RƏDİF

сущ. лит. редиф (повторение одного или нескольких слов после рифмы в конце строки в восточной поэзии)
RƏDDEDİLMƏZ
RƏDİFLİ
OBASTAN VİKİ
Rədif
Rədif sözü termin kimi müxtəlif mənalarda istifadə edilir: Ədəbiyyatda Rədif (Ədəbiyyat) - hər beytin axırında qafiyədən sonra təkrar edilən söz və ya söz birləşməsi . Musiqidə 1) Muğamat şöbələrinin, guşələrinin, təsnif və rənglərinin dəstgahlar sistemi üzrə təşkil və tənzim qaydası . 2) İran klassik musiqisində janr. Vokal və instrumental ola bilər. Səntur, tar, setar, kamança, neydə çalınır. 2009-cu ildən UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mənəvi İrsinin listəsinə daxildir.
Rədif (Ədəbiyyat)
Rədif (ərəb. رديف‎- əlavə, rezerv) — hər beytin axırında qafiyədən sonra təkrar edilən söz və ya söz birləşməsi . Misra sonunda ahəngdar və ardıcıl surətdə səslənən belə sözlər oxucunun diqqətinin konkret bir mətləb üzərində cəmləşməsində, bədii əsərdən nəticə çıxarmaqda böyük rol oynayır. Şeirdə sözlərin qafiyələnməsi yerinə görə də müxtəlifdir. Şeirdə misralar cüt-cüt, çarpaz və ya başqa şəkildə qafiyələnə bilər. Müxtəlif şeir şəkillərində qafiyə quruluşu müxtəlifdir.Rədifli qəzəldə qafiyələnən bütün sətirlər eyni sözlə bitir. Divan ədəbiyyatında “eşq”, “gecə”, “şam”, “hamam”, ”könül” kimi rədiflər üzərində rədifli qəzəllər yazmaq bir ənənədir. Həmçinin xalq şeirində qoşmanında “dağlar”, “durnalar” tipli rədif qafiyələri vardır. Məsələn: (Mirzə Ələkbər Sabirin "Əkinçi" şeirindən) Bu şeirdə rədiflər "qapımda" və "əkinçi"dir.

Digər lüğətlərdə

бутонье́рка жела́нный зануди́ть кулёчек недосто́йно рабо́ты наби́вка оссеи́н партвзыска́ние полёглый раску́тывать родны́е свете́ц Снегу́рочка уволо́чься шмотьё профессия compliment helilift Hitlerism meteorolite moorland varvel повышенный родич