rütubətlənmək
rütubətsiz
OBASTAN VİKİ
Atsinanana rütubətli meşələri
Atsinanana rütubətli meşələri — 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir və Madaqaskarın şərqində yerləşən altı milli parkdakı 13 xüsusi ərazidən ibarətdir: Maroceci Milli Parkı Masuala Milli Parkı Zahamena Milli Parkı Ranumafana Milli Parkı Andrinqitra Milli Parkı Andohahela Milli Parkı Atsinanana meşələri adanın şərq hissəsi boyunca paylanır. Bu relikt meşələr Madaqaskarın adanın geoloji tarixini əks etdirən bənzərsiz biomüxtəlifliyinin yaşaması üçün zəruri olan ekoloji proseslərin davam etdirilməsi üçün çox vacibdir. 60 milyon il əvvəl Madaqaskar bütün digər torpaq kütlələrindən ayrılmasını tamamladı və bitki və heyvan həyatı təcrid olunaraq inkişaf etdi. Rütubətli meşələr həm ekoloji, həm bioloji proseslər, həm də biomüxtəlifliyi və təhlükə altına alınan növlər üçün əhəmiyyətinə görə diqqətəlayiqdir. Ərazidəki bir çox növ nadirdir və xüsusilə də lemur və digər primatların nəsli təhlükə altındadır.
Rütubətli ekvatorial meşələr
Ekvatorial meşələr (Cəngəlliklər) — Ekvatorial və subekvatorial qurşaqlarda yerləşən həmişəyaşıl, enliyarpaqlı meşə zonasıdır. Burada hava daim isti və yağışlıdır. Temperatur və fəsillər dəyişmədiyi üçün ağaclar yarpaqlarını tökdükcə yeniləri əmələ gəlir. Buna görə də belə meşələr həmişəyaşıldır. Ekvatorial meşələrdə ağaclar olduqca hündür, iriyarpaqlı və sıx olur. İçəri gün düşmədiyindən bura daim qaranlıq və səssizdir. Rütubətliliyin və yağıntının bolluğundan meşədə gölməçələr yaranır. Buna görə də meşə sakinləri əsasən ağacda yaşayır. Ekvatorial meşələr çox yarusludur (mərtəbəlidir). Yaruslar arası ilə lianlar sarmaşaraq "tor" əmələ gətirir və içəri günəş işığının düşməsinin qarşısını alır.
Rütubətli subtropik meşələrin qırmızı torpaqları
Bu torpaqlar - Şərqi Asiyanın subtropik hissəsində (Çin, Yaponiya) və ABŞ-nin cənub-şərqində (Florida və ətraf ştatlarda), Cənubi Qafqazda Gürcüstan respublikasının Qara dəniz sahillərində və Azərbaycan respublikasının Lənkəran vilayətində yayılmışdır. Torpaqlar böyük təsərrüfatı əhəmiyyətinə malikdirlər. Bunlarda rütubətli subtropik bitkilər (çay, sitrus) əkilir. Rütubətli subtropik iqlim şəraiti çoxlu yağıntıları ilə xarakterizə olunur. Qışı yumşaq, mülayim, yayı isti olur. Orta illik temperatur +14 °C, orta yanvar temperaturu +7 °C yaxın, orta iyul temperaturu +22 °C-yə yaxındır. Bu torpaqlar üzərində palıd, vələs, fıstıq və şabalıd ağaclar yayılmışdır. Meşələrin biokütləsi 4000s\ha çoxdur. Meşə töküntüsü 210 s\ha yaxındır. Püskürmə mənşəli dağ süxurlarının aşınma məhsullarıdır: andezit, bazalt, tuf, qumlu-çınqıllı şistlər, aşağı allüvial ərazilərdə allüvial və dellüvial-prolüvial gilli-qumlu və çınqıllı süxurlardır.
Havanın mütləq rütubətliyi
Havanın rütubətliyi
Havanın rütubəti havada olan su buxarının miqdarına deyilir. Su buxarı, əsasən atmosferin aşağı qatlarında cəmlənmişdir. Bütün qazlar kimi onun da təzyiqi var. Havada olan su buxarının limit qiyməti olaraq doymuş buxarın elastikliyi götürülür. Havanın temperaturu nə qədər çox olarsa, onun doymuş halda təzyiqi də bir o qədər çox olar. Məsələn, −20 °C temperaturda o, 1,0mm, +20 °C temperaturda isə 17,5mm təşkil edir. Havanın rütubətliyi mütləq və nisbi rütubət olaraq iki əsas göstərici ilə səciyyələnir. === Mütləq rütubət === Mütləq rütubət(a) – 1m³ havadakı su buxarının kiloqramla miqdarıdır. === Nisbi rütubət === Nisbi rütubət(f) – Su buxarının e elastikliyinin doymuş buxarın E elastikliyinə olan nisbətinin faizlə ifadəsidir: f = p / p 0 ∗ 100 % {\displaystyle f=p/p0*100\%} == Su buxarının elastikliyi == Su buxarının elastikliyi meteoroloji budkadakı quru və yaş termometrlərin göstəricilərinə əsasən Psixrometrik cədvəldən tapılır. Havanın rütubətinin növbəti xarakteristikaları vardır: Su buxarının elastikliyi(e) – verilən temperaturda havadakı su buxarının parsial təzyiqidir.
Nisbi və mütləq rütubətlilik
Atmosferdə 13 min km3 həcmində su vardır.Havadakı suyun əsas hissəsi buxar halında, qalan isə su damcıları və buz halında olur. Havadakı suyun 86%i okean və dənizlərdən , 14%ə qədər isə quru səthdən daxil olur. Havada olan suyun miqdarı rütubətlilik göstəriciləri ilə təyin edilir.Havanın rütubətliliyi onun əsas elementlərindən biridir. Ona görə də havada olan suyun miqdarı nisbi və mütləq rütubətlik göstəriciləri ilə təyin edilir. Mütləq rütubətlilik 1 m3 havada olan suyun miqdarı mütləq rütubətlilik adlanır. O, qramlarla və ya parsial təzyiqin vahidləri ilə ölçülür. Mütləq rütubətlilik temperaturdan asılıdır. Temperatur artdıqca havada olan suyun miqdarı da artdı. Çünki isti havada daha çox buxar saxlamaq qabiliyyətinə malikdir. Nisbi rütubət - verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturada doyan su buxarının sıxlığına nisbətinə bərabər olan fiziki kəmiyyətdir.

Значение слова в других словарях