohumu olmaqla yanaşı, həm də onun qardaşı qızı Franklin Ruzveltin həyat yoldaşı olmuşdur. Böyük dəyənək siyasəti onun adı ilə bağlıdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == 1912-ci il seçkiləri == 1912-ci il prezident seçkilərində Respublikaçılar partiyasından namizədliyini irəli sürmək istəmiş, lakin partiyadaxili ilkin seçkilərdə qalib gəlsə də, partiyanın qurultayında onun yerinə həmin vaxt prezident vəzifəsini tutan Uilyam Taft namizəd seçilmişdir. Bundan qəzəblənən Teodor Ruzvelt 300-dən artıq tərəfdarı ilə Respublikaçılar partiyasından ayrılaraq Proqressiv partiyanı yaratmış və bu partiyadan prezidentliyə namizəd olmuşdur. Seçkilərdə Uilyam Taftı geridə qoysa da, demokratların namizədi Vudro Vilsona böyük fərqlə məğlub olmuşdur. == Ruzveltin ekspansionist siyasəti == O, konqress üçün əsaslı surətdə ilk müraciətnaməsini hazırladı.
Xosrov Ruzbeh
Xosrov Ruzbeh (15.4.1915-11.5.1958)—İran inqilabçısı. == Həyatı == Xosrov Ruzbeh–İranda inqilabi hərəkatın ən parlaq simalarından biri olmuşdur. O, 1915-ci il aprelin 15-də Hüseyn Ruzbehin ailəsində anadan olmuşdur. Atası ordunun təsərrüfat zabiti olmuş, sonra Silas Məlayir vilayətində jandarm rəisi, daha sonra xəstəliyinə görə ordudan çıxarıldıqda maliyyə nazirliyi xətti ilə vilayətdə kiçik məmur vəzifəsində çalışmışdır. Həyat Xosrov Ruzbehi əzizləməmişdir. O, ehtiyacla çox tez üzləşmişdir. Xosrov orta məktəbə daxil olanadək Ruzbehlər ailəsi çox ehtiyac içərisində yaşamışdır. İranın orta məktəbi–iki dərəcəlidir. Xosrov birinci dərəcəni çox da böyük olmayan Məlayir şəhərində keçirmiş, sonra təhsilini davam etdirmək üçün Həmədana gəlmişdir. Xosrov Məlayirdə atasının ona göndərdiyi otuz rialla, Həmədanda isə əlli rialla yaşayırdı.

Значение слова в других словарях

востроно́сый донырну́ть корма́ч чёсаночки кни́жник копа́лка мыкать жизнь пожа́тье путь гим комолый яса behaviour Bismarck Range bottleneck ceremonial deejay luny mournful pinworm terminal sequencer кино- скрип телескопический щеглёнок